Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevmirəm (2-ci bölüm)
Sevmirəm (2-ci bölüm)
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 2523
Səs ver:
-Məndə!
-Doğurdan xanım? Onda tez, mən sizi hazırlamalıyam. Vaxt yoxdur, qanı əməliyyat gedə-gedə köçürməliyik!
Yasəmənin ata və anası eyni vaxtda:
-Nə?!
Yasəmənin uşaqlıqdan qan qorxusu var idi. Bir damla belə qan görsə ürəyi gedər və saatlarla özünə gəlməzdi. Əməliyyat gedə-gedə qan verməsi həm Yasəmənin sağlamlığı, həm də bayıldığı anda qan köçürməni dayandıracaqları üçün Afət xalanın həyatı üçün çox təhlükəli idi.
Yasəmənin anası:
-Qızım bilirəm kömək etmək istəyirsən amma, bu çox təhlükəlidir. Vəziyyətini bilirsən axı.
-Ana narahat olma. Hər şey yaxşı olacaq inan. "ümid edirəm"-deyə pıçıldadı.
-Xanım gedək mənimlə...
10 dəqiqə sonra:
Əynində xəstəxana paltarı ilə yeriyən yataqda uzanan Yasəməni tibb bacıları əməliyyat otağına apardılar. Lazımi alətləri qoşduqdan sonra tibb bacıları öz yerlərinə keçdilər.
"Yasəmən o tərəfə baxma, döz. Unutma bunu Afət xala üçün edirsən. Of, kimi aldadıram?! "Bunu Aydını birdə elə kədərli görməmək üçün edirəm. ALLAHım, yalvarıram mənə güc ver. Bircə getməyim özümdən. Gözlərimi yuma bilsəydim daha rahat keçərdi, amma olmaz. Sadəcə başqa bir şey düşünməliyəm. Yan tərəfdə bol qanlı bir əməliyyat getdiyini unutmalıyam... Of, başqa şey düşün. Məsələn Aydını...o öpüşü..."
Bu düşüncələrlə 30dəqiqə keçirtdi Yasəmən. Artıq əməliyyat bitmişdi. Afət xalanı reanimasiya şöbəsinə, Yasəməni isə palataya apardılar. Normadan çox qan verdiyi üçün vəziyyəti o qədərdə yaxşı deyildi. Atası ilə anası palatasına gəlib durmadan əhvalını, orda necə dözdüyünü soruşurdular. Yasəmən birtəhər onları yaxşı olduğuna inandıra bilib, Afət xalanın vəziyyəti haqqında xəbər bilmək üçün həkimin yanına göndərdi. 5dəqiqə sonra otağın qapısı döyüldü:
-Of, ana 100-üncü dəfədi deyirəm ki, yaxşıyam.
Qapı açıldıqda Yasəmənin gözlədiyinin əksinə Aydın içəri girdi. Asta addımlarla yatağa yaxınlaşıb əlindəki şokoladı ona uzatdı:
-Şey... Həkim dediki çox qan verdiyin üçün təyziqin düşəcək. Mən...mən də düşündümki şirin şey yeməlisən.
Yasəmən gülümsəyərək şokaladı ondan aldı:
-Çox sağ ol...
-Yox..yox, sən sağ ol. Sən anamın həyatını xilas etdin. Mən üzr istəyirəm, çox üzr istəyirəm.
Yasəmən təəccüblə:
-Nəyə görə?
-Olanlara görə. Yəni etdiklərimə görə. İnan çox peşmanam...peşmanam deyəndə səni öpməyimə yox, sən istəmədən öpməyimə görə. Yəni əslində peşman deyiləm. Of! Çox qarışıqdı. Nəysə sən özün başa düşdün yəqin.- bütün bu sözləri birnəfəsə deyərək, hələ də ona təəccüblə baxan Yasəmənə baxıb gülümsədi Aydın.
-Nə? Nəysə, boş ver. Onsuzda 100 dəfə də desən heç nə anlamayacam.
-Mən indiyə kimi heç kəsdən üzr istəməmişəm, ona görə də bacarmıram deyəsən -deyib elə bir məsum ifadəylə Yasəmənə baxdıki...sanki nəsə sındırmış balaca uşaq kimi. Yasəmən özünü saxlaya bilməyib gülməyə başladı.
-Hmm... İlk dəfə üçün pis deyil. Nəysə, bağışladım. Amma elə axmaqcasına hərəkətlərə dəvam etsən həyatında çox adamdan üzr istəməli olacaqsan canım.
-Səncə mən axmağam?
-Biraz...
Yasəmən Aydının qəzəbli baxışlarını görüb yenə səhv etdiyini anladı. Onun bayaq baxdığı kimi məsum ifadəylə Aydına baxdı. Aydın yumruğunu sıxaraq, alçaq səslə "bu dəfə keçirəm gözəlim" deyib otaqdan çıxdı.
1 həftə sonra:
-Of, ana milyon dəfə demişəmki arabamı sürməyinizdən xoşum gəlmir!
-Bağışla qızım. Aaa kişi necədə huşsuzam, heç xəstə yanına əliboş gedərlər?. Gərək meyvə, gül-filan alaydıq.
-Düz deyirsən xanım.
-Ata siz gedin alın, mən sizi burda gözləyərəm.
-Oldu qızım, biz gəlməmiş Afət xalanın yanına getmə ha.
-Ok.
Yasəmən və ailəsi artıq vəziyyəti çox yaxşı olan Afət xalanı ziyarətə gəlmişdilər xəstəxanaya. Yasəmən 10dəqiqə gözlədikdən sonra sıxılıb Afət xalanın yanına tək getmək istədi:
-Hə, demək palata neçə idi?. Evrika! Palata 45idi. Bu 41, 43, aha buda 45!
Yasəmən əlini dəstəyə atıb qapını açmaq istəyirdiki eşitdiyi sözlərdən donub qaldı:
-Yox ana! Mən o şikəstlə evlənməyəcəm!
-Elə demə oğlum. Yasəmən çox ağıllı, gözəl qızdı. Neolsunki yerimir? ALLAH onu belə yaradıbsa qul nəkarədir ki, onu qınasın!
-Yox, yox, yox! Sən nə desəndə onunla əsla evlənməyəcəm! Sənin həyatını xilas etdiyi üçün ömrüm boyu ona minnətdar olacam, amma bundan artığını məndən istəmə ana.
-Mənim anan olaraq səndən son istəyim budur oğlum.
Aydın güclə eşidilən səslə:
-Yaxşı...
Yasəmən eşitdiyi sözlərin təsirindən çıxa bilmirdi. Aydınla əsla bir gələcəyinin olmayacağını bilsədə, bunu onun dilindən eşitmək həyatdan aldığı ən böyük zərbə idi. 14 yaşından bəri xəyallarının şəhzadəsi olan Aydın, onun kimi bir "şikəst qızı" istəməmişdi. Ağlamaq keçdi ürəyindən.
Hönkürərək ağlamaq, bu dünyaya, həyatına lənətlər yağdırmaq, ona bu taleyi yazan ALLAHa üsyan etmək istədi. Amma edə bilməzdi. Uşaqlıqdan bəri onsuzda ona həmişə mərhəmətlə baxan gözlərin qarşısında yazıq görünməmək üçün əsla başqalarının yanında ağlamazdı. Boğazında düyümlənib nəfəs almağa belə qoymayan qəhəri güclə udub, özünü toplamağa çalışdı. Hələ də tutduğu qapının dəstəyini buraxıb, qapını yüngülcə döydü. Eşitdiyi "girin" sözündən sonra üzünə böyük bir gülümsəmə yerləşdirib qapını açdı:
-Salamlar. Ooo necəsiniz Afət xanım? Wow, super görünürsüz, hələ bu xəstəxana paltarı sizə necə də yaraşır deyib gülməyə başladı. Gələnin Yasəmən olduğunu görən Aydın və Afət xala qorxu qarışıq təəccüblə bir-birlərinə baxdılar. Yasəmən isə heç nə eşitmədiyinə inandırmaq üçün olduqca şən ifadəylə onlara baxırdı.
-Ay gör kim gəlib. Gözəl balam Yasəmən. Sənin sayəndə yaxşıyam qızım. Hə, gözələ nə yaraşmaz ki.
Bu kimi zarafat və gülüşlərlə söhbət dəvam edirdiki Afət xala səsini alçaldaraq:
-Yasəmən, qızım yaxına gəl. Sənə bir söz demək istəyirəm.
-Buyur Afət xala.
-Qızım bilirsən ki, sənin atanla Aydının atası təkcə iş yoldaşı deyildilər, həm də çox yaxın dost idilər. Sən doğulanda Aydının üç yaşı var idi, rəhmətlik heç sənin qırxın çıxmamış atandan söz aldıki böyüyəndə sizi evləndirsinlər. Artıq böyümüsüz, oğlumun ALLAHa şükür işidə var, evidə. Sən də Maşallah gözəl-göyçək qız olmusan. İndi istəyirəm sizi evləndirək. Həm rəhmətliyin arzusu gerçəkləşər, həm də gözüm arxada qalmaz. Nə deyirsən qızım?
Yasəmən bu sözləri dinlərkən beynində durmadan "mən o şikəstlə evlənməyəcəm!" cümləsi cingildəyirdi. Bu an tək istədiyi durmadan səslənən o cümlədən qurtulmaq idi. Həyatının ən xoş günü olmalı idi bu gün, amma o bir cümlə həyatının ən qorxunc gününə çevirdi. "ALLAHım neolardı eşitməzdim o cümləni. Qapıya yaxınlaşdığım anda alaydın canımı. Bəlkə...bəlkə onda gərçəkləşən xəyalıma sevinərdim doyunca. Yox! Yox Yasəmən. Səni istəməyəni səndə istəmə! Unutma sən Yasəmən Əlizadəsən."
-Yox! Yox Afət xala, mən əsla evlənmərəm Aydınla.
-Niyə qızım?
Yasəmən bu sualı heç gözləmirdi. Sevdiyin insanı istəməmək üçün bəhanə tapmaq elə də asan deyildi.
-Çünki...çünki...şey, Aydın biraz qız kimidi.
-Nə?!
-Nə?!
Aydın və Afət xalanın bu qədər təəccüblənməsi boşuna deyildi. Hündür və əzələli bədənli, qara qaş-qara göz, indiyə kimi onlarla sevgilisi olmuş bir oğlana "qız kimidir" demək çox gülünc və absurt idi.
Yasəməndə dediyi sözlərin mənasın sanki indi anladı. "Əla! Yüzlərlə bəhanə varkən sən get ən mənasızın seç Yasəmən. İndi bu işin içindən necə çıxacam. Məndə bu bəxt varkən üstümə meteorid düşsə təəccüblənmərəm."
-Yəni, qız kimidi deyəndə, yəni...çox ətir vurur, saçlarına məndən daha çox qulluq edir. Yəni...yəni mənim tipim deyil. Nəysə, Afət xala sizi çox yaxşı gördüm. Anamgil indi gələcək, bu dərmanların iyi mənə pis təsir elədi, mən çıxım. Özünüzə yaxşı baxın. Hələlik.
Bütün bu sözləri birnəfəsə deyib otaqdan çıxdı. Həyəcandan və utancdan qızarmış üzünü əlləriylə örtüb özünü toplamağa çalışdı. Beyni o qədər qarmaşıq düşüncələrlə dolu idiki açılan qapının səsini belə eşitmədi. Güclü bir əlin qolunu sıxdığını hiss edib, əllərini üzündən çəkib başını qaldırdıqda ona qəzəblə baxan Aydını gördü:
-Deməli mən qız kimiyəm?
-Mən...mən elə demək istəmədim.
-Sən görəcəksən gözəlim!
Aydın bunu deyib Yasəmənin qolunu buraxıb, otağa qayıtdı. Bərk örtülən qapının səsinə diksinən Yasəmən, Aydının az qala bağıraraq dediyi bu sözləri eşitdi:"ana, nə bahasına olursa olsun o qızı mənə alırsan!".

Müəllif: Cəmilə Məmmədli


Şərhlər:
Baxılıb: 2523
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz