Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yatış tərzinə görə cütlüklər
Yatış tərzinə görə cütlüklər
Göndərən: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 889
Səs ver:
Araşdırmalar göstərib ki, cütlüklərin yuxu pozasından onların bir-birini həqiqətən sevdikləri və ya ayrılmaq üzrə olduqlarını anlamaq mümkündür. "Goodbye Insomia” və "Hello Sleep” adlı kitabların yazarı psixiatr Samuel Dunkell düz 25 ildir ki, yuxu pozalarının mənalarını araşdırır. Onun məqsədi insanların eşq həyatı ilə yuxu pozaları arasındakı əlaqəni öyrənməkdir.
Siz də son günlər partnyorunuzun soyuq davranışlarından şikayət edir və artıq sizi əvvəlki qədər sevmədiyini düşünürsünüzsə, mütləq yazımızı oxuyun.
 
Qaşıq pozası

Bu pozada yuxuya gedən cütlüklərin evlilikləri, adətən, uzunmüddətli olur. Onlar bir-birini çox sevir, biri olmayanda o birinin gözünə yuxu getmir. Onlar sevgilərini dilə gətirməkdən çəkinmirlər.
 
Yastıq söhbəti

Belə cütlüklərdə dostluq eşqi üstələyib. Bu pozada yatan cütlüklər bir-birinin ən yaxşı sirdaşıdırlar. Onlar üçün səmimiyyət hər şeydən önəmlidir. Aralarında heç bir sirr yoxdur. Onlar gün ərzində tez-tez söhbətləşməkdən, dərdləşməkdən zövq alırlar. Belə cütlüklərin də münasibətləri uzunmüddətli olur.
 
Romantik poza

Adətən filmlərdə dillərə dastan eşq yaşayan cütlüklər bu pozada yuxuya gedirlər. Adından da məlum olduğu kimi, bu poza cütlük arasında güclü romantik hisslərin olduğundan xəbər verir. Yeni evlənənlər, əsasən, bu yuxu pozasına üstünlük verirlər. Belə yatan cütlüklər arasında sevgi və hörmət hissləri güclü olur. Araşdırmalar göstərib ki, qarşı tərəfin çiyninə söykənərək yuxuya getmək həm kişi, həm də qadın üçün faydalıdır. Çünki  sevdiyi şəxsin ürək döyüntülərini eşitmək hər bir insanın əsəb sisteminə yaxşı təsir edir, gün ərzində keçirdiyi əsəb, stres, gərginlik hisslərini unutdurur.
 
Kürək-kürəyə

İllərdir ki, evli olan cütlüklər çox vaxt bu pozada yatırlar. Bu bir-birinə öyrəşmiş, artıq qarşı tərəfə olan marağını itirmiş cütlüklərin yuxu pozasıdır. Tərəflər bir-birini yaxşı tanıyır, bir-birinə inanır. Eşq bitsə də, sevgiləri hələ də onları tərk etməyib. Bu poza bir-birinizin yanında olduğunuzu hiss etdirir. Eyni zamanda da, rahat yatmağa imkan yaradır. Ancaq onu da qeyd edək ki, belə cütlüklərin 1-2 il ərzində ayrılmaq ehtimalı var. Çünki  müəyyən mərhələdən sonra bezib eşqin çılğınlığını dadmaq istəyəcəklər.
 
Çarpayının ucunda yatanlar

Evli cütlüklər çarpayının əks qütblərində, bir-birinə kürəyini çevirərək yatırlarsa, deməli, bu ailə dağılacaq. Çünki araşdırmalar şüuraltında toplanan fikirlərin, əsasən, gecə saatlarında insanların davranışlarında öz əksini tapdığını bildirirlər. Əgər isti yay aylarında tərləməmək və rahat yuxuya getmək üçün bu pozada yatırsınızsa, problem yoxdur. Ancaq hər gecə eyni şey təkrarlanırsa, deməli, diqqətli olmaq lazımdır. Çünki bu qarşı tərəflə aranızda münasibətin soyuduğunu, məsafəli olduğunuzu göstərir. Qeyd edək ki, sevərək evlənməyən, ailənin və ya qohumların məsləhəti ilə ailə quranlar adətən, bu yuxu pozasında yatırlar.
 
Qanadlarının altında

Psixoloq Samuel Dunkell bu pozanın çox səmimi olduğunu vurğulayır. Hətta dediyinə görə, xərçəng xəstəliyinə yaxalanan pasienti bir dəfə ona əri ilə bu pozada yuxuya getdiklərini və bunun ona mənəvi cəhətdən çox yaxşı təsir etdiyini bildirib. Bir sözlə, bu poza əsl sevgidən və mərhəmətdən xəbər verir. Əgər partnyorunuz sizi belə qucaqlayıb yatırsa, onu xoşbəxt etmək üçün əlinizdən gələni edin. Çünki dünyada sevməyi bacaran nadir insanlardan biri ilə birlikdəsiniz. Bunun qiymətini bilin.
 
Rahat, amma birlikdə

Bəzi cütlüklər rahat yatmaq üçün çarpayıda uzaqlaşdıqlarını, qucaqlaşmağın, yaxın təmasın yuxunu qaçırdığını bəhanə edirlər. Ancaq illər keçsə belə, sevgiləri azalmayan, hələ də bir-birlərinə yaxın olmaqdan zövq alanlar rahat pozada yatsalar belə, mütləq əl, qol, ayaqlar qarşı tərəflə təmasda olur. Belə cütlüklər arasında qısqanclıq, dava-dalaş olmur. Onlar evli olsalar belə, hələ də sevgili və dost qala bilənlərdir.


Şərhlər: 8
Baxılıb: 889
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
krisa
Bunlar hamisi bos seylerdir.Biz her formada yatiriq.Ikimize de nece rahatdir ele yatiriq.Gah kùrek küreye,gah romantic,gah qanadlarimin altinda,gah carpayinin ucunda.Yani menim ücün bos seylerdir bunlar.Inanmiram
29 aprel 2016 18:46
# 8
Kölge
Rahat amma birlikde
29 aprel 2016 14:36
# 7
Her şeye gore şukur
ilk nur
Kurek kureye ))
29 aprel 2016 12:34
# 6
Nur Melikzade
Evli deyilem ama mence rahat yatmaq daha yaxci olar
29 aprel 2016 11:23
# 5
İmza
evli.mutlu.cocuklu
Bizde qasiq formatında yatiriq
29 aprel 2016 09:45
# 4
BARBI
Maraqli pozalardi. Heleki evli deyilem. Amma cutluklerin birge ve mehriban yatmagin terefindeyem
29 aprel 2016 09:44
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
sadece_men
Menimde qawiq ve qanadlarinin altinda pozalarindan cox xowum gəlir .bizde cox vaxt ele yatiriq.herdende axirinci pozada birda kurek kureyede yatmagi xowlayiram
29 aprel 2016 08:32
# 2
arzum-aysum
Beş ildi evliyik, hele de romantik ve qanadlarinim altinda şəklində yatırıq. Cunki bir birimizi coxxxzxx sevirik. En cox da romantik pozadaki kimi yatarken onun urek döyüntülərine qulaq asmağı sevirem, çünki bilirəm ki, bu ürək menim üçün döyünür heart
29 aprel 2016 08:13
# 1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz