loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yoxsan Sən
Yoxsan Sən
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 1550
Səs ver:
Nə dəniz artıq mavi görünür mənə,
Nə də iylədiyim çiçəklər ətir saçır.
Nə gecələri yata bilirəm, nə də üzüm gülür.
Ürək yasda, könül yasda, duyğular yasda,
Yoxsan sən, yoxsan artıq yanımda.

Bu gün içimə bir atəş düşdü, yandırır ürəyimi.
Gözyaşlarım sel olub, dolub ürəyimə,
Yoxsan sən, yoxsan artıq yanımda.
Bu ayrılıq, bu sevda tükətdi bədənimi,

Nə şeir oxuya bilirəm, nə də yaza bilirəm,
Hər şeirdə, hər söz də gəlirsən ağılıma,
Məktublarını cırıb ata bilmirəm,
Şəkillərini yandıra bilmirəm,
Səbəbini bilmirəm,bəlkə də səni unuda bilmirəm.

Halbu ki, nə gözəl günlər yaşamışdıq səninlə.
Bəzən boğazın dərinliklərində, bəzən də sahillərdə,
İndi o gözəl günlər qalsa da keçmişdə,
Bitmir ki, bu sevda, qalıb ürəyimdə.

Bilmirəm xatırlayarsanmı? Sentyabrda toyumuz olacaqdı. 
Soyuq gecələrdə, bizi sevgimiz istilədəcəkdi,
Axı, bir oğlumuz bir də qızımız olacaqdı,
Bu sevda, bu həsrətlər yarımçıq qalacaqdı? 

Yoxsan sən, yoxsan artıq yanımda.
Bir yuva qurmusan başqa diyarda,
Sən məni düşünmə! Xoşbəxt olsam da olmasam da,
Yetər ki, sən xoşbəxt ol  gülüm, o yetər mənə

Yoxsan sən, yoxsan artıq yanımda.
Çox uzaq yollar var aramızda.
Sıra sıra dağlar var, okeanlar var,
Və içimdə anlaya bilmədiyim qəribə duyğular.
Səni xatırladar mənə, köz atəş olar ürəyimi yandırar.

İndi qönçəsi olmayan bir gül kimiyəm.
Leylasını axtaran Məcnuna döndüm.
Sənə yeni yuvanda xoşbəxtliklər diləyirəm.
Mən isə susuzluqdan quruyan güləm.

Yox eşqim mənim, inanmıram, inana bilmirəm.
Getmərsən, gedə bilməzsən.
Belə bir sevdanı bitirə bilməzsən.
Artıq nə olar, bir şey söylə mənə,
Hardasan, haralardasan?

Yoxsan, yoxsan dedimişdim gülüm, əsla inanma.
Sevgin hələ ürəyimə axır damla damla.
Sən, olmasan belə bu an yanımda,
Gündüzləri xəyalımdasan, gecələri yuxumda.

Müəllif:Halit Şanlı
                            Tərcümə etdi:ShoKKi_MoKKi                           


loading...
Şərhlər:
Baxılıb: 1550
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz