Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dietaya başlamazdan əvvəl hazırladığımız 10 sualı... - TEST
Dietaya başlamazdan əvvəl hazırladığımız 10 sualı... - TEST
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 522
Səs ver:
Artıq çəkidən azad olmaq üçün əzm və qərarlılıq hər şeydən vacibdir. Dietaya başlamaq üçün bir çox bəhanələr dilə gətirisiniz, əvvəlcə qərarlı olub-olmadığınızı özünüzdən soruşmalısınız. Çünki istəksizlik, həyat tərzi və həssaslıqlarınız hədəfə çatmağınıza ən böyük maneədir. İlk növbədə özünüzə qoyduğunuz maneələrin və düşüncələrinizin fərqinə varmalısınız və bunlardan azad olduqdan sonra dietaya başlaya bilərsiniz. Arıqlamaq üçün bu düşüncələri birdəfəlik beyninizdən atmalısınız. Dietaya başladığınızda istədiyiniz nəticəyə nail olub-olmadığınızı bilmək üçün aşağıdakı 10 suala cavab verə bilərsiniz. Ancaq sualların məntiqi düzgünlüyü ilə yox, beyninizdə necə formalaşdırırsınızsa, o cür də cavab verin.

1. Bir çox mütəxəssislər həftədə 1-2 kiloqram arıqlamağın mümkün olduğunu dilə gətirirlər. Siz bu fikri eşitdiyiniz zaman hansı hissləri keçirirsiniz?
A) Cəsarətlənirəm, 1-2 kiloqram arıqlamaq mümkündür.
B) Panikaya düşürəm, çünki istədiyim libası geyinə bilməyim üçün ən az 7 kiloqram arıqlamalıyam.

2. Hədəflədiyiniz çəki nə qədərdir?
A) Sağlam çəkidə olmaq istəyirəm.
B) İdeal bədən ölçüsünə sahib olmaq istəyirəm.

3. Ən son etdiyiniz dietanın nəticəsi nə oldu?
A) Çəkimdə elə bir dəyişiklik olmadı.
B) Çəkim azaldı, amma daha sonra verdiyimdən daha çox aldım.

4. Özünüzü güzgüdə tam gördüyünüzdə ağlınızdan nələr keçir?
A) Məncə bir az arıqlamalıyam, amma indiki çəkimdə də olduqca yaxşı görünürəm.
B) Güzgüdə özümə baxanda özümü heç yaxşı hiss etmirəm.

5. Arıqladığınızda həyatınızda nələrin dəyişəcəyini düşünürsünüz?
A) Sevdiyim işlərin arxasınca getdikdə özümə inamım daha da artacaq.
B) Daha yaxşı ictimai həyatım olacaq və məncə iş həyatımda da irəliləmələr baş verəcək.

6. Daha əvvəlki dietaya başlamağınızla qarşılaşdırdığınızda sizcə indi nələr dəyişib?
A) İndi artıq çəkidən azad olmağı sağlam yaşamaq üçün istəyirəm.
B) Bu dəfə dietamın yaxşı nəticələnəcəyinə inanıram.

7. Sizcə niyə köksünüz?
A) Çox yemək yeyirəm və hərəkətsizəm.
B) Mənim genetikamda onsuz da köklük var və arıqlamaq mənim üçün olduqca çətindir.

8. Davamlı olaraq idman hərəkətlərini edə biləcəyinizi düşünürsünüzmü?
A) Bəli. Mənin üçün bundan daha vacib iş ola bilməz.
B) Əmin deyiləm. Bu aralar işlərim həddən artıq çoxdur.

9. Uzun müddət sağlam qidalar yeyə biləcəyinizə inanırsınızmı?
A) Bəli. İnamlı və davamlı arıqlamaq üçün tək yolun bu olduğuna inanıram.
B) Rəfiqələrim yeməyə məcbur edənə qədər və ya tətil günlərinə qədər davam edə bilərəm.

10. Özünüzə hədəf qoyduğunuz çəkini əldə edə biləcəyinizi düşünürsünüzmü?
A) Sağlam çəkini əldə edə biləcəyimə və bu dietaya davam edə biləcəyimə inanıram.
B) İdeal çəkini əldə edə biləcəyimə və bu dietaya davam edə biləcəyimə o qədər də inanmıram.

Dəyərləndirmə
Bütün suallarda "a” variantını seçmisinizsə, sizi təbrik edirik. Artıq çəkilərinizdən azad olmaq üçün hazırsınız.
Hər hansı bir sualda "b” variantını seçmisinizsə, verdiyiniz qərarı bir daha gözdən keçirməyinizi məsləhət görürük.


Şərhlər: 5
Baxılıb: 522
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
baby baku
hamisi a oldu əslində ariğam amma ozumə elə gəlir ki kokəm evdkiler ise deyir ki ariqsan
20 may 2016 15:02
# 5
ALLAHIM HAQQIMDA XEYİRLİSİ NƏ İSƏ O OLSUN
AMA MÜMKÜNSƏ XEYİRLİM O OLSUN
OOOOOOOO OLSUN
Aynur00
maraqlıydı test etdim 5 a 5 b oldu ele hemişe ele oluram qerar verirem arıqlamağa biraz edirem pehrizi sonra ötürürem.. hemişe ede bilmirem.... ama indi normal çekideyem.. kökelmekde istemirem arıqlamaqda.. çox sağolun 03
29 mart 2016 17:10
# 4
Heyat yaşaya bilmediklerimiz belkeler,yaşadığımız kaşkiler, ve üreyimizde saxladığımız ne iselerden ibaretdir....:-)
narmiwka_15
mende b oldu(((((
29 mart 2016 15:21
# 3
Be Happy))
vipbetul
diyeta saxlamiram
29 mart 2016 15:06
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Dieta eden zaman cox iradeliyem. Testi etdim a cavablari daha cox ustunluk teskil etdi
29 mart 2016 09:16
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz