Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kosmos haqqında sizi mat qoyacaq 10 məlumat - fotolar
Kosmos haqqında sizi mat qoyacaq 10 məlumat - fotolar
Göndərən: my_angel
Şərhlər: 9
Baxılıb: 401
Səs ver:
”Cosmos: A Spacetime Odyssey” məşhur sənədli filmlər seriyası sayəsində biz kosmos haqqında bir-birindən maraqlı məlumatlar alırıq. Bu məlumatlar hərdən o qədər inanılmaz olur ki, onları oxuduqda və ya izlədikdə ağzımız heyrətdən açıq qalır.

1. Kainat üçün bəşəriyyət yeni doğulmuş körpə kimidir



Kainatın formalaşdığı təxmini zaman ilə bəşəriyyətin formalaşdığı zamanı müqayisə etdikdə bəşər tarixinin o qədər də qədim olmadığını, tam əksinə gənc olduğunu görürük. Bir sözlə, kainat üçün biz olduqca yeniyik.

2. Günəş sistemində Yerdən başqa yağış yağan digər məkan



Saturnun peyki olan Titan’da, eynilə Dünyadakı kimi çaylar, göllər və sahil zolaqları mövcuddur. Üstəlik burada yağış da yağır. Lakin bu yağışlar Yerdəki yağışlarla eyni deyil. Titanda yağışlar metan və etandan yaranır. Dünyada bu elementlər qazı yaratdığı halda, Titanda isə maye halındadırlar. Bura o qədər soyuqdur ki, su ancaq buz kütləsi halında mövcuddur.

3. Quyruqlu ulduzların quyruğunun sirri



Quyruqlu ulduz dediyimiz şey əslində kainatda azad şəkildə dolaşan meteordur. Günəş sisteminə daxil olan və Günəşin cazibə qüvvəsinə tuş gələn meteorun Günəşə yaxınlaşdıqca buzu əriyir və üzərindəki qaz və tozlar ondan aralanaraq, arxasınca sürünür. Beləliklə də, möhtəşəm görüntü yaranır. Baxacağımız ən yaxın quyruqlu ulduz hadisəsi isə 2061-ci ildə baş verəcək.

4. Göy üzündə gördüyünüz ulduz işıqlarının çoxu "ruh”dur



İşıq sürəti məsələsinə heç girmirik. Bu onsuz da hamımızın bildiyi kimi, kainatdakı demək olar ki, ən sürətli şeydir. Göy üzündə görmüş olduğunuz ulduzların işıqları bizə çatana qədər, işığın möhtəşəm sürətinə baxmayaraq, bəziləri artıq çoxdan yox olmuş olur. Əslində göy üzünə baxanda bir növ keçmişi izləyirsiniz. Bu səbəbdən də, teleskopa zaman maşını da deyilir! Bax, bu bir az qorxunc səslənir.

5. Hamımız ulduz tozuyuq



Rənglərin formalaşması şüaların dalğa uzunluqları ilə bağlıdır. Amma, rənglərdə daha böyük bir sirr var. Spektr xətləri, yəni rənglərin prizmadan keçiriləndə içində görünən barkoda oxşayan xətlər, işığın hansı atomu saxladığı barədə bizə məlumatlar ötürür. Beləliklə də, uzaqdan gələn şüaların tədqiqi ilə planetlərin atom molekullarının nədən ibarət olduğu müəyyənləşdirilib. Bütün kainat eyni elementlərdən ibarətdir. Yəni hər birimiz ulduz tozuyuz. Əla səslənmirmi?

6. Əslində bir-birimizə heç vaxt tam mənada toxuna bilmirik



Yəqin ki, bu məlumat sizdə çaşqınlıq yaratdı. Atomların ətrafında nüvəsini qoruyan güc sahələri, yəni elektron buludlar var. İki atom nüvəsi heç vaxt bir-birinə toxuna bilmir. Yaxınlaşır, lakin görünməz güc sahələri bir-birini itələyir. Sadəcə toxunma hissi yaranır.

7. Dünyanın yaşı qurğuşun ilə hesablanıb



Əlbəttə, işlədilən qurğuşundan deyil, qurğuşun elementindən bəhs edirik. Başdan başlayaq: Yerin yaşını hesablamaq üçün Dünyanın quruluşundan bəri var olan bir şey tapmalıydıq. Ancaq bu mümkün deyildi və ya heç vaxt əmin olmaq olmurdu. Elə isə bunun üçün ən uyğun şey meteor hesab edildi. Bir Meteor təhlil olunsa və nə qədər müddət mövcud olduğu hesablansa, kainatın yaşı da müəyyən edilə bilərdi. Ancaq bir problem var ki, elementlərin atomları zaman ərzində dəyişir və başqa bir elementə çevrilirdi. Tək bir element istisna olmaqla – qurğuşun. Beləliklə də, Meteor içindəki Qurğuşun miqdarı hesablanaraq, Dünyanın yaşı da hesablanıb.

8. Günəş Yeri Udacaq!



Qorxdunuzmu?! O zaman rahatlaşın, çünki bu təxminən bir milyard il sonra baş verəcək. Günəş "ölməmişdən” dərhal əvvəl öz ölçünün yüz dəfə artığı qədər şişəcək. Bəlkə də o vaxta qədər bəşəriyyət başqa qalaktikalarda həyat tapar.

9. Aya gedən insan sayından daha az insanın gəldiyi yer



Okeanların altında tamamilə başqa bir dünya var: sıra dağlar və yarğanlar. Dünyanın ən dərin yeri hesab edilən Mariana Çökəkliyinə gedən insan sayı, Aya gedənlərdən daha azdır. 11.000 metrdən artıq dərinlikdən söhbət getdiyini unutmayın. Təkcə Göy üzü deyil, Yerin altı da sirr olaraq qalır.

10. Kainatda bizim planetimiz bir toz dənəciyidir



Planetimiz kainatın nəhəngliyi ilə müqayisədə bir toz dənəsindən də kiçikdir. Bütün bu müharibələr, ölkələr, mədəniyyətlər, lovğalıqlar, sevgi və nifrətlər – hamısı bu kiçik toz dənəsi daxilində baş verdi! İndi hər kəs papağını qabağına qoymalı və nəhəng kainatdakı toz dənəsində sahib olduğumuz yeganə şeyin insanlıq hissi olduğunu dərk etməlidir. Hamımız kainatdakı toz dənəsi üzərində yaşayan kiçik ulduz tozuyuq!


Şərhlər: 9
Baxılıb: 401
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mrs.Kemale
maraqlı melumatlardır teşekkürler
28 iyul 2016 16:53
# 9
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
vipbetul
cox maraqli melumatlardir
11 may 2016 12:53
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lale.veliyeva19
Çox maraqlı faktlardır bilirdim bunları nədə olmasa gələcəyin COĞRAFİYAÇISIYAM 08 həqiqətən 11022 metr dərinliyə enmək zarafat deyil
8 may 2016 07:07
# 7
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Fialka
Çox maraqlı faktlar idi. Nə qədər doğru olmasını isə yalnız uca yaradan bilə bilər.
8 may 2016 04:14
# 6
Fidan ALYEVA
Coxunu bilirdim amma ruhlarin ulduz denesi ve 1milyartdan sonra gunesin yeri udmasi inandirici gelmedi mene twk maraqli idi
8 may 2016 03:17
# 5
.O.F.S.
melek_ayka
Derya merkezi ...........
8 may 2016 00:32
# 4
Miss_Oxatan
bu yaxinda hardasa oxumuwam burda yazilanlari.menim ucun tekrar olsa da yene maraqla oxudum.her biri sadece yene dunya alemim hec bir faizide deyil.kainat bawdan ayaga mocuzedir.sirri de sadece ALLAHA awikardir,cunki,yaradani Odur.
7 may 2016 23:56
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Nur Melikzade
Maraqli idi hemde cooox.yazan eller var olsun. Xeberi cox beyendim ve hevesle oxudum.♥
7 may 2016 23:54
# 2
İmza
BARBI
Kainat sirr deryadidir. Haqqinda oxumaq maraqlidir. Bezi melumatlar qorxuducudur
7 may 2016 23:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz