Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailə həyatınızda xoşbəxtsinizmi? - TEST
Ailə həyatınızda xoşbəxtsinizmi? - TEST
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 617
Səs ver:
Bu test suallarına cavab verməklə nə qədər xoşbəxt olub - olmadığınızı öyrənə bilərsiniz.
 
1. Siz yeməyə nə bişirəcəyiniz haqqında düşünərkən ...
A. Ərinizin damaq zövqünə görə yemək hazırlayırsınız - 6 bal
B. Nəyi bişirməyi xoşlayırsınız onu bişirirsiz - 2 bal
C. Bir neçə gün əvvəldən planlaşdırdığınız yeməyi bişirirsiniz - 4 bal
 
2. Bəzən düşünürsünüz ki, ...
A. Daha bir mənasız, məqsədsiz və maraqsız gün keçirdiniz - 2 bal
B. Ailə qurmaqda səhv edibsiniz - 1 bal
C. Ümumilikdə siz ailə həyatınızdan razısınız, çətinliklər isə hər ailədə olur - 5 bal
 
3. Yoldaşınızla bir yerə getmək planınızı (məsələn, kinoya, restorana) o pozmuşdur. Bu halda siz...
A. Siz bunu tez unudursunuz, boş qalmış vaxtınızı başqa bir şeylə dəyərləndirirsiniz - 5 bal
B. Kefiniz pozulsa da bunu biruzə vermirsiniz;axı gəzməyə hələ vaxtınız çoxdur - 6 bal
C. Çox əsəbləşirsiniz, ilk fürsətdə yoldaşınıza bunu bildirirsiniz - 2 bal
 
4. Yoldaşınızın "sola getməsi" haqqında söz-söhbət eşitmisiniz. Bu halda siz …
A. Özünüzdə səbəb axtarırsınız - 6 bal
B. İntiqam almaq üçün yollar axtarırsınız - 1 bal
C. Buna sakit yanaşırsınız, axı siz də günahsız deyilsiniz - 3 bal
 
5. Uşaq vaxtı siz ən çox ...
A. Kuklalarla gəzməyi xoşlayırdınız - 2 bal
B. Yaşıdlarınızla gəzirdiniz - 5 bal
C. Həm onunla, həm digəri ilə. Daha yaxşısı hər ikisi ilə birlikdə - 4 bal
 
6. Uşaqlıqda ... geyinməyi xoşlayırdınız
A. "Balaca şahzadə" donu - 5 bal
B. Sport geyim - 4 bal
C. Cins, şalvar və ya şort - 1 bal
 
7. Siz balaca olanda ... xoşuna gəlirdi
A. Kuklalarla və qızlar üçün olan başqa oyunlardan - 5 bal
B. Böyüklərin davranışını təkrarlayan oyunlar - 4 bal
C. Kişi oyunları: stolüstü xokkey, futbol, robotlar və s. - 1 bal
 
8. Yaşıdların əhatəsində olarkən siz ...
A. Həmişə idarəedici olmusunuz - 2 bal
B. Heç vaxt lider olmamısınız - 6 bal
C. Həmişə yox, vəziyyətdən asılı olaraq lider olmusunuz - 4 bal
 
9. Sizin dostlarla istirahət planınız var. Lakin son anda yoldaşınız gələ bilmir. Bu halda siz ...
A. Onsuz gedib əylənirsiniz - 4 bal
B. Siz də imtina edirsiniz - 6 bal
C. Yoldaşınızdan necə etməyi soruşur, onun fikri ilə hesablaşırsınız - 3 bal
 
10. Yoldaşınız işlərinin çoxluğuna görə bütün ailə ilə istirahətə gedə bilmir. Bu halda ...
A. Siz onsuz istirahətə gedirsiniz -4 bal
B. Ailə planını dəyişirsiniz - 5 bal
C. İstirahətdən imtina edirsiniz, lakin yoldaşınıza buna görə narazılığınızı bildirirsiniz
 
11. Yoldaşınız işdən evə əsəbi və gərgin gəlmişdir. Siz ...
A. Nə olduğunu aydınlaşdırmağa çalışırsınız - 6 bal
B. Yoldaşınız iş problemlərini işdə qoymağı bacarmadığı üçün deyinirsiniz - 2 bal
C. Pis əhvalına nə səbəb olduğunu təxmin edirsiniz, lakin onun işinə qarışmırsınız - 5 bal
 
12. Əgər hər hansı bir məsələdə yoldaşınızın mövqeyi fərqlidirsə və mübahisə başlayırsa, siz ...
A. Siz öz fikrinizi dəyişmirsiniz, lakin mübahisədən çəkinirsiniz - 5 bal
B. Öz fikrinizin düzgün olduğunu böyük dava-dalaş olsa belə sübut etməyə çalışırsınız - 1 bal
C. Səhv olduğunuzu boynunuza alırsınız, lakin sonra özünüzü buna görə ittiham edirsiniz - 2 bal
 
Nəticə
25 bala qədər. Sizin ailə həyatınızı xoşbəxt saymaq çətindir. Siz onun fikri ilə hesablaşmırsınız, hətta çox zaman onun acığına hərəkət edirsiniz. Buradan da
qaçılmaz söz-söhbət yaranır. Düşünün ki, sizin güzəştə getməməyiniz ailə hhyatınızı təhlükə altında qoya bilər.
26-50 bal. Sizin ailə həyatınızda yoldaşınızın rolu birincidir, siz isə daha arxa planda qalırsınız. Ancaq bu yalnız görünüşdür. Əslində ailə gəminizin idarə edəni sizsiniz. Ancaq öz müdrikliyinizə görə onu ailədə lider hiss etdirə bilirsiniz.
50 bal və daha çox. Sizdə müstəsna qadın cazibəsi, incəliyi və taktikası var. Bu xüsusiyyətləriniz kişi xüsusiyyəti olan sərtlik və qərarlılıqla birləşir. Sizin kədərlənçəyə səbəbləriniz olur. Lakin siz başa düşürsünüz ki, ailənizi qorumaq sizin əlinizdədir.


Şərhlər:
Baxılıb: 617
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz