Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Xoşbəxtsənmi?” - TEST
“Xoşbəxtsənmi?” - TEST
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1288
Səs ver:

Adətən qadınlar "sən xoşbəxtsənmi?” sualına çətinliklə cavab verirlər. Hal-hazırda – hə, ümumilikdə isə yox… Məhz amerikalı psixoloqlar da bu sualın cavabını təbiyyətin özündən öyrənmək üçün xüsusi "qadın” testi hazırlayıblar. Amma nəzərinizə çatdırım ki, bu test masaarxası əyləncə üçün deyil. Yaxşı olar ki, onu təklikdə edəsiniz.

 

 

 

1.İlk görüşdə hər ikiniz bir-birinizin xoşuna gəldiniz. Sizin hərəkətiniz necə olacaq?

 

a)Fəallıq göstərərəm, çünki yaxşı oğlan tapmaq asan deyil

b)Dostlarım vasitəsilə onun haqda məlumat toplamağa çalışaram

c)Tələsməyə əsas yoxdur, qoy hər şey öz axarı ilə getsin

 

 

 

2.Siz nəyə üstünlük verirsiniz?

 

a)Diqqət mərkəzində olmaq üçün daima göz önündə

b)Karyera qurmaq imkanı olan yer

c)Bilik səviyyəmi nəzərə alaraq, ürəyimcə bir yer

 

 

 

3. Başqalarının taleyində rol oynamaq xoşunuza gəlir?

 

a)Yalnız o halda ki, həmin insan köməyimə çatıb

b)Bəli, əgər məhz mənim iştirakım lazımdırsa və vaxtım varsa

c)Hiss etsəm ki, mənim köməyim həqiqətən lazım olacaq

 

 

 

4.Yuxunuz necədir?

 

a) Çox səthi, tez oyanıram

b) Dərin və bərkdir, çətinliklə oyanıram

c) Yuxumun dərin və bərk olmasına baxmayaraq, asanlıqla oyanıram

 

 

 

5. Altı ay ərzində siz neçə dəfə xəstələnib evdə qalmağa məcbur olmusunuz?

 

a) İki və daha çox

b) Bir dəfə

c) Heç bir dəfə də

 

 

 

 

6. Evin ideal təmiz olması sizin üçün nə qədər vacibdir?

 

a) Məncə, bu, önəmli deyil, ev yaxşı istirahət üçündür

b) Hardasa, mən səliqəliyəm, amma ideal təmizlik məni yorur

c) Çox, bunu nəzərə alaraq insanlar haqqında fikir sahibi oluram

 

 

 

7. Sizin tək qalmaq istəyiniz olur?

 

a) Xeyr, mən cəmiyyət arasında olmağı və "ürəyimi boşaltmağı” sevirəm

b) Çox nadir hallarda, yanımda yaxın rəfiqəm olmayanda

c) Təklikdən zövq alıram

 

 

 

8. Sizə yaxın olan insanın başına pis hadisə gəlib. Neyləyəcəksiniz?

 

a) Heç nə, insanın bədbəxtliyini azaltmaq mümkün deyil

b) Təəssüfləndiyimi bildirib onun xoşuna gələn bir şey edərəm

c) Onunla birlikdə əziyyət çəkərəm

 

 

 

9. Sizə çox gəlirli və eyni zamanda riskli işgüzar təklif gəlib. Cavabınız?

 

a) Razılaşaram, bu bir şansdır

b) Uzun-uzadı düşünərəm, əgər o israr edərsə, razılaşaram

c) Rədd edərəm, eksperiment aparmaq nəyə gərək?

 

 

 

10. Sizin heç nədən xətrinizə dəyiblər. Uzun zaman hirslənəcəksiniz?

 

a) Bəli, mən belə münasibətə öyrəşməmişəm

b) Xeyr, sadəcə o insanla münasibəti kəsərəm

c) Heç ağlıma da gəlməz, xətrimə dəyən utansın

 

 

 

Nəticələr:

 

 

 

"A” cavabı üstünlük təşkil edirsə:

Təbiət sizin xoşbəxtliyinizin qayğısına qalmayıb, ona görə özünüz bunu qazanmalısınız. Lakin böyük nailiyyətlər əldə etməyinizə baxmayaraq, arzu edəcəksiniz ki, sizi nağıllardakı şahzadə xilas etsin.

 

 

 

 

"B” cavabı üstünlük təşkil edirsə:

 

Təbiət sizə hər şeyi verib, siz sadəcə qalıqları toplamalısınız. Buna da yavaş-yavaş nail olacaqsınız. Ancaq ruhdan düşməyin, sonda "qızıl balığ”ınızı tutub istədiyinizə qovuşacaqsınız.

 

 

 

"C” cavabı üstünlük təşkil edirsə:

 

Siz təbiətcə xoşbəxt adamsınız. Nə olur-olsun, problemlərin öhdəsindən ustalıqla gəlirsiniz. Həyata nağıldan olan "qurbağa” kimi başlasanız da, sonda gözəl şəhzadəyə çevriləcəksiniz.

 

 



Şərhlər:
Baxılıb: 1288
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz