Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
intimdən siyasətə gələn 10 qadın
intimdən siyasətə gələn 10 qadın
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2137
Səs ver:
Məşhur "Forbes” jurnalı intimodan siyasətə gələn qadınların siyahısını dərc edib.
1. Stefani Qreqori Klefford (Stormi Deniels) – Luiziana ştatının senatoru postuna namizəd.
Daha çox Stormi Deniels kimi tanınan Stefani Qreqori Klifford 120-yə yaxın intim filmlərdə çəkilib. O, siyasətə 2010 – cu ildə qatılıb. Lakin tez bir zamanda siyasətdən uzaqlaşıb. 
2. Meri Keri – Kaliforniyanın qubernatoru vəzifəsinə namizəd.
1980 –ci ildə doğulmuş Meri Keri 30 yaşına qədər 80 –dən artıq müxtəlif filmlərdə açıq xarakterli rollarda oynayıb. Onun siyasətə gəlişi 2003 – cü ilə təsadüf edir. Belə ki, Meri Kaliforniyanın qubernatoru vəzifəsinə müstəqil şəkildə namizədliyini irəli sürüb. Onun məsuliyyətli post uğrunda mübarizəsi təmamilə simvolik və reklam xarakteri daşıyıb. 3 ildən sonra o, posta namizədliyini yenidən irəli sürüb, lakin budəfəki cəhdi də uğursuzluqla nəticələnib. Keri ailəsindəki şəxsi problemlərlə bağlı geri çəkilib. 
3. Milli Dabbraçço – İtaliya parlamentində deputatlığa namizəd (2008 – ci il).
Dabbraçço 20 –dən artıq intim filmdə çəkilib. 2008 –ci ildə o öz gücünü siyasətdə sınamaq qərarına gəlib. Seçkilərə Sosialist partiyasından qoşulub, lakin uduzub.
4. Fiorella Rubino – İtaliya parlamentinin deputatı (2008 – 2013 –cü illər).
Fiorella rejissoru Tinto Brassın olduğu sadəcə bir intim filmdə çəkilib. Siyasətə qatıldığı vaxta qədər teatr aktrisası olub. Şekspirin pyeslərinin səhnələşdirildiyi ciddi səhnələrdə rol alıb. Lakin 2008 –ci ildə teatrı siyasətə dəyişərək deputatlığa namizəd olub. O, seçkiərə "Xalq azadlığı” partiyasından qoşulub və qalib gəlib. Onun mandatı bir müddət öncə - bu ilin martında bitib.
5. Moanna Poççi – "Sevgi” partiyasının həmtəsisçisi, İtaliya parlamentində deputatlığa namizəd (1992 –ci il).
intimoaktrisa Moanna Poççi qısa ömrü ərzində yüzlərlə filmə çəkilib. Lakin bu filmlərin hamısı intim məzmunlu olmayıb. O, 1992 –ci ildə Çiççolini ilə birlikdə fahişəxanaların qanuniləşdirilməsi və məktəblərdə intim – tərbiyənin tətbiqini əsas tutan "Sevgi” partiyasını yaradıb. Partiya seçkilərdə sıradan çıxsa da, Poççi ilə Çiççolininin məşhurluğu pik həddə çatıb. Lakin Moanna bu məşhurluqdan kifayət qədər istifadə edə bilməyib. O, seçkilərdən 2 il sonra – 33 yaşında qaraciyər xəstəliyindən vəfat edib.
6. Merilin Çambers – ABŞ-ın vitse prezidentliyinə namizəd.
Çembers 36 intimo filmə çəkilib. Artıq məşhurlaşandan sonra siyasətə qatılmaq qərarına gəlib. O, ABŞ-ın vitse – prezidenti postuna iki dəfə namizədliyini irəli sürüb. 2004 və 2008 –ci illərdə bu post uğrunda mübarizəyə qoşulsa da qalib gələ bilməyib. 2009 – cu ildə dünyasını dəyişib. 
7. Sindi Li – Fransa prezidenti postuna namizəd.
Striptizçi Sindi Li iki dəfə - 2007- cil il və 2012 – ci ildə prezidentlik postu ğurunda mübarizə aparıb. Və hər dəfə rüsvay olub. Onun seçki kompaniyasının proqramını kameralar qarşısında soyunmaq, intim məzmunlu bəyanatlar və şüarlar təşkil edib. 
8. Anna Errousmit – Böyük Britaniyada Liberal Demokratlar partiyasından Palataya üzvlüyə namizəd.
Anna intimo filmlərə çəkilməyib, çəkib. O, 250-də artıq intim məzmunlu filmlər çəkib. 2010 – cu ildə o, Palata üzlüyünə namizədliyini irəli sürüb, lakin qələbə çalmayıb.
9. Anna Staller – İtaliya parlamentinin deputatı (1987 – 1992 – ci illər).
Staller 1970 – 80-ci illərdə bir çox intimo filmlərdə çəkilib, eyni zamanda radio və televiziyalarda keçirilən intimo şoularda iştirak edib. Anna (Əsl adı Çiççolini olub) siyasətdə ilk addımını 1979 –cu ildə atıb. O, İtaliya parlamentinə "Lista del Sole” partiyasından namizəd olub, amma seçkilərdə uduzub. Deputat kürsüsündə oturmaq Stallerə 8 ildən sonra qismət olub. Bununla da o, "dünyada siyasətə gələn ilk intimoaktrisa” statusunu qazanıb. Məhz Çiççolininin sayəsində İtaliya tarixində 62 ildir ki, "intimoaktrisaların deputatlıq dövrü” davam edir.
10. Yelena Berkova – Soçi meri postuna namizəd.
Rusiyanın məşhur "Dom -2” realiti- şousunda iştirak etmək Yelenaya həm uğur gətirib, həm də məşhurluq qazandırıb. O, 2009 – cu ildə Soçi meri postuna namizədliyini irəli sürüb. O, mer olmaq arzusunu digər bir namizəd – Boris Nemçova pislik etmək istəyilə əlaqələndirib. Nəinki Nemçov, intimoaktrisa da qalib gələ bilməyib.

 

 

 

 

 

 

intimdən siyasətə gələn 10 qadın

 

 

intimdən siyasətə gələn 10 qadın

 

intimdən siyasətə gələn 10 qadın

 




Şərhlər:
Baxılıb: 2137
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz