Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Övladınızın dilini başa düşürsünüzmü? - TEST
Övladınızın dilini başa düşürsünüzmü? - TEST
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 499
Səs ver:
Əziz analar! Bu test vasitəsilə övladınızı nə qədər tanıdığınızı, onun dünyasından nə qədər xəbərdar olduğunuzu müəyyənləşdirə bilərsiniz. Suallara düşünmədən, sürətlə cavab verin. Buyurun...
 
1. Övladınız yatmazdan əvvəl ona kitab oxuyursunuzmu?
A. Mütləq, hər gecə.
B. Çalışıram ki, müntəzəm oxuyum.
C. Yox, belə adətimiz yoxdu.
 
2. Övladınız yeni texnologiyalarla nə qədər bacarıqlıdır?
A. Marağında olduğu qədər bilir
B. Pis deyil bu sahədə
C. O, öz yaşıdları arasında ən bacarıqlıdır
 
3. Sizcə hansı tərbiyə üsulu daha effektlidir?
A. Demokratik
B. Avtoritet
C. Avtoritar
 
4. Hansı aforizm sizin ruhunuza daha yaxındır?
A. " İnanıram ki, başa düşüm" (Avqustin)
B. " Əgər həddini aşsan, ən yaxşı ən pisə çevriləcək" (Demokrit)
C. " Ən yaxşı qərarların üzərində ən dəhşət bir şey hökmranlıq edir: bu qərarlar həmişə gec qəbul edilir" (O. Uayld)
 
5. Sizin iş rejiminiz:
A. Yüngüldür
B. Rahatdır
C. Gərgindir
 
6. Bütün ailəniz birlikdə son dəfə nə vaxt toplanmısınız?
A. Birgə yığılmaq ənənə halındadır
B. Çalışırsız hər həftə yığışasınız
C. Birimizin ad günündə yığışmışıq
 
7. Əgər uşaq sizə seks və ya SPİD haqqında sual verərsə, nə cavab verərsiniz?
A. Çalışarsız mümkün qədər açıq izah verəsiniz
B. Əvvəlcədən psixoloqla məsləhətləşərsiz
C. Öz bildiklərinizi uşaqla bölüşərsiniz
 
8. Siz uşağa nə etməyə icazə verərsiniz: tatuaj və ya pirsinq?
A. Öz seçiminə buraxaram, öz bədənidi və bununla özü yaşayacaq
B. Ola bilsin, kiçik bir pirsiqə icazə verərəm
C. Müzakirəsiz heç birinə
 
9. Bilirsiz övladınız ad günü və ya yeni il üçün nə hədiyyə istəyir?
A. Bəli, özü mənə deyib
B. Sizin bir neçə ehtimalınız var
C. Siz bilirsiz ki, ona nə lazımdı
 
10. İstirahət yerini seçərkən:
A. Bütün ailənin istəyi nəzərə alınır
B. Maddi və digər imkanlar nəzərə alınır
C. Valideynlərin iş rejimi nəzərə alınır
 
11. Əlavə məşğələ və dərnəklər:

A. Uşağın maraqları üçündür
B. Uşağın bacarıq və marağını təyin etmək üçündür
C. Gələcək həyat üçündür
 
12. Sizin valideynlərinizlə münasibətiniz necə olub?
A. Dost münasibəti
B. Əksər insanlarda olduğu kimi adi
C. Yaxşı olmayıb, siz yaxın olmamısınız
 
13. Çalışın yadınıza salın ki, neçə hadisə olub ki, siz ona görə övladınızı tərifləmisiz və hörmət etməyə başlamısız?
A. 10dan çox hal
B. 5-10 hal ola bilər
C. 5-dən az
 
Cavablar:
A çoxluq təşkil edirsə, görünür ki, sizin övladınızla münasibətləriniz yaxşıdır. Çətin vəziyyətdə siz ona dayaq və dost olacaqsınız.
Övladınızla ünsiyətdə yaş sərhəddiniz yoxdur, siz öz təcrübənizlə ona istənilən vəziyyətdə düzgün çıxış yolunu göstərə bilərsiniz. Lakin bu cür münasibətin də çatışmayan cəhəti vardır. Belə ki, fikir ayrılığı yarandığı vəziyyətlərdə sizin qərarınız onun xeyrinə olsa belə, qəbul etdirə bilməyəcəksiniz. Çalışın ki, münasibətləriniz sərhədlərini keçməsin, əks halda valideyn mövqeyinizi birdəfəlik itirə bilərsiniz.
B variantı üstünlük təşkil edirsə, övladınızı narahat edən məsələni asanlıqla həll edəcəksiniz. Ancaq sonra düşünəcəksiniz ki, siz həqiqətən hər şeyi bilirsinizmi? Bu o deməkdir ki, siz övladınızın həm dostu, həm valideynisiniz. Demək olar ki, siz qızıl ortanı tapmısınız. Böyük ehtimalla övladınız çətin vəziyyətdə sizə kömək üçün müraciət edəcək. Çünki o bilir ki, siz hisslərlə deyil, həyat təcrübənizə əsasən problemi həll edəcəksiniz. Siz həm də valideyn mövqeyinizi də saxlamısınız. Bu isə uşaq üçün çox vacibdir. Beləcə o özünü daha müdafiə olunmuş hiss edir.
C variantı çoxluq təşkil edirsə, belə məlum olur ki, siz övladınızla tamam başqa dünyalarda yaşayırsınız. Sizi birləşdirən yalnız evin divarlarıdır. Hərənin öz həyatı, düşüncələri var və heç kim heç kimlə onları bölüşmür. Hazırda texnikanın inkişafı ilə əlaqədar olaraq ailə üzvləri bir-birindən kifayət qədər uzaqlaşır, təbii ünsiyyəti azalır. Bu isə zəif uşaq psixologiyasında iz buraxmaya bilməz. Bir qədər düşünməyə dəyər. Bəlkə bu vəziyyəti dəyişmək üçün nə isə edə bilərsiniz?


Şərhlər: 8
Baxılıb: 499
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Zinyet
Menim gizim her gun mene kitab oxuyur cox daniwir
25 noyabr 2015 01:19
# 8
vipbetul
annelercin maraqli olar
24 noyabr 2015 18:24
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Belinda
Menim qizim hele korpedi, testi ede bilmedim))) InshAllah biraz boyusun edecem.
24 noyabr 2015 15:22
# 6
Happy
Sitat: Dosta_inam
Hələ mənim qızlarım balacadır, hələ ki, mən onları anlamağa çalışıram, inşaAllah gələcəkdə bir-birimizi anlayarıq.


Mənimki də, hələ 5 aylıqdı
[center][/center]
24 noyabr 2015 13:26
# 5
Dosta_inam
Hələ mənim qızlarım balacadır, hələ ki, mən onları anlamağa çalışıram, inşaAllah gələcəkdə bir-birimizi anlayarıq.
24 noyabr 2015 12:27
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
arzum-aysum
Qizlatim hele balacadı. Umid edirəm ki, böyüyəndə bir birimize cox yaxin olacaq, bir birimizi yaxşı başa düşecik
24 noyabr 2015 08:01
# 3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Roza
Men bele testlere inanmiram. Menimcun menasiz gelir bele testler
24 noyabr 2015 07:51
# 2
....
evli.mutlu.cocuklu
maraqli idi tsk
24 noyabr 2015 07:40
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz