loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bədən yaşınızı hesablayın - TEST
Bədən yaşınızı hesablayın - TEST
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 1074
Səs ver:
Bəzən yaşımız neçə olur-olsun, bədənimizin yaşı fərqli olur.
Ya olduğundan çox, ya az.. Bədənin yaşı sağlamlıq göstəriciləri ilə hesablana bilər. İngilis elm adamları insanın əsil bədən yaşının fiziki sağlamlıq göstəriciləri ilə hesablana biləcəyi qənaətindədir. Yaşlanma mütəxəssisi prof. Robert Wealenin fikrincə, bioloji yaş təqvim yaşından çox ola bilər. "Daily Mirror” qəzetində bu bioloji yaşı hesablama testi dərc olunub.
Beləliklə, bioloji yaşınızı hesablama testi…
 
Dərinin elastikliyi testi
Dəri yaşlandıqca kollagen və elastin maddələr azalır və dəri elastikliyini itirir.
Əlinizin üzərindəki dərini çimdikləyirmiş kimi tutub çəkin, bir dəqiqə bu vəziyyətə tutun. Dərini buraxdıqda normal, düz hala gəlməsi nə qədər zaman alır?
1 - 2 saniyə: 30 yaşlarında
3 - 4 saniyə: 40 yaşlarında
5 - 10 saniyə: 50 yaşlarında
11 - 30 saniyə: 60 yaşlarında
31 - 45 saniyə: 70 yaşlarında
45 saniyədən artıq: 80 yaşlarında

Reaksiya testi
Reaksiya vermə sürəti yaş artdıqca azalır. Bunu ölçmək üçün yazı yazarkən istifadə etdiyiniz əlinizi açın və bir dostunuzdan əlinizin üzərində 45 sm-lik bir xətkeş tutmasını istəyin. Xətkeşi buraxdıqda onu tutun. Tutduğunuz yer nə qədər sürətli reaksiya verə bildiyinizi göstərir. Xətkeşi tutduğunuz yer:
14 sm-ə qədərdirsə: 20 yaşlarında
15 - 24 sm-ə qədərdirsə: 30 yaşlarında
25 - 29 sm-ə qədərdirsə: 40 yaşlarında
30 - 35 sm-ə qədərdirsə: 50 yaşlarında
40 sm və bundan artıqdırsa: 60 yaşlarında

Zehni gümrahlıq testi
100-dən geriyə doğru 0-a qədər 7-7 sayın. Nə qədər vaxtda saya bilirsiniz? 25 saniyədən uzun çəkməsi zehni yaşlanmanın göstəricisidir.
20 saniyədən az: 40 yaşdan aşağısınız
25 saniyə: 40 - 60 yaşlarındasınız
Əmin olmaq üçün bir test də edin. Bir dəqiqə ərzində ağlınıza neçə dənə meyvə və tərəvəz adı gəlir? 60 yaşdan aşağı olanlar ən az 15 dənə tapa bilirlər.

Tarazlıq testi
Sağ ayağınızı 45 dərəcə meyilli tutaraq sol ayağnızın üzərində durun, əllərinizi ombanızın üzərinə qoyun və gözlərinizi yumun. Tarazlığınızı itirib sağ ayağınızı yerə qoymadan nə qədər dayana biləcəyinizi ölçün. Bu hərəkəti bir neçə dəqiqə fasilə ilə 3 dəfə təkrar edin və bu şəkildə orta hesabla nə qədər dayana bildiyinizi hesablayın.
70 saniyədən artıq: 20 yaşlarında
60 - 69 saniyə: 30 yaşlarında
50 - 59 saniyə: 40 yaşlarında
40 - 49 saniyə: 50 yaşlarında
30 - 39 saniyə: 60 yaşlarında
20 - 29 saniyə: 70 yaşlarında
19 saniyədən az: 80 yaşlarında

Göz bəbəyinin ölçüsü testi
Göz bəbəkləri yaşlandıqca kiçilir. Ancaq işığın təsiri də göz bəbəyinin kiçilməsinə səbəb olduğu üçün bu testi normal gün işığında edin.
Göz bəbəyinizin diametri 4 mm-dirsə, biolojk yaşınız 30; 2 mm-dirsə, 60-dır.
 
Buynuz qışası testi
Aynada göz dairənizə (kornea) baxın. Korneanızın ətrafında spiralvari ağ xətt varmı? Ağ xəttin uzun olması xolesterol səviyyənizin də yuxarı olduğunu göstərə bilər.
80 yaşlarına gəldikdə kornea ətrafındakı ağlıq tam bir dairə şəklini alır.

loading...
Şərhlər:
Baxılıb: 1074
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz