Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Virtual tanışlıq"
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3566
Səs ver:
Oğlan:
Sizə icazənizlə,
Sözüm var bircə kəlmə.
Tanış olmaq istərəm,
Sizin kimi gözəllə.
Qız:
Sevgi odur fəsillər,
Dəyişəndə solmasın.
Ciddidirsə niyyətin,
Niyə də ki olmasın.
Oğlan:
Gəl biz elə sevişək,
Dünya nura boyansın.
Bircə kəlmə hə söylə,
Yatan bəxtim oyansın.
Qız:
Fırladır dünya bizi,
Hər an ömürdən gedir.
Mənlə tanış olmağa,
Səni cəlb edən nədir.
Oğlan:
Bir günlük tanışlıqdan,
İnan çox yorulmuşam.
İlk baxışdan mən sənin,
Nikinə vurulmuşam.
Qız:
Nikdəki öz adımdı,
Dillərdə bir dastanam.
Şıltaq, dəcəl bir qızam,
Mən balaca Aydanam.
Oğlan:
Qızlarda gözəlliyi,
Sevirik hər birimiz.
Yəqin adınız kimi,
Özünüz də gözəlsiz.
Qız:
Yaranışdan Allahın,
Gözəldir hər bəndəsi.
Ürəkləri sevənin,
Eşidilir haqq səsi.
Oğlan:
Mən görmək istəyərdim,
Sizi tez bir zamanda.
Qəlbiniz də gözəlmiş,
Duydum bunu bir anda.
Qız:
Tez olsa da qərarın,
Mən razıyam səninlə.
Nömrəmi verdim sənə.
Sabah danış mənimlə.
Oğlan:
Sabah elə bu vaxtı,
Zəngimi gözləyərsən.
Harda görüşəcəyik,
Onu mənə deyərsən.
Qız:
Yaşayacam mən görən.
O sevinci o ünü.
Sevə-sevə gözlərəm,
Sabah ki, gözəl günü.
Oğlan:
Qismət olsa bu bizə,
Sabah görüşəcəyik.
Bağışla getməliyəm.
Sabahadək hələlik.
Qız:
Mən də gedirəm daha,
Evdə heç kim bilməsin.
Planlar alt-üst olar.
Atam gəlib görməsin.
Oğlan:
Yuxu gəlmir gözümə,
Necə olacaq sabah.
Xəyalımda qurduğum,
Bəlkə odur ay Allah.
Qız:
Ağlıma gəlməzdi heç,
Tanış olduq biz necə.
Bəlkə düşünsəm bir az,
Yuxuma gələr gecə.
Oğlan:
Nömrəni yığmalıyam,
Vaxtıdı zəng etməyin.
Məqamı çoxdan gəlib.
O görüşə getməyin.
Qız:
O zəngi gözləyirəm,
Qəlbim həyəcan dolu.
İndi bildim nə qədər.
Çətindir eşqin yolu.
Oğlan:
Salam necəsən canım?!
Yəqin tanıdın məni.
Dünən görmək istədik.
Sən məni, mən də səni.
Qız:
Unutmaq olarmı heç,
Sevdiyin bir nəfəri.
Harda görüşəcəyik,
Düşünmüşəm o yeri.
Oğlan:
Buyur yerini söylə,
Həvəslə gəlim ora.
Dünyanın xoşbəxtiyik,
Biz daha bundan sonra.
Qız:
Sahildə, Milli parkda,
Gözləyəcəm mən səni.
Düz saatın yanında,
Görəcəksən sən məni.
Oğlan:
Bakımızın ən gözəl,
Yerlərindən biridir.
Biz gənclər üçün ora
Sevənlərin yeridir.
Qız:
Həyatın burda görür,
Dənizi çox sevən kəs.
Darıxdım bir anlığa.
Bura gəlməyə tələs.
Oğlan:
Ruhum sənin yanında.
Cismim ilə burdayam.
Gəlir həsrətin sonu,
Tez bir vaxtda ordayam.
Qız:
Dil dodağım quruyub,
Çırpınır bu ürəyim.
Məni görəndən sonra,
Olacaqmı gərəyim.
Oğlan:
Ümidliyəm nədənsə.
Ürəyim çox rahatdı.
Bəlkə də Allah onu,
Mənim üçün yaratdı.
Qız:
Özümə gəlim bir az,
Yəqin indi gələcək.
Kənardan görən kimi,
Mən olduğun biləcək.
Oğlan:
Gör bu alın yazımı,
Allahım necə yazdı.
Demə tanış olduğum.
Bir vaxt sevdiyim qızdı.
Qız:
Sənə olan bu sevgim,
Bitmədi heç vaxt bitməz.
Sevəni ayırmağa.
Ayrılıq gücü yetməz.
Oğlan:
Qismətə bax sevgilim,
Biz yenə də qovuşduq.
İtirdik sonda tapdıq,
Bu həsrətdən sovuşduq.
Qız:
Yaşamağı bacarmaz,
Ürək itirsə tənin.
Kim nə deyir qoy desin.
Sən mənim ol mən sənin.
Oğlan:
Sənə olan sevgimə,
Ailəmiz pis demir.
Axı mənim olmanı,
Sənin atan istəmir.
Qız:
Bu sevginin həyatda,
Çarəsi budur ancaq,
Sevirsənsə sən məni,
Gəl qoşulub biz qaçaq.
Oğlan:
Ciddi düşünmək gərək,
Bu barədə bir qədər.
Oğlan müqəssir deyil,
Qız razıdırsa əgər.
Qız:
Öz seçimimdir mənim.
Deyəcəyəm hər yerdə.
Yetər ki ay sevgilim.
Ayrılmayaq biz birdə.
Oğlan:
Sevgimiz olan yerdə.
Bizi ayırmaz ölüm.
İnanıram mən sənə,
Ümidim sənsən gülüm.
Qız:
Gəl birlikdə qoruyaq,
Ürəkdə məhəbbəti.
Bu eşq əbədi olsun,
Olmasın müvəqqəti.
Oğlan:
Sevənlər bilsin gərək,
Bu həyatın dadını.
Biz də yazaq tarixə,
İki gəncin adını.
Qız:
Oyanmışıq yuxudan,
Yatdığmıız bəs deyil?!
İnsana həyat verən,
Onu sevən kəs deyil?!
Oğlan:
Sənə həsrət qalacaq,
Sənsiz keçən hər ilim.
Dünyada ən dəyərli,
Varlığımsan sevgilim.
Qız:
Qanad açıb quş kimi,
Biz uçuruq səmaya.
İndi biz də gedirik,
Sevgi dolu dünyaya.



Şərhlər:
Baxılıb: 3566
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz