Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevmirəm (6-cı bölüm)
Sevmirəm (6-cı bölüm)
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 2511
Səs ver:
Aydın açarla qapını açıb içəri keçdi, otaqdan gələn səslərdən Yasəmənin filmə baxdığını anlayıb səssiz addımlarla otağa tərəf getdi. Yasəmənin nəyə baxdığını görəndə üzündə böyük bir təbəssüm yarandı:
-Cizgi film?
Yasəmən eşitdiyi səsdən diksinib arxaya çevriləndə səssizcə gülən Aydını gördü.
-Yasəmən bu yaşında cizgi filminə baxırsan?
-Ey, bu adi cizgi film deyil. Bu "ay savaşcısı"dı. Həm maraqlıdı axı.
Aydın gülümsəyərək yaxınlaşıb pultu Yasəmənin əlindən aldı. Televizoru söndürüb Yasəmənin yaxınındaki kresloya oturdu.
-Gəl ondansa söhbət edək.
-Nədən?
-Hər şeydən. Məsələn sənin heç sevdiyin olub?
Yasəmən bu ani sualdan çaşıb qaldı. Başını aşağı salıb az qala pıçıltıyla dedi:
-Olub...
-Kim?
-Sən...-"sən. Səndən başqa kimisə görübki bu qəlbim? Hər zaman sən vardın, sən varsan və sən olacaqsan"-sən tanımazsan. O bizim bağ evinin yaxınlığında yaşayırdı...
-Hmm... Bəs o səni sevirdi?
-Of Aydın hardan bilim?
-Yaxşı əsəbləşmə. Uşaqlığımız yadındadı?
-Əlbətdə.
-Bax uşaq vaxtıda belə əsəbi, tərs idin. Ancaq oğlanlarla söhbət edirdin.
-Pah. Nə olsunki?
-Sənin ucbatından o qədər dalaşmışamki. Oğlanlarla dirəşirdin, onlarda əvəzin məndən çıxırdılar.
-Səndən niyə?
-Çünki ailələrimiz dost idi, həm mən səni müdafiə edirdim. Sənə ilişmirdilər, atan polis rəisi, özün qız, həm də...
Aydın sözünü bitirməyib gözlərini " yerə dikdi. Yasəmən acı-acı gülümsədi:
-Həmdə əliləm. Aydın bilirsən niyə uşaqlıqda ancaq oğlanlarla söhbət edirdim?
-Çünki çox dalaşqan və inadkar idin.
-Yox...yəni hə amma başqa səbəbdə var idi. Məhəlləmizdəki qızlar məndən 5-6 yaş böyük idilər, mənim anlamadığım vəziyyətimi onlar anlayırdılar. Nə desəm razılaşırdılar, nə etmək istəsəm mənim əvəzimə edirdilər. Əslində mənim yaxşılığım üçün edirdilər amma o vaxt mənə qəribə gəlirdi bu. Özümü o qədər aciz hiss edirdimki onların yanında... Sanki heç nəyi özüm edə bilmərəmmiş kimi davranırdılar mənə və mən də artıq buna inanmağa başlayırdım. Amma siz uşaqlarla belə deyildi. Mənə yazığınız gəlmirdi, heç nədə mənə kömək etmirdiz, sizin yanınızda özümü aciz hiss etmirdim, istədiyim hər şeyi edə bilərəmmiş kimi gəlirdi mənə. Həyatımın ən gözəl illəri idi sizinlə keçirdiyim illər. Böyüyəndən sonra heç kəs mənə sizin kimi baxmadı. Heç vaxt heç kəsdən kömək istəməsəmdə, hər şeyi özüm etsəmdə insanların mənə olan baxışını dəyişə bilmədim. Ha haqqlarını yeməyim bircə Gülnarla Nunu...yəni Nilufərin əsla mənə yazığı gəlmədi. Başqa mənə baxan bütün gözlərdə tək bir şey gördüm-mərhəmət!...
Aydının ürəyi ağrıyırdı. Sadəcə inadkar qızcığaz zənn etdiyi Yasəmənin yaşadıqları ona belə ağır gəlirdi. Onsuzda əzab çəkən bir qıza sırf öz qüruruna görə əzab verdiyi üçün özünə nifrət etdi o an. Yumruğunu sıxıb özünə "axmaq" deyə pıçıldadı. Bunu eşidən Yasəmən başını qaldırıb soruşdu:
-Nə?
-Yəni axmaqlar. Onlar çox yox, 2 gün səninlə yaşasalar sənə yox, mənə yazıqları gələr. Sənin kimi inadkar, dediyim dedik, zalım birinə mərhəmətlə baxmaq üçün axmaq olmaq lazımdı. Eh neynək, camaat nə bilsin mən yazıq sənin əlindən nələr çəkirəm-deyib həqiqətən fağır bir görkəm aldı Aydın.
Yasəmən Aydının bu halına ürəkdən gülməyə başladı.
Aydın Yasəmənin gülüşünə baxıb gülümsəyərək düşündü: "Gül, həmişə gül gözəlim. Sənin gözündən bir damla yaş axıdanı öz əllərimlə öldürərəm! Heç kəsə icazə vermərəm səni incitsin, məndən başqa..". Gecə saat 2-yə kimi uşaqlıqlarından, davalarından, xatirələrindən danışıb güldülər. Hər ikisi ilk dəfə bu qədər mehriban, bu qədər səmimi idilər. Oyunlar, inadlaşmalar olmadan sadəcə söhbət edirdilər. Uşaq vaxtıda həmişə dalaşsalarda iki yaxın dost idilər. İndi isə həyat yoldaşı. Böyüdükcə uzaqlaşmışdılar, yadlaşmışdılar. Amma Yasəmənin içində elə böyük bir sevgi var idiki uşaqlıq dostuna qarşı, içində hər an onunla bərabər böyüyən sevgi...
Səhər Yasəmən yenə eyni mənzərəylə qarşılaşmaq qorxusuyla mətbəxə yaxınlaşdı. Yenə təəccüblənmişdi, çünki mənzərə dünənkindən tamamilə fərqli idi. Dairəvi masa da doğranmış pendir, yağ, kolbasa, çörək, bir sözlə səhər yeməyi üçün olan hər şey var idi. Ən təəccüblüsü isə bütün bunların olduqca səliqəli şəkildə doğranıb düzülməsiydi. Yasəmənin masaya hələ uzun müddət təəccüblə baxacağını anlayan Aydın gülümsəyərək dedi:
-Sabahın xeyir həyatım. Hələ çox uzaqdan baxasan?
Yasəmən bilincsizcə masaya yaxınlaşıb Aydına baxıb soruşdu:
-Aydın bunları sən hazırlamısan?
-Hə gözəlim. Nə düşünürsən?
-Nəsə bişirməyə səriştən olmadığını, amma yaxşı doğramaq bacardığını-deyib gülümsədi Yasəmən.
-Of Yasəmən. Səni razı salmaq mümkün deyil.
-Yaxşıda, zarafat etdim. Sağ ol, əziyyət çəkmisən.-deyib uşaq kimi məsumcasına baxdı Aydına.
-Nə? Elə quruca sağ ol? O boyda əziyyət çəkmişəm.
-Aaa bağışlayın Aydın bəy, sifariş etdiyimiz qızıl medal gəlib çıxmayıb. Qalsın gələn dəfəyə.
Aydın gülümsəyərək Yasəmənə lap yaxınlaşıb:
-Eybi yox Yasəmən xanım, indilik medal yerinə bir öpüşü qəbul edə bilərəm- deyib Yasəmənin gözlərinin içinə baxdı.
Yasəmən gülümsəyib başını azca uzadıb Aydının yanağından zərifcə öpdü.
-Yasəmən indi birinci sinif uşaqları belə yanaqdan öpmür, sənsə sənə belə gözəl süfrə hazırlayan ərini yanaqdan öpürsən təkcə. Yaxşı, indilik bununla kifayətlənək-deyib incimiş uşaq kimi çiynini çəkdi Aydın. Sonra Yasəmənin əlindən tutub dedi:
-Sənə bir söz demək istəyirəm Yasəmən.
-Yenə nəsə yandırmısan?
-Nə? Yox...əslində hə, qızartmaq istəyəndə çörəklər yadımdan çıxıb sobada qaldı.
Yasəmən yüngülcə gülüb-Eybi yox-dedi.
-Mən başqa söz deyəcəkdim. Evliliyimiz haqqında...-Yasəmənin tutduğu əlini zərifcə öpüb sözünə dəvam etdi-məni bağışla Yasəmən. Öz qüruruma görə sənin də həyatını məhv etdim. Kim bilir nə xəyalların, arzuların vardı... Sən yaxşı qızsan, çox yaxşı... Bilirəm mənimlə evlənmək heç istəmirdin. Nə sevirsən məni, nə də xoşun gəlmir. Amma bəlkə sınayaq? Razı olmasan boşanarıq...
Yasəmən təəccüblə Aydına baxıb düşünürdü: "ALLAHım bir insan bu qədərmi saf olar? Evlənmək istəmirəmmiş, sevmirəmmiş... Of, ay dəli səni sevməsəydim səninlə ölsəydimdə evlənməzdim. Deyə bilsəydim...cəsarətim
çatsaydı sevgimi etiraf etməyə. Nəysə, özünü topla Yasəmən."
-Hmm...Aydın dediklərin məntiqlidi. Həm bu tək sənin yox, elə mənimdə günahımdı. Həm artıq evliyik və evli kimi davranmağı sınamasaq sonradan peşman olarıq. Yaxşı, sınayaq- deyib gülümsədi.
Aydın sevinclə gülümsəyib:
-Onda hər şeyi lap əvvəldən başlayaq-deyib həm özü yaxınlaşıb, həm də Yasəməni qollarından tutub özünə tərəf çəkdi. Tam dodaqları toxunacaqkən çalan qapının zəngi onları dayandırdı. Aydın əsəbi şəkildə:
-Kimdi görəsən bu axmaq-deyə pıçıldadı.
-Açmasan bilməyəcəyik.
-Boş ver gözəlim, açmasaq gedəcək.
Yasəmən gülümsəyib:
-Aydın uşaqlıq etmə, get aç qapını. Sən açmasan mən gedib açaram.
-Yox, yox...sən tərpənmə, elə belə qal mən o axmağı yola salıb gəlirəm-deyib könülsüzcə Yasəməni buraxıb ayağa qalxdı. İçindən qapıdakini söyə-söyə qapının ağzına gəlib əlini dəstəyə atdı. Qapını açdığı anda qapıdakini görəndə təəccübdən sadəcə "Leyla sən..." deyə bildi. Onun cümləsini bitirməsinə imkan vermədən qapıdaki çoxdan dodaqlarına yapışmışdı.
4 il əvvəl:
Yasəmən həyətdə rəfiqəsinə Aydını göstərib dedi:
-Leyla bax mən onu sevirəm.
Leyla Yasəmənin göstərdiyi tərəfə baxanda dostlarıyla söhbət edən yaraşıqlı Aydını gördü. Ondan gözəl olan Yasəmənə baxanda gözündən paxıllığın kölgəsi keçdi. Kinayəli qəhqəhələrlə gülüb dedi:
-Yasəmən sən ağlını itirmisən? Onun kimi oğlan sən şikəstə baxandı?
Yasəmənin kədərlənib kövrəlməsindən sevinib dodaqaltı pıçıldadı-"yox, o mənim olacaq. Səndən üstün olduğumu sən də, o oğlan da, hamı biləcək.

Müəllif: Cəmilə Məmmədli


Şərhlər:
Baxılıb: 2511
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz