Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Övladınızın gözündə necə anasız? - TEST
Övladınızın gözündə necə anasız? - TEST
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 453
Səs ver:
1) 7 yaşlı qızınız çöldən ağlayaraq evə gəlir, küçədə həmyaşıdları ilə dalaşdığını bildirir və onlardan şikayət edir. Siz öz növbənizdə:
а) qızınızla birlikdə onu incidən uşaqların yanına gedirsiz, kimin haqlı olub olmadığını araşdırırsız və günahı olan uşağa acıqlanırsız
b) qızınıza həyətə qayıdıb, həmyaşıdları ilə birlikdə özünün barışmasını təklif edirsiz
c) qızınıza evdə qalıb tək oynamağı təklif edirsiz.
 
2) 3 aylıq körpəniz çarpayıda uzanıb və ağlayır. Baxmayaraq ki, onun qarnı toxdur və canı ağrımır. Siz...
а) onu sakitləşdirməyə çalışacaqsız və ona əmlik verəcəksiz
b) körpəni qucağınıza alıb əzizləyərək, onunla söhbət edəcəksiz
c) körpənizin ağlayıb sakitləşəcəyini və yuxuya gedəcəyini gözləyəcəksiz.
 
3) 6 yaşlı oğlunuz balaca bacısının gəlinciyini sındırıb: ağlaşma, qışqırıq, dava-dalaş. Siz ana olaraq münaqişəni necə həll edəcəksiz?
а) oğlunuz qızınızdan üzr istəməli və ona oyuncaqlarından birini verməlidir
b) oğlunuzla birlikdə oyuncağı düzəltəməyə çalışacaqsınız
c) oğlunuza cəza olaraq onun sevimli oyuncağını əlindən alacaqsınız
 
4) 11 yaşlı oğlunuz pul qabınızdan gizlincə 5 manat götürüb və onu dostları ilə birlikdə xərcləyib. Siz..
а) onunla ciddi söhbət edirsiz və onun cib xərclərini artırırsız
b) ciddi olaraq oğlunuzla söhbət edib, ona verilən cib xərcliyindən zamanla götürüdüyü pulu
geri qaytarmagı xahiş edirsiz
c) oğlunuz yetərincə şapalaq yeyir və onun cib xərcləri azalır.
 
5) 15 yaşlı qızınız rəfiqəsinin doğum gününə gedib və ona icazə verilən vaxtdan bir saat gec qayıdıb.
a) Siz elə əsəbləşirsiz ki, yaxın iki həftə ərzində qızınıza evdən bayıra çıxmağı qadağa qoyursuz
b) Qızınızla gec gəlməsini müzakirə edirsiz, onun səbəblərini dinləyirsiz və onun üçün yeni evə qayıtma vaxtı tətbiq edirsiz, lakin bu vaxtın bir daha pozulmaması şərti ilə
c) Düşünürsüz ki, qızınızı geçikməsi elə də böyük problem deyil, axı o, artıq yeniyetmədir
 
6) 12 yaşlı qızınız son zamanlar çoxlu sayda 2 qiyməti alıb və bunu sizdən gizlədib. Tezliklə bunun üstü açılır. Və qızınız ağlayıb ümidsizliyə qapılır. Siz
a) Qızınıza tək aşağı qiymət aldığına görə deyil, bunu sizdən gizlətdiyinə görə əsəbləşirsiz.
Və qərara alırsız ki o, axşam evdən bayıra çıxmayacaq
b) onu sakitləşdirirsiz və qızınızın dərs problemlərinin nə ilə əlaqəli olduğunu öyrənmək üçün onun müəllimi ilə danışmaq qərarına gəlirsiz
c) qızınızla ciddi danıırsız və bundan sonra da belə davam edərsə ali məktəbə həsrət qalacağını bildirisiz
 
7) 9 aylıq körpəniz oyuncaqlarını çarpayısından yerə atır, onları atdıqdan sonra isə ağlamağa başlayır. Siz..
a) körpənizi qucağınıza alıb onunla oynamağa başlayırsız
b) oyuncaqları toplayıb yenidən çarpayıya qoyursuz
c) onun ağlamağına sakit yanaşırsız və sakitləşəcəyini gözləyirsiz
 
8) Axşam saat 10-da 7 yaşlı oğlunuz üçüncü dəfə yerindən qalxır və sizin otağınıza gəlir. O yuxuya gedə bilməməyindən şikayət edir. Siz..
a) onu öz otağına göndərirsiz və tez bir vaxtda yatarsa sabah ona dondurma alacağınızı söz verirsiz
b) onu çarpayısına göndərirsiz və şənbə günü böyüklərlə birgə vaxt keçirəcəyinə söz verirsiz
c) onu çarpayısına göndərib tez bir zamanda yuxuya getməsinə əmr edirsiz, əks halda cəza alacağını da bildirirsiz
 
9) 7 yaşlı oğlunuz nahar vaxtı dəcəllik edir- yemək yemir və yeməyin dadsız olduğunu bildirir, baxmayaraq ki, o əvvələr elə bu yeməyi böyük həvəslə yeyib:
а) onun üçün yeni nə isə hazırlayırsız
b) masadan durmağa icazə verirsiz, lakin elə şam yeməyinə də eyni yeməyin olacağını deyirsiz
c) ona əsəbi halda kaprizlərə tab gətirmədiyinizi və yeməyini sonadək yeməyənədək masadan durmayacağını deyirsiz
 
10) 6 yaşlı qızınız sizinlə avtobusda gedir və özünü yaxşı aparmır. Onu tənqid etdikdə isə qışqırır və özünü daha da pis aparır:
a)qızınızın qışqırıqlarına fikir vermisiz, axı o, uşaqdır
b)səbrlə onu sakitləşdirməyə çalışırsız
c)ona bir şapalaq vurub hələ cəzanın evdə davam edəcəyini də bildirirsiz
 
"A” cavabı çox olan: Övladınız sizə bir o qədər də etibar etmir. Övladınızın işlərinə tez-tez qarışırsız. Həm son dərəcə diqqətli, həm də qəzəbli münasibət bəstələyirsiz. Övladınızın yolunda olan bütün təkanları aradan qaldırmaq istəyirsiz. Həmişə hər bir problemi onun yerinə həll etməyə çalışırsız. Qorxursuz ki, kimsə ona zərər verə bilər. Onu həm qəfəsdə saxlayırsız, həm də ərköyün böyüdürsüz. Siz ona bir o qədər inanmasaz da, lakin övladınızın sizə çox inanmağını tələb edirsiz. Baxmayaraq ki, onu çox sevirsiz, lakin heç başa düşmürsüz.
 
"B” cavabları çox olduqda: Ağıllı və təmkinli analar sırasındasız. Övladınıza onun yaşına uyğun azadlıq verirsiz. Siz övladınızın özünün həyat təcrübəsi toplamasına imkan yaradırsız. Hətta bu təcrübə onun üçün pis nəticələnsə belə, ona öz əmməllərinə görə cavab verməyi öyrədirsiz. Onu hər vəziyyətdə başa düşməyə çalışırsız və səbrlə dəstək olursuz.
 
"C” cavabları çox olduqda: Uşaq üçün "əlverişli” anasız. Siz övladınızın tərbiyyəsində sizdən çox iş tələb etməyən üsullara əl atırsız. Məsuliyyəti bir ana olaraq çiyninizdən atmısınız və övladınızıa lazımındna artıq azadlıq vermisiz. İnanrısız ki, səhv əməllərə görə övladınız üçün ən yaxşı çıxış yolu onu cəzalandırmaqdır. Onu başa düşməyə heç çalışmırsız.


Şərhlər:
Baxılıb: 453
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz