Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgilinizin sizə yalan danışdığını düşünürsünüz? - TEST
Sevgilinizin sizə yalan danışdığını düşünürsünüz? - TEST
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 681
Səs ver:
Ailə münasibətləri üzrə ixtisaslaşan mütəxəssislər cütlüklər arasındakı əlaqəni ən çox soyudan mübahisələrin yolunun yalandan keçdiyini söyləyirlər. Dünyaca məşhur bir qadın jurnalı münasibətləri düyünə salan mübahisələrin yalanlar olduğuna diqqət çəkərək partnyorun yalan danışdığını anlamaq üçün aslar tərəfindən inkişaf etdirilən yolları oxucularıyla paylaşıb. Həmin üsulların bir qismini təqdim edirik:

- Onun yalan danışdığını düşünürsünüzsə, heç vaxt itirmədən ona bu sualı verin: "Niyə belə etdin?” Sevgiliniz bu suala hirslənərək həddindən artıq kəskin reaksiya verirsə, bu, günahsız olduğunun dəlili ola bilər.
Lakin cavab olaraq sizi nə qədər çox sevdiyini söyləyib duyğularını sıralamağa başlayırsa bu, sizi aldatdığının bir göstəricisi sayıla bilər.
- Mütəxəssislər insanlar gülümsədiyi zaman bunun bədənlərinin hər bir hissəsində əks olunduğu fikirindədirlər. Sevgiliniz sizinlə bərabər olarkən gülümsəyir, lakin bədən dili, əslində, başqa şeylər hiss etdiyini söyləyir. Bu vəziyyətdə ona soruşacaq suallarınız ola bilər.
- Yalan danışan insanlar bunu gizlətmək üçün çox səy sərf etmək məcburiyyətindədirlər. Bunun üçün də narahat görünən bir adamdan çox rahat görünən insanların yalan danışma ehtimalı daha yüksəkdir.
- Amerikan Cəmiyyəti Məlumat və Texnologiyaları” jurnalında iştirak edən bir məqalədə yalan danışdığına əmin olan bir adamla telefon zəngi, yaxud SMS ilə deyil, üz-üzə ünsiyyət qurulması tövsiyə edilir.
Bəs siz necə, sevgilinizin yalanını tutmusunuzmu? Sizcə, "dastan bir sevgi” yaşayırsınız, ya özünüzü aldadırsınız?! Onun yalan danışıb danışmadığını müəyyənləşdirmək üçün sizə təqdim etdiyimiz testi keçməyiniz məsləhətdir.
 
1. İlk görüşdüyünüz günü xatırlayırmı?
2. Sizə son 6 ay ərzində hədiyyə alıbmı?
3. Sevgiliniz xoşlamadığı, lakin sizin sevdiyiniz insanlara qarşı mehriban davranırmı?
4. Sizin ən çox sevdiyiniz yeməyin adını bilirmi?
5. Sizi ilk gördüyü günü necə geyindiyinizi xatırlayırmı?
6. Mübahisə edən zaman o, haqlı olsa belə, sizdən üzr istəyirmi?
7. Sizə olan sevgisini tez-tez dilə gətirirmi?
8. Aranızda olan söhbətlərdə ayrılıq kəlməsi keçən zaman təlaş keçirirmi?
9. Sizin ətrafınızdakı əks cinsin nümayəndələrini qısqanırmı?
10. Sizi tez-tez görmək istəyirmi?

Suallara "Bəli” və ya "Xeyr” cavablarını verin. Daha sonra isə cavabların sayını hesablayın.
"Bəli” cavabları çoxluq təşkil edirsə: Gözünüz aydın, sizi təbrik etmək olar! O, sizi dəlilər kimi sevir və buna görə də çox qısqanır. Çünki sizinlə bağlı olan bütün məlumatlardan xəbəri var. Sevginizi qoruyun və münasibətlərinizin hər zaman uğurlu davam etməsi üçün mübarizə aparın.
"Xeyr” cavabı çoxluq təşkil edirsə: Sizin nəyi sevdiyinizi və nələrdən xoşlandığınızi bilmir. Sizi ayda bir dəfə görmək istəyən adamla münasibətləri davam etdirmək barədə yaxşı yaxşı düşünün və məsləhətdir ki, ciddi olaraq söhbətləşib münasibətlərinizi aydınlaşdırasınız. Yəni cavablardan belə aydın olur ki, siz onun həyatının mərkəzində deyilsiniz. Ayrılmağa hazır olun. Çünki həyatdır, sizi hər an tərk edə bilər.


Şərhlər: 7
Baxılıb: 681
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mira199591
Ilk gorusduyumuz gunu xatirlayir. Hetda men unutmusdum bir defe o tebrik etmisdim qalmiwdim beleki ne gunudu bugun goren)))) her gunde iki gunnen birde olsa adi bir wakaladda olsa alir. Men onu taniyannan bir defe elibos gormemisem onu. Xoslamadigi insan olanda menide qoymur hemin insanla danismaga. Sevdiyim yemeyide bilir. Hec sorusmamisam bir gun soruwacam gorum yadindami ne geyindiyim.. Hansimiz gunahkariqsa uzr istemeyi bilirik. Sevdiyini dilde deyil emelinde daha cox gosterir. Ayriliq kelimesi menim dilimdedi hemise artiq inanmir deyir hemise dediyin sizdu onsuz olsende ayrilmaga qoymaram)) qisqanmaq artiq bezdirici derecededi... Demek olar her gun gorusuruk derse aparib getirir.
1 mart 2016 15:51
# 7
my_rules12
Sitat: bal peteyi
He coxluq teskil etdi.

Sevdiyine eminem,mende onu cox sevirem.
1 mart 2016 14:39
# 6
Like mike bos seydi,esas can sagligidi..,duz deyiremse like:)
vipbetul
segilisi olanlar yoxlasin
1 mart 2016 12:38
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Leylas
1 ci goruse gedende keta geyinmisdim.. Kedikin ustundeki yaziya kimi yadindadi )))
1 mart 2016 11:18
# 4
Tomris Müslümova
O elə bir yerdə oxuyur ki,heç atasının ad günüdə yadında qalmır.Mən yadına salıram ki,bu gün atanın ad günüdü,ya filankəsin.Çox gərgin bir ortamı olan yerdədir deyə belə şeylərlə üstünə getmirəm.Ancaq belə sual verəndə fikirlşib vaxtı deyir.Yaddaşı çox itidir.Gec-gec bir birimizi gördüyümüz üçün ancaq oturub bir yerdə vaxt keçirməyi fikirləşirik hədiyyəni filan yox.Ancaq orta məktəbədə oxuyanda o qədər balaca hədiyyələr almışdı ki mənə hamısını saxlıyıram.Artıq neçə ildir ki məndədi.İşıqlı qələm almışdı bilirdi ki fərqli qələmlər yığıram.Onun hələdə işığı yanır.Xarab olmağa qoymuram.Biziim ikimizində sevdiyimiz yemək kartof qızartmasıdır))Bir-birimizi ilk dəfə məktəb formasında görmüşdük deyə yadda saxlamaq bir o qədərdə çətin deyil.O haqlı olanda və əsəbi olanda gözünə görnmə.Çox özünnən çıxır.Ancaq haqlı yerə yox haqsız olanda üzr istəyir.Heç onnan gözləmirəmdəki haqsız olanda üzr istəsin.Hər axşam sağollaşanda deyir sevdiyini mən deməsəmdə problem yaratmır ki,niyə səndə demirsən.Ayrılmaq sözünü ən çox mən işlədirmə düzü o yox.Ayrılaq dedimsə onun əsəbləşməsini belə sözlə yazsam anlaşılmaz nə hala gəldiyini.Çox əsəbləşir))Nəyinki məni əks cinsə hətta eyni cinsə belə qısqanır desəm..Qısqanclıqda əqrəblərə çatan olmaz zatən.Tez-tez bir-birimizi şəkildə görürük belə realda gec-gec.Nə vaxt şəhərə gəldi onda görüşə bilirik.
1 mart 2016 10:18
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
tatyana
Xeyr cavabi oldu coxusu,meni ozumden basqa kimse taniya bilmez neleri sevdiyimi,ne planladigimi))
1 mart 2016 08:32
# 2
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
qanadli melek
Beli cavabi cox oldu beke olgunuda bilirdim
1 mart 2016 08:01
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz