Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyat yoldaşınızı nə qədər tanıyırsınız? - TEST
Həyat yoldaşınızı nə qədər tanıyırsınız? - TEST
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 733
Səs ver:
Araşdırmalar, evli cütlüklərin yarıdan çoxunun bir-birini tam mənada tanımadıqlarını göstərir. İsbat edilən bir şey daha var: bir-birini çox yaxşı tanıyan cütlüklərin münasibətləri günü-gündən inkişaf etməkdə, dərinləşməkdədir Ailə məsləhətçiliyi mərkəzlərinə müraciət edən insanların çoxu, həyat yoldaşının onu anlamadığını deyir. Əslində, hər şey gün kimi aydındır. Hər kəsə bəllidir ki, cütlüklərin bir-birlərini anlamalarının yolu bir-birlərini yaxşıca tanımalarından keçir. Yəni hər bir kəs ailə quracağı bir insanın xarakterinə, düşüncə tərzinə, zövqlərinə, dünyagörüşünə, müxtəlif yanaşma tərzlərinə yaxından bələd olmalıdır.

Bəs siz necə, həyat yoldaşınızı kifayət qədər tanıyırsınızmı? Bunu müəyyən etmək üçün sizə təqdim etdiyimiz test yol göstəriciniz olacaq.

Cütlüklərin aşağıdakı 15 sualı ayrı-ayrılıqda cavablandırmaları, cavab kağızını bir-birlərinə göstərməmələri lazımdır. Əvvəl öz bucağınızdan doğrunun nə olduğunu işarələyin, sonra yoldaşınızın baxımından sualları cavablandırın. Sonra qarşılıqlı olaraq bir-biriniz haqqındakı fikirlərinizi müqayisə edin və nəticələrdəki fərqləri aydın sezə biləcəksiniz.

1. Yoldaşınıza çanta hədiyyə edəcəksiniz, sizcə, ən uyğun rəng hansıdır?
a) Qara
b) Qəhvəyi
c) Tund qırmızı
d) Boz
e) Sarı

2. Ona üst geyimi alacaqsınız, sizcə, ən uyğun rəng hansıdır?
a) Ağ
b) Qırmızı
c) Mavi
d) Yaşıl
e) Qara

3. O, aşağıdakı hədiyyələrdən hansına daha çox sevinir?
a) Palto
b) Bujiteriya
c) Qızıl saat
d) Fotoaparat
e) Kompüter

4. Yoldaşınız necə bir avtomobilə sahib olmaq istərdi?
a) Rahat, sıravi bir avtomobil
b) İdman avtomobili
c) "Mercedes”
d) BMW
e) Ən yaxşı sovet istehsalı olan avtomobil

5. Dünya miqyasında harada istirahət etmək istərdi?
a) Orta Asiya
b) Yaxın Şərq
c) Avropa
d) Amerika
e) Afrika

6. Həftə sonu kiçik bir gəzinti üçün haranı seçim edər?
a) Bodrum
b) Yalova
c) Paris
d) Moskva
e) Qahirə

7. Ac vaxtında aşağıdakı yeməklərdən hansını seçərdi?
a) Quru paxla
b) Balıq
c) Dönər
d) Açıq bufet
e) Makaron

8. Həyat yoldaşınız aşağıdakılardan hansını tanımağınızı istərdi?
a) Bəyənilən bir yazarı
b) Ən sevdiyi siyasətçini
c) Vacib bir din adamını
d) Təqdir etdiyi bir idmançını
e) Sevdiyi bir sənətçini

9. Aşağıdakı evlərdən hansına sahib olmaq istər?
a) Dağ evi
b) Bag evi
c) Kənd evi
d) Dəniz kənarında ev
e) Dəbdəbəli villa

10. Həyat yoldaşınız sizin ən çox hansı özəlliyinizi bəyənir?
a) Səsinizi
b) Gözlərinizi
c) Gülüşünüzü
d) Ona qarşı münasibətinizi
e) Ümumi davranışınızı

11. Yoldaşınızda aşağıdakı müsbət xüsusiyyətlərdən hansı daha çoxdur?
a) Dürüstlük
b) Cəsarət
c) Soyuqqanlılıq
d) Comərdlik
e) Gözütoxluq

12. Yoldaşınızda aşağıdakı mənfi xüsusiyyətlərdən hansı daha azdır?
a) Tələskənlik
b) Yalançılıq
c) Qorxaqlıq
d) Xəsislik
e) Bədxərclik

13. Yoldaşınız sizinlə birlikdə nə etməkdən zövq alır?
a) Musiqi dinləmək
b) İdman yarışını seyr etmək
c) Gəzmək
d) Maraqlı mövzular üzrə söhbətləşmək
e) Yemək yemək

14. Yoldaşınız ən çox nədən gileylənər?
a) Soyuqdan
b) Yağış və küləkdən
c) İstidən
d) Fırtınadan
e) İzdihamdan

15. Ona ən ağır gələn məcburiyyət hansıdır?
a) Həkimə getmək
b) Növbədə gözləmək
c) Uzun uzadı hesablamalar
d) Diş həkiminə getmək
e) Böyükləri ziyarət etmək

Testin nəticəsi:
Bu elə bir testdir ki, burada əlavə mütəxəssis şərhinə ehtiyac yoxdur. Sualları ayrı-ayrılıqda cavablandırdıqdan sonra qarşılıqlı olaraq bir-biriniz haqqındakı fikirlərinizi müqayisə edəcəksiniz. Nəticələrdəki fərqləri aydın görünəcək ki, bir-birinizə, əslində, nə qədər bələdsiniz.

Elnur Ağayev


Şərhlər:
Baxılıb: 733
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz