Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgiliniz ilə gərəksiz detalları paylaşırsınızmı? - TEST
Sevgiliniz ilə gərəksiz detalları paylaşırsınızmı? - TEST
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 444
Səs ver:
1. Xəstələnmisiniz və özünüzü yorğun hiss edirsiniz. Ağrıkəsici qəbul edib həftə sonunu evdə keçirirsiniz. Sevgiliniz zəng edib necə olduğunuzu soruşdu. Siz:
a) Yaxşı olduğunuzu deyər, detallara girməzsiniz.
b) "Daha yaxşı ola bilməzdim” şəklində kinayəli bir cavab verərsiniz.
c) Birbaşa mövzuya girər, ətraflı danışarsınız.

2. Həyat fəlsəfəniz:
a) Sükut qızıldır.
b) Nə görürsənsə, onu de.
c) Dünya mənim psixoloqumdur.

3. Twitter möhtəşəmdir. Çünki:
a) İstifadə etmirəm. Sosial şəbəkələr mənlik deyil.
b) Gülməli hesabları və fenomenləri izləyirəm.
c) Səsimi bir çox insana çatdıra bilirəm.

4. İşə 20 dəqiqə gecikmisiniz və müdiriniz nə etdiyinizi soruşur. Siz:
a) Başınızı əyib üzr istəyərsiniz.
b) Günahı tıxacın üstünə atarsınız.
c) Dəqiqələrcə sevgilinizlə mübahisənizi danışarsınız.

5. Dostunuz əyləncəli tətil şəkillərini İnstagrama yüklədi. Reaksiyanız:
a) Gözlərinizi bərəldərsiniz. Siz əsla belə şəkillər paylaşan biri deyilsiniz.
b) Siz də o dəqiqə son tətilinizdən bir şəklinizi paylaşarsınız.
c) Sevgilinizlə birlikdə getdiyiniz tətildən romantik bir şəkil paylaşarsınız.

Testin nəticələri:
Əgər A-lar çoxluq təşkil edirsə:
Qədərində saxlayırsınız.
Ünsiyyət qurarkən son dərəcə konkret olmağa üstünlük verirsiniz. Hətta bəzən sözləri ağzınızdan zorla çəkmək məcburiyyətində qalırlar. Təbii ki, bu səbəbdən sosial şəbəkələrlə aranızda məsafə var. Gərəksiz paylaşımlar etməkdən və hətta çox paylaşım etməkdən uzaq durursunuz. Bir az xarici dünyaya özünüzü aça bilərsiniz.

B-lər çoxluq təşkil edirsə:
Tarazlığı qorumağı bacarırsınız.
Bəli, yaşadıqlarınızı çevrənizlə bölüşməkdən çəkinmirsiniz. Ancaq bunu edərkən şişirtməyə də çalışmır, detallara girmirsiniz. Sadə bir ifadə etmə diliniz var. Hadisələri olduğu kimi ifadə etdiyiniz üçün yalan danışmaq məcburiyyətində qalmırsınız. Bunu bəyəndiyimizi deyə bilərik. Yaxşı münasibətlərin sirrini tapmısınız. Bu, münasibətlərdə hər şeyi qədərində saxlamaqdır.

C-lər üstünlük təşkil edirsə:
Detalları bölüşməyi sevirsiniz.
Sizin dünya görüşünüzdə hər hansı bir mövzuda utanmaq yoxdur. Yaşadığınız hər hadisəni ən incə detallarına qədər rahatlıqla danışa bilirsiniz. Qarşınızdakının bununla maraqlanıb maraqlanmaması da sizin üçün o qədər vacib deyil. Bunu unutmayın ki, bəzi şeylər insanlar üçün xüsusi qalmalıdır. Xüsusilə sevgilinizlə həddindən artıq səmimi halda çəkilmiş bir şəkli və bundan da artığını sosial mediada paylaşmağınız digərləri tərəfindən xoş qarşılanmaya bilər.


Şərhlər: 8
Baxılıb: 444
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
my_rules12
Sitat: sizin 1205
Men xirdaliq edenlerden deyilem
21 mart 2016 08:54
# 8
Like mike bos seydi,esas can sagligidi..,duz deyiremse like:)
sizin 1205
Men xirdaliq edenlerden deyilem
18 mart 2016 15:10
# 7
L
narmiwka_15
men a ve c beraber oldu))))))))
18 mart 2016 14:57
# 6
Be Happy))
vipbetul
mene aid movzu deyil
18 mart 2016 14:38
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
S.Heydarova
Məndədə A variantı oldu
18 mart 2016 14:12
# 4
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
18 mart 2016 13:04
# 3
Narın Yağış
Əgər A-lar çoxluq təşkil edirsə:
Qədərində saxlayırsınız.
Ünsiyyət qurarkən son dərəcə konkret olmağa üstünlük verirsiniz. Hətta bəzən sözləri ağzınızdan zorla çəkmək məcburiyyətində qalırlar. Təbii ki, bu səbəbdən sosial şəbəkələrlə aranızda məsafə var. Gərəksiz paylaşımlar etməkdən və hətta çox paylaşım etməkdən uzaq durursunuz. Bir az xarici dünyaya özünüzü aça bilərsiniz.
- Sözü zorla almaq) bunu çoxu deyil.Boşboğazlıq etməkdənsə yerində gərəkəni deyirəm.Fikrimcə onda söz daha dəyərli olur :) Bəzi zamanları çıxmaq şərtiylə sözümü konkret deməyi bacarıram.Uzatmaq mnlik deyil.
18 mart 2016 08:43
# 2
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
qanadli melek
Hamisinin cavabi a oldu)
18 mart 2016 08:19
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz