Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Mən Kabus Deyiləm"
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3101
Səs ver:
"Bar qızı” kimi tanıdılan, adı ve şekli medianın gündeminden düşmeyen 19 yaşlı Elnure tükürpedici heyat dramını danışdı
...Onu tapmaq ve müsahibe götürmek çetin olsa da, söhbetimiz gözlediyimizden de maraqlı alındı. Müsahibeni "Temiz Dünya” İctimai Birliyinin sedri Mehriban Zeynalova ve "Hüquqi İnkişaf ve Demokratiya” İctimai Birliyinin sedri Zülfiyye Mustafayeva ile birlikde götürdük.
Cemiyyetde "HİV-le yaşayan Elnare Ehmedova” kimi tanınan. eslinde ise Ehmedova Elnure Gülmemmed qızı olan müsahibimiz ona olan yersiz diqqetden çox bezib. Lent.az-a müsahibesi zamanı "ne qeder yazırlar, daha bezmişem, besdirin” deyirdi Elnure...
Dosye: 1989-cu il noyabrın 4-de dünyaya gelib. Her iki valideynini kiçik yaşlarında itirib. 2003-cü ilden Respublika QİÇS-le Mübarize Merkezinde qeydiyyatdadır. 2007-ci ilde Cinayet Mecellesinin 140.1 (bile-bile başqa vetendaşları immumçatışmazlığı virusu ile yoluxdurma tehlükesi qarşısında qoyma) maddesi ile hebs olunub, 7 ay hebsde yatıb. 2008-ci ilin aprel ayında hebsxanadan çıxıb. Hebsxanadan çıxdıqdan sonra "Temiz Dünya" İctimai Birliyinin "Zorakılıq qurbanları üçün sığınacağı”nda 4 ay yaşayıb. Hazırda yaşamağa yeri yoxdur. Respublika QİÇS-le Mübarize Merkezinin resmi açıqlamasına göre, o, heç kimi HİV-e yoluxdurmayıb.

- Senin adın heqiqetenmi Elnaredir?
- Yox, adım Elnuredir.
- Bes nece oldu ki, "Elnare” oldun?
- Sadece, uşaqlıqdan Elnare kimi çağırıblar.
- Bes sen hebs olunan vaxt hüquq-mühafize orqanlarının emekdaşları adını senedden köçürmediler?
- Yox, yeqin senedlerimi üze çıxara bilmediler.
- Ancaq soyadın heqiqeten de Ehmedovadır...
- Men Ehmedova Elnure Gülmemmed qızıyam. Senedde adım beledir.
- İndi özünü nece hiss edirsen? Hem psixoloji, hem de fiziki baxımdan.
- Özümü çox gözel hiss edirem, özümü çox sevirem. Özümü heyata qayıtmış kimi hiss edirem. İndi azadlıqdayam. Keçmişde olanları unutmaq, tamam başqa bir heyatda yaşamaq isteyirem. Bir yerde işlemek, tövbe edib namaza başlamaq isteyirem. Allaha qurban olum, türmede olduğu kimi, azadlıqda da namaz qılmaq isteyirem. İsteyirem evden işe, işden eve gedim.
- Türmeden evvelki heyatınla indiki arasında ferq nedir? Senin üçün ne deyişib?
- Çox deyişib...
- Hebsden evvel dost-tanışın var idimi?
- He, var idi. Bir yaxın refiqem var idi - Leyla. Onunla uşaqlıqdan dost idik. Ancaq daha çox avaraların içinde olmuşam. Çünki xam idim, bilmezdim ki, bele işler olacaq. Avara uşaqlara qoşuldum.
- Neçe yaşından küçede olmusan?
- 13-14.
- Axı küçeye niye çıxmışdın?
- Anam piyanska idi, atama xeyanet elemişdi. Onlar biz uşaq olanda vefat edibler. Bize baxan olmadı, ehtiyac üzünden küçelere düşdüm. Menim qardaşım da 22 yaşında rehmete gedib. İndi yalnız birce kiçik bacım var. Bacıma qurban olum. İsteyirem bacım xoşbext olsun, onun toyunu görmek isteyirem.
- Bes öz toyunu görmek istemirsen?
- İnşallah, belke de menim kimi HİV-le yaşayan adam qarşıma çıxsa, aile quraram. Çünki heyatımda meni seven adamdan başqa, hem de uşaq olmasını isteyirem. Haradasa körpe görende özümden asılı olmayaraq ağlayıram. Ona göre ki, menim öz uşağım da rehmete gedib (ağlamsınır)...
...Bilmirdim ki, HİV-le yaşayan adam uşağa süd vermemelidir. Bunu sonradan hekimler dedi. Süd vermeseydim uşaq qalacaqdı... Uşaq rehmete gedende çox pis oldum. Çünki 9 ay eziyyet çekmişdim.
- Ele pis olanda yanında kim var idi?
- Uşağı dünyaya getiren vaxt yanımda bir qadın var idi. Allah ona kömek olsun. Hemin vaxt azyaşlı idim – 15-16 yaşım var idi. Uşaq dünyaya 2005-ci il aprelin 29-da geldi.
- İlk defe kiminle intim münasibetde olmusan?
- Hemin vaxt uşaq idim, 12-13 yaşım var idi. Avara uşaqlara qoşulmuşdum. Küçede bir oğlanın ağzına selofan torba tutduğunu gördüm. Sen deme o "kley” iyleyirmiş. Mene dedi sen de iyle. İyleyenden sonrası yadımda deyil. Bir de ayıldım ki, "Dostluq” kinoteatrının qarşısındakı zirzemide lüt veziyyetdeyem. Hemin oğlan mene "kley” iyletdirenden sonra zorlayıb. Onun 22-23 yaşı olardı. Özümü öldürürdüm, ağlayırdım ki, bakireliyim pozulub, men daha aile qura bilmeyecem.
- İndi kimlerle görüşürsen?
- Dostlarım, tanışlarımla. Avaralara menim başıma gelenleri yaşamamaq üçün müeyyen şeyleri başa salıram. Her defe onlar şellenmeye, keflenmeye gedende prezervativ verirem.
- Yeni senin hemin dostların bu "şellenmeye” bir iş kimi yox, sadece, bir eylence kimi baxırlar?
- He. Men de onları maariflendirirem. Bir de, dediyim kimi, onlara prezervativ verirem. Eger mende prezervativ yoxdursa, gedib ofislerden götürürem. Ofislerde de olmayanda çarem kesilir, aptekden alıram.
- Refiqelerin senin dediklerini ne derecede qebul edir?
- Qebul edirler. Onları o qeder başa salmışam ki!... Demişem, bu, çox qorxulu bir xesteliye getiren virusdur. Bu virusa yoluxan yalnız özü kimi HİV daşıyıcısı ile evlene biler.
Anlamayanlara da rast gelirem. Ele adam olur ki, - üzr isteyirem – menimle cinsi elaqeye girmezden evvel ona prezervativden istifade etdiyimi deyende başqa cür münasibet gösterir. O, cavab verir ki, "prezervativle heç bir qadınla yaşaya bilmirem”. Ondan HİV/AİDS barede melumatlı olub-olmadığını soruşur, sonra ise bu barede etraflı melumat verirem. Deyirem qorxmursan ki, günün birinde özünde bu virusa yoluxasan ve camaata da keçirersen? Deyirem, özün de bu xesteliye tutularsan, ağlın başına geler.
- Sen bele deyenden sonra partnyorların prezervativi qebul edir?
- Qebul edirse, onunla cinsi elaqede oluram, eks halda, yox. Herden düşünürem ki, ac-susuz qalaram, ancaq prezervativsiz kiminlese olub pul qazanmaram. Çünki mene elave problem lazım deyil. Eger kimese zerer versem, onu yoluxdursam, Cinayet Mecellesinin 140-cı maddenin 1-ci bendi ile mesuliyyet daşıyacağımı bilirem. Bu cinayet mesuliyyetini men daşıyıramsa, demeli, özüm-özüme cavabdeh olmalıyam. Tezeden hebsxanaya düşmekden qorxuram.
Bir sual da Mehriban Zeynalovadan gelir:
- Bes insan alverile bağlı madde hansıdır?
- 144.
- Prezervativi hebsden çıxandan beri teklif edirsen?
- Beli.
- Bes ondan evvel?
- Onda uşaq olmuşam, bilmirdim...
- Amma HİV-le yaşayan olduğunu bilirdin...
- Bilirdim. Sözün düzü, hebsxanadan evvel prezervativden o qeder de çox istifade etmemişem. Ancaq etdiyim vaxt da olurdu. Meselen, bir müşterim var idi. Onunla her defe prezervativle olurdum. Menden soruşanda ki, ne üçün her defe qoruyucudan istifade edirsen, deyirdim "vospaleniya”m var, birden sene de keçer. Onu da deyim ki, HİV-e Sumqayıt yolundakı kafelerden birinde tutulmuşam. Ancaq HİV barede çox da melumatlı deyildim.
- Hebsxanadan çıxandan sonra intim münasibetlere özün isteyib gedirsen, yoxsa yalnız pul xetrine?
- Pula ehtiyacım olanda bu addımı mecburi olaraq atıram ki, ac-susuz qalmayım.
- Bu ne vaxta qeder davam edecek?
- Men haradasa bir yerde normal işde işlemek isteyirem.
Cavabı Mehriban Zeynalova davam etdirir:
- Biz bir neçe teşkilatla birlikde Elnurenin işle temin olunması üçün Respublika Meşğulluq Merkezine müraciet etmeyi düşünürük. Onlara resmi mektub yazıb, cavab gözleyeceyik. Axı onun da işlemek hüququ var.
- Metbuatda senin hebsxanadan çıxandan sonra barlara getdiyin yazılır. Barlara gedirsen?
- Yox, men barlara getmirem, daha çox öz dost-tanışlarımla gezirem.
- Metbuatda senin hebsxanaya düşmezden evvel 200 neferle intim münasibetde olduğun yazılırdı. Bu 200 reqemi hardan çıxmışdı? Ümumiyyetle, müşterilerini saymısan?
- Yox, saymamışam.
- Bes onda 200 reqemi hardan çıxıb?
- Menden istifade edenler olub.
- Kimler olub?
- Birinci növbede Sahib Teymurov ("Uşaq Evlerine Qayğı” İctimai Birliyinin sedri nezerde tutulur – P.A.). Menim birce düşmenim varsa, odur.
- Nece istifade edib?
- Meni qorxudub, söz alıblar.
- Kim qorxudurdu? Bir az etraflı, mümkünse...
- En çox Sahib Teymurov. O meni qorxudaraq, istifade etdi. Onun maşınında oturmuşduq, dedi ki, radioda 200 neferle intim münasibetde olduğunu ve filan-filan barların adını demesen, seni pis hala qoyacam. Dedi, seni tutduraram.
- Sahib Teymur seni döyürdü?
- Döymürdü, ancaq döymekden beter edirdi, çox qorxudurdu.
- Televizorda adlarını çekdiyin barlarda olmuşdunmu?
- Yox, ümumiyyetle, men barlara geden olmamışam. Yalnız bir neçe defe bezi barlara getmişem. Men restoranlarda, saunalarda ve küçede gezen olmuşam. Bir de diskotekaya getmişem. En çox sevdiyim bir diskoteka "X-Dans Klub” idi. Başqa diskotekalara, barlara geden olmamışam.
- Sahib Teymurovun senden barların adını hansı meqsedle soruşduğunu bilirdinmi?
- Bunu tam başa düşmürdüm. Mene dedi ki, gedib barlardan pul yığacam, senin senedlerini düzeldib Almaniyaya aparacam, orada müalice olunacaqsan, sonra da aile quracaqsan.
- Sahib Teymurov seninle intim münasibetde olub?
- Yox.
- Bir az da evvele gedek. Sahib Teymurov seni nece tapmışdı?
- Bir uşaq sığınacağında.
- Ümumiyyetle, senin HİV daşıyıcısı kimi cemiyyete teqdim olunmağında, yeni anonimliyin pozulmasında daha çox kimleri günahkar görürsen?
- Sahib Teymurovu, bir de... (telekanallardan birinin adını çekir – P.A.). Ancaq daha qezetlerde haqqımda yazı görmek istemirem, çünki bezmişem. Artıq hebsxanadan çıxmışam, psixoloq xidmetleri alıram, maariflenirem.
- Hebsxanada yatmağın barede de bir az danış.
- Türmeden çıxandan sonra adam çox esebi olur - lap havalı kimi. 7 ay bir kamerada yatdım. Şüvelandakı hebsxanada olan kamerada üreyim çox sıxılırdı, başım ağrıyırdı. Orada bir hekim mene kömek eledi, sağ olsun. Ona melumat verdim ki, men daşıyıcıyam, QİÇS-li deyilem. Başa saldım ki, hava ile, nefesle keçen virus daşımıram. Bundan sonra hekim HİV-in ne olduğunu anladı. Sonra hemin hekim bu barede hebsxana reisine melumat verdi. Sonra reis menim başqa mehbusların yanına keçmeyime icaze verdi. Orada televizora da baxırdım, adamlarla söhbet edirdim. Bir qadın var idi, gördü yetimem, mene kömek edirdi, yemek verirdi. Deyirdi ki, qızımla yaşıdsan. O özü de anamla yaşıd idi, onu "mama” deyib çağırırdım. Qoymurdu ki, men türme yemeyi yeyim. Ancaq türme yemeyi de yemişem, ayıb deyil ki! Adam var, heç onu da tapa bilmir, buna da şükür etmek lazımdır.
Men indiki heyatıma da şükür edirem. Ancaq daha televizorda görünmek, qezetlere düşmek istemirem.
- Hebsxanadan çıxmağını nece xatırlayırsan?
- Hebsxanadan çıxanda meni Zülfiyye xanım ve onun heyat yoldaşı qarşıladılar. Onlar men türmede yatan vaxt yanıma da gelmişdiler, konfet getirmişdiler.
Hebsxanadan çıxandan sonra onlar meni sığınacağa getirdiler. Bir defe açarı götürüb qapını açıb, çöle çıxdım. Şeherde ele havalı-havalı gezirdim ki! İnanmırdım ki, azadlıqdayam. Ele bilirdim, yene barmaqlıq arxasındayam. Türmeden çıxandan sonra 2 ay özüme gele bilmedim. İndinin özünde esger görende özümü pis hiss edirem. Meni o vaxt mehkemeye esgerler aparıb-getirirdi.
- Günü nece keçirirsen?
- Seher saat 9-da yuxudan durub, dermanımı içirem. Ele olur, tezeden yatıb, saat 10-da dururam. Seher yemeyini yeyenden sonra ya Mehriban xanımın ofisine, ya da Nofel müellimin ofisine gedirem. Herden Zülfiyye xanıma zeng vururam, görüşürük, söhbetleşirik, ya elece telefonla danışırıq. Başqa dostlarımla da görüşürem. Pulum olmayanda onlardan 3-4 manat alıram. Ofislerin birinde yatıb, yuxumu alıram. Men başqa bir heyatda yaşamaq isteyirem.
- Axşamları normal saatda yatırsan?
- Dostlarımın boş evi olanda zeng vurub çağırırlar ki, küçede qalma, gel bizde yat. Hemin dostlarım mensiz qala bilmir, mene göre ele olur ki, onlar da küçede qalır.
- Bes sen sığınacaqda qalmırsan?
- Yox, orada 4 ay qaldım. Sığınacağın da qaydaları var, ömür boyu orda qalmaq olmaz ki...
- Demeli, senin qalmağa, yatmağa bir yerin yoxdur...
- Yox, heç bir yerim yoxdur. Geceler ele olur, dostlarımın evinde qalıram, ya gedirem internet-kluba. Neylemeliyem ki? Çalışıram küçede qalmayım. Çünki qorxuram. Belke biri manyakdı...
- Seni küçede görende heç deyibler ki, "bu hemin qızdır”.
- Yanımda oğlan, ya da başqa tanışım olanda hemin adamı qırağa çekib, menim haqqımda melumat verirler. Kimse bele deyende men çox pis oluram. Menim heyatıma qarışan olmamalıdır axı. Çünki bu, mene aid olan heyatdır. Men öz hüquqlarımı bilirem, qoruyuculardan da istifade edirem.
- Sevdiyin var?
- Yox.
- Ümid edirsen ki, olacaq?
- Ne bilim. Allaha qurban olum, Allah kömek olsun. İsteyerdim ki, meni seven ve menim sevdiyim bir kişi olsun. Men ona heç vaxt xeyanet etmerem. İsteyirem yanımda doğru-düzgün kişi olsun, qabağına çay-çörek qoyum, ayağını yuyum. Öz evimin xanımı olmaq isteyirem. İsteyirem uşağım olsun, onu sevim, ezizleyim. Aile qursam, uşağım olsa, o qeder sevinerem ki!... Bütün murdar şeylerden uzaq olaram.
- İndi özünü murdar sayırsan?
- Evvelki kimi yox, ancaq ele hereketler edende, he, murdar sayıram özümü.
- Özünü sevmeye layiq bilirsenmi?
- Elbette.
- Özünü günahkar sayırsan?
- Yox.
- Bes heyatının bele alınmağında daha çox kimi günahkar sayırsan?
- Valideynlerimi. En çox da anamı.
- Cemiyyete ne demek isterdin?
- Evvelce onu elan etmek isteyirem ki, men autriçem (autriç – riskli davranış qrupları arasında maariflendirme ve profilaktika işlerini aparan şexs. Bu profilaktika işleri küçede ve diger müxtelif menteqelerde aparılır). Meni fahişe Elnare kimi yox, autriç işçisi Elnure kimi tanıyın. Men artıq, yersiz diqqetden azad olmaq isteyirem. Men de başqalarıyla beraberhüquqlu insanam, menim de xoşbext olmaq hüququm var. Menim aile qurmaq, işlemek, diqqetden kenar, azad yaşamaq hüququm var.
Bütün insanlara üzümü tutub xahiş edirem: Men de sizin kimi insanam! Meni kabusa döndermeyin! Men kabus deyilem! Menim kimi diger şexsler de var, heç onlara bu qeder diqqet yoxdur. Meni başqalarından ayırmayın! Meni mehv etmeye çalışmayın! Sadece, mene el tutun ki, yaşayım!..


Şərhlər:
Baxılıb: 3101
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz