Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üz ifadəsinə - mimikaya əsasən TEST
Üz ifadəsinə - mimikaya əsasən TEST
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1404
Səs ver:
Bu dəfə təqdim etdiyimiz testdə cəmi 5 saniyə ərzində seçim etməlisiniz. Şəkillərə baxın və bu şən üzlərdən hansı sizə daha çox yaxındırsa, həmin şəkli seçin. Testin cavabları olduqca maraqlıdır. Necə bir insan olduğunuzu bu testdə xeyli aydınlaşdıra biləcəksiniz. Seçiminizi edin və yadınızda saxlayın.
Buyurun, nəticəylə tanış olun və özünüz haqqında daha bir maraqlı məlumata sahib olun. Test 75% doğru çıxır.


Şəkil 1 – Doğru və mərhəmətli
Siz doğru, dürüst insansınız. Ətrafınızda olan insanlar çox rahatdır. Ayağınız yüngüldür. Sizdə saxtalıq yoxdur, siz hər insanı dəyərləndirirsiniz. Siz həyatı sevirsiniz, hər şeydən məmnunsunuz. Əgər gülümsəyirsinizsə və üzünüzdə təbəssüm varsa, demək həqiqətən ürəkdən gülürsünüz və çox xoşbəxtsiniz. Dostlarınız sizin xeyirxaq qəlbinizi çox dəyələndirir və bu, sizin üçün əsl komplimentdir.
 
Şəkil 2 – Enerjili və uğurlu
Siz çox enerjilisiniz. Ətrafınızdakılar sizin xaotik insan olduğunuzu düşünür, lakin bu, sadəcə sizin çılğınlığınızın ifadəsidir. Siz məqsədyönlü və motivasiyayla dolusunuz. Uğur qazanmaq üçün yaranmısınız və hər zaman öz arzularınızın iziylə gedirsiniz. Siz çox məsuliyyətlə qərar qəbul edirsiniz. Sizin hər zaman başınızı söykəyə biləcəyiniz bir çiyniniz var.
 
Şəkil 3 – Təbiət aşiqi
Təbiəti, yaşıllığı, heyvan və bitkiləri çox sevirsiniz. Poeziya, musiqi həvəskarısınız. İncə qəlbə maliksiniz. İnsanlara etibar edirsiniz, lakin bir yanlış nöqsan görən kimi onlardan tez qırılırsınız. Çox tələbkar, məsuliyyətli və diqqətlisiniz.
 
Şəkil 4 – Mülayim və anlayışlı
Siz çox mülayimsiniz. Geniş dünyagörüşünüz var. Siz anlayışlısınız və bağışlamağı bacarırsınız. Siz tarazlı, ölçülü və sakit həyat tərzinə üstünlük verirsiniz. Siz səs-küylü dünyanı heç sevmirsiniz.
 
Şəkil 5 – Azğın və gözlənilməz
Siz çox dinamik və operativsiniz. Həyatda kiçik bir motor kimisiniz ki, heç dayanmırsınız. Siz ideaların insanısınız. Hər zaman rəqabət içindəsiniz. Sizə verilən nəyisə ciddi qəbul etmirsiniz. Hər şeyi özünüz qazanmaq istəyirsiz.
 
Şəkil 6 – Pozitiv
Siz çox pozitiv və xoşrəftar insansınız. Sizin kimi şən, gülərüz, mehriban, optimist bir insanla maraqlanmamaq mümkün deyil. Dünyayla, ətraf aləmlə fəal maraqlanırsınız. Öz dostlarınızdan uzaq deyilsiniz. Siz hər zaman sevincli və xoşbəxt olursunuz, nadir hallarda ruhdan düşürsünüz. Sizin çox gözəl yumor hissiniz var və hər kəs sizin etdiyiniz zarafatlara gülür. Həyatdan zövq almağı bacaran insanlar sizə meyil edir. Siz özünüzü sevinclə əhatə eləməyi çox sevirsiniz.
 
Şəkil 7 – Yaradıcı
Çox yaradıcı bir insansınız. Teatr, kino, təsviri incəsənət vurğunusunuz. Müasir təfəkkürə, fərqli yanaşmalara sahibsiniz. Həmyaşıdlarınızdan seçilirsiniz. Fərqli həyat tərzinə və geyim üslübuna maliksiniz. İncə qəlbiniz var, tez inciyənsiniz. Sizi həvəsləndirsələr, ən böyük uğurlara sahib ola bilərsiniz.
 
Şəkil 8 – Hissiyyatlı optimist
Siz hissiyyatlı, romantik birisiniz. Sizə real sevgi lazımdır və siz narahat olursunuz ki, onu heç vaxt tapmayacaqsınız. Siz optimistsiniz və çox gözəl qəlbli bir insansınız, ancaq ürəyinizdə bir çox yaralar var. İnsanlardan anlayış gözləyirsiniz və hər zaman belə insanların axtarışındasınız. Hərəkət və baxışlarınızla insanları başdan çıxara bilərsiniz. İnsanlarla davranışınızda olduqca sadə olmağa çalışırsınız. Onsuzda həyat mürəkkəb bir zarafatdır.
 
Şəkil 9 – Müdrik və açıq
Siz müdrik insansınız. Maraqlı kitab həvəskarısınız. Müxtəlif ölkələri gəzməyi çox sevirsiniz. Siz dərin fikirli və çevik insansınız. Yeni ideyalar və dəyişimlər üçün hər zaman açıqsınız, layiqli və vicdanlı insansınız. Sizin üçün ən mühim şey -özünüzə sadiq qalmaqdır. Siz ağıllı, açıq və çox müstəqil fikirlisiniz. Bir çox hərəkətinizlə fəxr edirsiniz, amma bunu heç vaxt büruzə vermirsiniz.


Şərhlər:
Baxılıb: 1404
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz