Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevmirəm (9-cu bölüm)
Sevmirəm (9-cu bölüm)
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 2156
Səs ver:
"Mənim Yasəmənim"... Bu cümlə xoşuna gəlmiş kimi düşünməyə davam edirdi: "Yasəmənim...Yasəmənim...Yasəmən!"-birdən gözlərini açıb o masaya yenə baxdı. Hissiyyatı onu aldatmamışdı, həqiqətəndə ordaki Yasəmən idi, yanındakıda Nilufər. Amma çox dəyişilmişdi, az qala tanımayacaqdı.
-Super Nilu, sənin ağlına uyduq gəldik. İndi nə olacaq? Of, elə bil Brazilya serialıdı. Bizi görsələr neynəyəcəyik? Adama deməzlər səndə qürur yoxdu, utanmadan ərini güdürsən...
-Jasmin deyinməda, həm narahat olma o səfeh Leyla bu boyda şəhərdə mənim əmimin restoranından başqa restoran tapmayıb. İndi sakit ol və onları görməmiş kimi davran.
-Bax o çətin olmayacaq, çünki doğurdanda onları hələ görməmişəm. Of, Nilu əminində olsa, 2 qızın restoranda yemək yeməyi qəribədi. Həm onlarla eyni vaxt, eyni restoranda olmağımızın təsədüf olduğuna nəinki Aydını, heç Leylanı da inandıra bilmərik-deyib çarəsizcə Nilufərə baxdı.
Nilufər isə bayaqdan telefonuna gələn mesajı oxuyurdu, başını qaldırıb Yasəmənə hiyləgər baxışlarla baxıb:
-Narahat olma Jasmin, bacın elə bir bomba hazırlayıb ki, o partlayandan sonra heç kəsin ağlına niyə burda olduğumuzu soruşmaq gəlməyəcək. Biraz səbir elə-deyib gülümsədi.
Aydın 5 dəqiqə idiki gözünü qırpmadan Yasəməngilə baxırdı. Beynində 100-lərlə sual yaranırdı: Yasəmən niyə burda idi? Onları güdmüşdü? Niyə belə dəyişmişdi?
Həqiqətəndə dəyişmişdi Yasəmən, onsuzda gözəl qız idi, amma indi başqa bir gözəl idi. "Keşiş paltarı insanın ruhunu keşiş edər"-bu dəyişiklikdə Yasəmənin hərəkətlərini dəyişdirmiş, ona incəlik, zəriflik qatmışdı. Bir şey dəyişməmişdi-şirinliyi. Nilufərə əsəbi şəkildə nəsə deyən Yasəmən olduqca şirin görünürdü. Bu düşüncələrlə heyran-heyran arvadına baxan Aydın, artıq Yasəmənin niyə burda olduğunu düşünmürdü. Sadəcə Yasəmənin burda olmasına sevinirdi.
Leyla Aydının hələ də o masaya baxdığını görüb kinayəylə danışmağa başladı:
-Elə insanlar hansı üzlə adam arasına çıxırlar anlamıramda. Məncə ancaq evdə oturmalıdılar, mənzərəmizi korlayırlar da. Amma etiraf edim gözəl qadındı. Yasəməndən çox gözəldi, amma o özünü dünya gözəli hesab edirdi.
Bir bilsən necə lovğalanırdı, əminəm indi bu qadını görsəydi paxıllığından partdıyardı. Əlbətdə özünü mənlə müqayisə belə etməyə casərəti çatmırdı. Of, keşkə Yasəməndə burda olub o qadını görsəydi, onda onun üzünün ifadəsinə baxıb doyunca gülərdik- deyib boş qəh-qəhələr atmağa başladı.
Aydın Leylanın çərənləmələrindən bezmiş halda başını çevirib qəzəblə ona baxdı:
-Leyla nə danışdığını bilirsən?
-Of Aydın, yaxşı bir söz demədik "arvadına". Amma o Yasəməndən qat-qat gözəldi.
Aydın başını əllərinin arasına alıb düşündü: "ALLAHım mən bu səfehlə sevgili olmuşam? Bayaqdan bəri təriflədiyidə, pislədiyidə eyni qızdı anlamır gic."
-Leyla o elə Yasəməndi!
Leyla Aydının dediklərindən sonra diqqətlə o masaya baxdıqda həqiqətən o qadının Yasəmən olduğunu anladı. Arxası ona dönük olduğu üçün görmədiyi qızın da Nilufər olduğunu başa düşdü. Bayaqdan dediklərinin nə qədər səfehcə olduğunu anlayıb əsəbləşdi, amma özünə yox- Yasəmənə. Çünki planlarını məhv etmişdi...yenə.
-Nilu o gələn...-deyib təəccüblə tam qarşısında olan qapıya tərəf baxırdı Yasəmən.
Nilufər arxaya çevrilib baxanda gələn adamı görüb sevinclə gülümsəyərək pıçıldadı:"Əla! Bombamda gəldi, indi təkcə partlayacağı vaxtı gözləmək qalır"
-Nunu o Eldar deyil?
-Aha, Eldardı canım.
Yasəmən qəzəbli baxışlarla Nilufərə baxıb dedi:
-Nilufər onu sən çağırmısan hə? Of Nilu, hər şeyi bilə-bilə onu niyə çağırmısan axı?
-Sus, sakit ol və indi olacaqlardan zövq al-deyib gülümsədi.
Eldar artıq masalarına çatmışdı. Üzündə təbəssümlə birinci Nilufərə Salam verdi, sonra əlini Yasəmənə uzatdı. Yasəmən könülsüzdə olsa Eldarın uzanmış əlini yüngülcə sıxdı. Eldar təklif gözləmədən oturacağa əyləşib danışmağa başladı:
-Nilufər məni dəvət etdiyin üçün təşəkkür edirəm, amma əgər belə gözəl surprizin məni gözlədiyini desəydin daha yaxşı olardı-deyib gözlərini Yasəmənə dikdi. Nilufərin fikri başqa yerdəydi, qəzəb dolu baxışlarını onlara dikən Aydına gülümsəyərək baxırdı. "İndi keçək planın ikinci hissəsinə"-düşünüb ayağa qalxaraq:
-Eldar dəyməz, siz söhbət edin mən 5 dəqiqəyə gəlirəm- deyib Yasəmənin qəzəbli baxışlarına fikir vermədən uzaqlaşdı masadan.
Eldar Nilufərin uzaqlaşmasından sevinərək Yasəmənə baxıb dedi:
-İnana bilmirəm ki, qarşımdasan. Çox dəyişilmisən, daha da gözəlləşmisən...
-Hə, ola bilər. Həm də evlənmişəm- deyib əlini qaldırıb üzüyünü göstərdi Yasəmən.
Eldar bir anlıq duruxub qalsada, sonra Yasəmənin əlini tutub dedi:
-Yasəmən sənə bir söz deməliyəm..
-Eldar burax əlimi.
-Yasəmən axı mən...-onun sözünü yarıda kəsən çiyninə toxunan əl oldu. Başını çevirdikdə qəzəblə ona baxan Aydını gördü:
-Eşitmirsən?! Deyir burax əlimi!
-Sənə nə?!
-Deyirəm burax, yoxsa pis olar!
Eldar ayağa qalxıb Aydının gözlərinə baxıb soruşdu:
-Nə olar?
-Bax bu olar-deyib bir yumruqla Eldarı yerə sərib üstünə çıxaraq durmadan yumruqlamağa başladı Aydın.
Yasəmən Aydının sözləriylə dayandırmağa çalışsada faydası yox idi. Sonunda ofisantlar gəlib güclə Aydını qaldırdılar, artıq güclə nəfəs alan Eldarı sürüyərək restorandan çıxartdılar. Artıq ofisantların qollarında qurtulmuş Aydın qəzəblə Yasəmənə baxıb soruşdu:
-Xoşuna gəldi?!
Yasəmən "əslində xoşuma gəldi"-deyə düşünsədə:
-Yox! Vacib idi onu döymən? Dəli olmusan?- deyib əsəbi şəkildə gözlərini süzdürdü.
-Hə, dəli olmuşam! Əcəb edib döymüşəm, yoxsa gəlib o axmağa sənin əlini tutduğu üçün təşəkkür etməliydim? Həm sən məndən icazəsiz bura niyə gəlmisən?
-Pah, hələ bir icazə almalıydım? Sən məndən icazə almışdın?
-Hə, icazə almalıydın! Mən ərin deyiləm? Sən necə bir oğlanla burda ola bilirsən?!
Yasəmən bu sözdən biraz tutulsada, özünü tez toplayıb dedi:
-Mən bura Nilufərlə gəlmişdim, həm mənə hirslənəcəyinə özünə bax. Sən də bura əsgərlik yoldaşınla gəlməmisən deyib əliylə biraz uzaqda dayanıb təəccüblü baxışlarla onlara baxan Leylanı göstərdi.
Aydın bir anlıq nə deyəcəyini bilmədi. Səhv etdiyini özüdə anlayırdı. Amma Eldarın Yasəmənin əlini tutmağına elə qəzəblənmişdiki, özünün haqsız olması vecinə belə deyildi.
-O düşündüyü kimi deyil, biz sadəcə dost kimi gəlmişdik. Amma o oğlan əlini heçdə dost kimi tutmamışdı!
-Aaa eləmi? Demək səhərdə sizi "dostcasına" öpürdü...
-O məsələ bağlandı! Bundan sonra Yasəmən sənin 100metr yaxınlığında belə bir oğlan görmək istəmirəm! Məndən icazəsiz birdə evdən çıxsan, məndən incimə!
-Pah, niyə?
-Çünki sən mənə aidsən!
-Oldu, üstümə "mənim malımdı" etiketidə yapışdır, tam olsun.
Aydın hiyləgərcəsinə gülümsəyib:
-Mənim daha yaxşı variantım var-deyib əyilib Yasəməni öpdü.
Yasəmən bunu heç gözləmədiyindən donub qalmışdı. Nə etiraz edə bilirdi, nə də qarşılıq verə bilirdi. Aydın dodaqlarını Yasəmənin dodaqlarından çəkib təəccüblə ona baxan arvadına gülümsəyərək baxdı. Hələ də çox yaxın olduğundan Yasəməni birdə öpmək istədi. Artıq özünə gələn Yasəmən Aydının yenə onu öpmək istədiyini görüb əliylə dodaqlarını tutub gözləriylə ətrafı işarə etdi...
Artıq evə gəlmişdilər. İkisidə nə qədər əsəbi görünmək istəsədə bir-birlərinə baxdıqları an gülmək tuturdu onları. Gəldiklərindən bəri 15 dəqiqə idiki qapının ağzında dinmədən dayanmışdılar. Ən sonunda dözə bilməyib ikisidə birdən gülməyə başladılar. Ən az 10 dəqiqə güldükdən sonra zorla sakitləşən Aydın Yasəmənə baxıb:
-Qısqanc-dedi.
-Kim? Mən?
-Hə sən. Hardan öyrəndiyini bilmirəm, amma bizi güdməyə gəlmişdin. Qısqanc...
-Yox bir. Mən hardan biləydim siz ordasız? Məni Nilu aparmışdı, toyda burda yox idi deyə.
-Onda gözəlim sən Nilufəri aparmalı idin. Yalan deməyidə bacarmırsan.
Yasəmən həqiqətən səhv buraxdığını anlayıb ürəyində öz bacaraqsızlığına hirsləndi.
-Heç də yalan demirəm. Həm sən özündən danış, yazıq oğlan az qala öləcəkdi.
-Elə ölməliydi. O alçaq kimdiki mənim olana toxunmağa cəsarət edir?!
-Pah, sənin olanmış.
Aydın əyilib Yasəmənə az qala dodaqlarına toxunacaq qədər yaxınlaşdı:
-Mənim deyilsənki?-deyib gözlərinə baxdı.
Yasəmənin heç nə deyə bilmədiyini görüb gülümsəyərək pıçıldadı:
-Sonsuzadək mənimsən gözəlim..

Müəllif: Cəmilə Məmmədli


Şərhlər:
Baxılıb: 2156
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz