Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevmirəm (8-ci bölüm)
Sevmirəm (8-ci bölüm)
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 2108
Səs ver:
Nilufər rəfiqəsinin bu qətiyyətindən sevinib əl çalıb dedi:
-Əla! Onda planı açıqlayıram: birbaşa gedirik shopping'e, ordanda gözəllik salonuna və evə gəlib gözəl süfrə hazırlayıb Aydınçikin ağlını başından alırıq, amma yox e Leylayla sevgili olanın onsuzda başında ağıl olmasa gərək.
Yasəmən gülümsəyərək hiperaktiv rəfiqəsinə baxıb:
-Nunu dünya yaranandan bəlkə də bu variantı qadınlar işlədir. Həm belə şeylərə nə ehtiyac var axı.-deyib başını yellədi.
-Of Jasmin, bu oğlanlarda ağıl olsaydı onsuzda belə variantlara ehtiyac qalmazdı. Köhnə ola bilər, amma təsirlidi. Nənəm deyərdiki kişini 3 şeylə əldə saxlamaq olar: xoş söz, gözəl üz...
Yasəmən maraqla Nilufərə baxıb soruşdu:
-Bəs 3-cüsü?
-Nənəm sən evlənənəcən deməyəcəm dedi.-deyib təəssüflə çiynini çəkdi, birdən ağlına gəlmiş fikirlə sevinərək əlavə etdi:
-Amma sən evlisən, əminəm sən soruşsan deyər.
Yasəmən "Eh Nunu, bir bilsən mən necə evliyəm"-düşünüb gülümsədi.
-Yaxşı, mütləq soruşaram Səkinə nənədən.
-Ey başımız qarışıb söhbətə, görməli işlərimiz çoxdu. Tez sən hazırlaş, Əli dayıya zəng vur gəlib bizi aparsın.
Yasəmən əliylə başını tutub, çox çətin keçəcəyi bəlli olan gələn 3 saatı düşündü.
Nilufər Yasəmənin 8 illik rəfiqəsi idi. Başlarda o qədər də yaxşı yola getməzdilər. Nilufərin optimis, yerində durmaz xarakteriylə Yasəmənin sakit, qapalı təbiəti bir-birinə uymurdu. Amma zaman keçdikcə ayrılmaz dost olmuşdular. Əgər həyatına Nilufər girməsəydi Yasəmən Azərbaycandaki 100-lərlə əlil kimi cəmiyyətdən qopmuş, içinə qapalı, həyatdan küsmüş biri olacaqdı. Amma Nilufər buna icazə verməmişdi. Hara getsə mütləq Yasəmənidə özüylə aparardı. Gözəllik salonlarına, mağazalara, ad günlərinə, parti'lərə...və daha haralara demək olarki zorla Yasəməni də aparardı. Artıq Yasəmən Nilufərin bu hallarına öyrəşmişdi və rəfiqəsinin ona istədiyini elətdirməyənədək əl çəkməyəcəyini bilirdi.
Əllərini başından çəkib əsəbi şəkildə ona baxan rəfiqəsinin üzünə baxıb gülümsəyərək dedi:
-Yaxşı başımın bəlası. Sən deyən kimi edərik.
6 saat sonra:
Aydının ofisi:
Leyla özündən əmin addımlarla Aydının otağına yaxınlaşırdı. Yenə olduqca diqqət çəkici geyinmişdi. Sinə dekoltəli qırmızı, mini donu gündəlik üçün heç də uyğun olmasada bu Leylanın vecinə deyildi. Çünki o bu paltarı gecə üçün geyinmişdi, Aydınla keçirəcəyini düşündüyü gecə üçün... Mini ətək ancaq, mini beyinləri yoldan çıxararmış... Deyəsən mənim bəxtimə bu dünyadaki kişilərin 99%-i minimum beyinə sahibdi. Mən də olmayan çox şey səndə olsada, əsla sahib olmayacağın bir şey var məndə Yasəmən-gözəl bədənim. Bu bədənlə Aydınıda səndən alacam!-düşünüb gülümsəyərək əlini Aydının otağının qapısının dəstəyinə atdı. Qapını açıb içəri girəndə masasında sənədləri imzalayan Aydını görüb diqqətini çəkmək üçün:
-Mən gəldim sevgilim-deyib masaya yaxınlaşdı.
Aydın Leylanı səsindən tanıyıb "of, bu qız əl çəkməyəcək"-düşünüb başını qaldırıb bezmiş ifadəylə Leylaya baxıb dedi:
-Nə istəyirsən Leyla?
-Leyla? Əvvəllər mənə sevgilim, aşkım deyirdin, nə dəyişdi?
-Mən evliyəm Leyla! Belə sözləri artıq arvadıma deyirəm.
Leyla kinayəli şəkildə gülüb:
-Arvadına?!-deyib yaxınlaşıb kresloda əyləşmiş Aydının qucağına oturdu, əllərini əzələli sinəsində gəzdirərək yavaşca yuxarı qaldırıb boynuna doladı. Ehtiras dolu baxışlarla gözlərinə baxıb, dodağına dodağı dəyəcək qədər yaxınlaşıb pıçıldadı:
-Aydın bilirəm sən də unutmamısan məni. İkimizdə bilirik ki, o arvadın səni mənim qədər məmnun edə bilməz...- sözlərini bitirmədən Aydını öpməyə başladı. Aydın qarşılıq verməsədə, Leylanı uzaqlaşdırmırdıda özündən. Necə də olsa o da bir kişi idi. Yasəməni öpdüyü gündən bəri heç bir qıza toxunmamışdı. Artıq nəfsinə hakim ola bilmirdi. Qollarını qaldırıb Leylanı qucaqlamaq istəyirdiki Yasəməni öpdüyü anı xatırladı... Birdən iyrənmiş kimi Leylanı özündən itələdi.
Leyla az qala yıxılacaqdı, son anda masanın tinindən tutub dikəldi. Anlamırdı...əvvəllər ona qarşı qoya bilməyən Aydın artıq ikinci dəfə idiki onu rədd edirdi. Bir an nə edəcəyini bilmədən donub qaldı.
Aydın sanki heç nə olmamış kimi sənədləri əlinə alıb vecsiz bir şəkildə dedi:
-Get Leyla.
Leyla hələ də inana bilmirdi. Biraz əvvəl Aydını başdan çıxara biləcəyinə əmin olsada, indi bu yolla onu əldə edə bilməyəcəyini anlamışdı. Amma belə asan geri çəkilmək niyyətində deyildi. "Nəfsinə qalib gələ bilərsən Aydın, amma səni tanıyıram, bir qadının göz yaşlarına əsla dözə bilməzsən"- bu düşüncələrlə gülümsəyib, heç çətinlik çəkmədən süni göz yaşları axıtmağa başladı.
-Mən...mən səni sevirəm Aydın. Bura sənin üçün qayıtmışdım. Elə bilirdim məni gözləyirsən. Heç evləndiyinidə mənə xəbər etmədin.- deyib üzünü əlləriylə tutaraq hönkürməyə başladı.
Aydın həqiqətəndə Leylanın göz yaşlarına dözə bilmədi. Ayağa qalxıb Leylaya yaxınlaşıb onu qucaqladı:
-Bağışla məni Leyla. Amma mən evlənmişəm, artıq səninlə məni heç nə bağlamır.
-Mən səni evli də olsan qəbul edirəm Aydın. Təki mənimlə ol.
Aydın Leylanı yüngülcə itələyib qəzəblə gözlərinə baxıb dedi:
-Leyla nə dediyini anlayırsan?! Mən əclaf deyiləm! Bunu nə Yasəmənə edərəm, nə də sənə.
Bu sözləri eşitdikdən sonra bir anlıq Leylanın gözlərindən qəzəb kölgəsi keçsədə, özünü tez toplayıb yenə yazıq görkəm aldı:
-Yaxşı Aydın, başa düşdüm. Heç olmasa son dəfə şam yeməyi yeyə bilərik? Sən evli olsanda hələ rəsmi şəkildə ayrılmamışıq. Bu son ayrılıq yeməyimiz olsun. Elə bu gün, gedək *** restoranına.
Aydın Leyladan belə asan canını qurtarmağına sevinib:
-Yaxşı, elə indi gedək. Sən məni binanın ağzında gözlə, mən maşını dayanacaqdan çıxarıb gəlirəm.
Leyla sevinclə gülümsəyib razılıq əlaməti kimi başını yellədi. Aydın qapıdan çıxdığı anda telefonu əlinə alıb Yasəmənə mesaj yazdı: "əziz bacılığım, sən bu gecə ərini gözləmə, çünki *** restoranında romantik şam yeməyi yeyəcəyik. Uşaqlıqdan hər şeyi bölüşmüşük, yəqin ərini bir gecəlik almağıma etirazın olmaz...bəlkə də ömürlük!"
Yasəmənlə Nilufər artıq evdə idilər. Tamamilə dəyişmişdi Yasəmən, uzun qara saçları kəsilib formaya salınmış, yüngülcə dalğalandırılmışdı, həqiqətən çox gözəl makiaj edilmiş, Nilufərin səyi nəticəsində geyimi belə dəyişmişdi və bu dəyişimin uzun müddətli olacağı qapının ağzında duran paltar dolu torbalardan bəlli olurdu.
Nilufər sevinclə rəfiqəsinə baxıb dedi:
-Of, çox gözəl oldun. O Aydınçikin səni görəndə ağzının suyu axacaq. Bax indi əsil qadına oxşayırsan, əvvəl o nə idi evdə qalmış qızlara oxşayırdın lap.
Yasəmən Nilufərin bu sözlərinə gülüb, çantasından aynasını çıxarıb baxdı. Doğurdanda çox dəyişmişdi, gözəlləşmişdi və buna qeyri-iradi sevinirdi. Lakin bu sevinc uzun sürmədi. Telefonuna gələn mesajı açıb oxuduqda bayaqdan gülən üzünə kədər çökdü. Nilufər Yasəmənin birdən kədərlənməsinin gələn mesajdan olduğunu anlayıb telefonu əlindən aldı. Mesajı oxuyub əsəbi şəkildə deyinməyə başladı:
-Əlimə düşsən Leyla sənin o saçlarından tutub sürüyəcəm. Amma yox, sevinmə hələ.
Birdən Yasəmənə dönüb dedi:
-Bizdə ora gedirik!
-Dəli olma Nilu. Biz heç yerə getmirik. Həm gedib neynəyəcəyik? Aydın öz seçimini etdi.
-Yox, getməliyik. O ifritə başa düşməlidiki Aydının yiyəsi var.
Yasəmən gülümsəyib rəfiqəsini sakitləşdirməyə çalışdı:
-Bax Nunu, mən ora gedə bilmərəm. Gedib onlara nə edə bilərəmki? Həm əminəmki orda rahat hərəkət edə bilməyəcəm, bilirsən piləkənlər-filan...-deyib başını aşağı saldı.
-Yasəmən orasını düşünmə, gedək.
-Dedimki yox!
Artıq yarım saatdan çox idiki Aydınla Leyla yeməkdəydilər. Leyla nə qədər söhbət etməyə çalışsada Aydın onun suallarına həvəssiz cavab verməklə kifayətlənib yeməyini yeyirdi.
Leyla bu soyuqluqdan bezib qəzəblə ətrafa baxanda gördüyü menzərədən gülümsəyib:
-Aydın ora bax, utanmadan bura gəlib-deyib əliylə uzaqda olmayan masanı göstərdi.
Aydın Leylanın göstərdiyi tərəfə baxanda əlil arabasında Yasəmənə bənzəyən bir qadın gördü. Bu oxşarlıqdan təəccüblənsədə- "yox, mənim Yasəmənim daha gözəldi"-deyə düşünüb gülümsədi. Gözlərini yumub "mənim Yasəmənim"-deyə pıçıldadı.

Müəllif: Cəmilə Məmmədli


Şərhlər:
Baxılıb: 2108
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz