Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İmmunitetiniz hansı səviyyədədir?
İmmunitetiniz hansı səviyyədədir?
Göndərən: Sabrina
Şərhlər: 16
Baxılıb: 870
Səs ver:
İnsanın immun sistemi orqanizmin xəstəliklərdən, mikroblardan, arzuolunmaz bioloji hücumlardan qorunmasını təmin edir.

İmmunitet latın sözü olub "immunis” sözündən götürülüb, mənası xilasetmə, azadetmə deməkdir. Beləliklə, immunitet insanın bioloji müdafiəçisidir və o zəif olanda orqanizm xəstəliklərə qarşı müqavimət göstərə bilmir.

20 suala cavab verməklə siz immunitetinizin hansı səviyyədə olması haqqında ilkin təsəvvür əldə edə bilərsiniz.

"Hə” cavabını 10 bal,
"Qismən razıyam” cavabını 5 bal,
"Yox” cavabını isə 0 bal qiymətləndirin.

1. İl ərzində 4 dəfə soyuqdəymə xəstəliyim olur

2. Gün ərzində meyvə və tərəvəzdən 300 qramdan az istifadə edirəm

3. Yuxu rejimim normal deyil, narahat yatıram

4.  Məni özümdən asanlıqla çıxarmaq mümkündür, ən adi şeylərə qıcıqlanıram

5. Mənim dərim quru, dırnaqlarım kövrəkdir

6.  Vaxtında yatıb dursam da səhərlər özümü yorğun hiss edirəm

7. Mənim işim oturaqdır. Demək olar ki, piyada gəzmirəm

8.  Çəki ilə bağlı (az və ya artıq) problemim var

9. Əllərim və ayaqlarım həmişə soyuq olur

10. Tez-tez boğaz ağrısından şikayətlənirəm

11.  Günəş şüaları altında qaralmağı çox sevirəm

12.  Tez yoruluram

13.  Siqaret çəkirəm

14.  Yaşadığım yerin ekoloji vəziyyəti qənaətbəxş deyil

15.  Gündüzlər yatmaq istəyirəm

16.  Xroniki xəstəliklərdən əziyyət çəkirəm

17.  Allergiyaya meylliyəm

18.  Dostlarım və yaxınlarımla görüşə çıxmağa həvəsim olmur

19.  Ətrafımdakı insanlar arasında zökəm varsa, mənə də keçir

20.  Öskürməyə başlayıramsa bu uzun müddət davam edir

Toplanan balların sayı 0-60 arasındadırsa tam sakit ola bilərsiniz. Sizin immun sisteminizin səviyyəsi stabildir və yoluxa biləcəyiniz bütün xəstəliklər fəsadsız ötüşəcək.

Balların sayı 61-125-dirsə bunu norma kimi qəbul etmək olar və narahat olmağa çox da əsas yoxdur. Ancaq buna baxmayaraq immunitetinizin qəfil zəifləməsinin qarşısını almaq üçün sağlamlığınız haqqında düşünməlisiniz. Xüsusilə qida rasionuna, yuxu rejiminə, orqanizmin vitaminlərlə lazımınca təmin olunmasına diqqət yetirməlisiniz.

Toplanan balların sayı 125-i keçibsə bu sizin üçün xəbərdarlıqdır. Təcili tədbirlər görməklə immun sisteminizi gücləndirməlisiniz. Ən əsas xəbərdarlıq isə odur ki, özfəaliyyət müalicəsi ilə məşğul olmayasınız. Çıxış yolunuz həkim təyinatı və ona ciddi riayət etməkdir.

Bu sadə testlə immunitetinizin səviyyəsini yoxlayın ki, qarşıdan gələn yay günlərində istirahətinizi sağlam və problemsiz keçirəsiniz.


Şərhlər: 16
Baxılıb: 870
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lazimli faydali melumatdi
13 iyun 2015 19:37
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
testi elemeye hevesim catmadi amma eminlikle deye bilerem ki menim immunitetim zeif deyil. cunki meyve terevezden de cooooxxxxx istifade edirem
12 iyun 2015 17:49
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
65 bal oldu mende ela neticedi sağlamlığıma işaredi)))
12 iyun 2015 17:46
# 14
Don't trust anyone ∆
my_angel
95 bal...doğrudur
12 iyun 2015 16:57
# 13
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
teri meri
məndə 60 oldu sevindim
12 iyun 2015 16:19
# 12
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
tek umidim sen
Menim immum sistemim normaldi,tez tez xestelenmirem
12 iyun 2015 15:26
# 11
Kadın derin ama adam yüzme bilmiyor...
Fialka
75 Bal oldu , qeyd olunanlar doğrudu. İmmunitetim güclüdür lakin fikir vermiyəndə xəstələnə bilərəm özüdə digər yaxın insanlar xəstələnəndə dəqiqliyi ilə qulluq etsəm də özümə laqeyd yanaşıram, nəsə heç qulluq etmirəm..
12 iyun 2015 14:27
# 10
cinqosh
105 alındı. azılanlarla tamamilə razıyam.təşəkkür.
12 iyun 2015 13:54
# 9
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Leylican
menim ki 45 oldu yeni tamm sakit ola bilerem immun seviyyem stabildir
12 iyun 2015 13:27
# 8
SEBR....
Baharim ol
110 oldu.normaldi.Butun xesteliklerin esaas sebebi immunitet catismazligindan emele gelir.
12 iyun 2015 13:23
# 7
Ama yenede
zayka15
65 oldu.Insallah her sey yaxsi olar
12 iyun 2015 12:47
# 6
Birinin nece gulduyunden terbiyesini,neye gulduyunden ise seviyyesini anlaram
...AdaDunyam``
75 oldu
Balların sayı 61-125-dirsə bunu norma kimi qəbul etmək olar və narahat olmağa çox da əsas yoxdur. Ancaq buna baxmayaraq immunitetinizin qəfil zəifləməsinin qarşısını almaq üçün sağlamlığınız haqqında düşünməlisiniz. Xüsusilə qida rasionuna, yuxu rejiminə, orqanizmin vitaminlərlə lazımınca təmin olunmasına diqqət yetirməlisiniz.
12 iyun 2015 12:28
# 5
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Miss_Oxatan
100den bir az yuxari oldu,61-125 arasi.dogrudur.
12 iyun 2015 11:03
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Yeniyetmelikde immun sistemim cox zeif idi. Hal hazirda berpa olunub immun sistemim gucludur xesteliklerede tez tez yoluxmyram
12 iyun 2015 10:01
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
mende usaq vaxti bu problemler olurdu ve bilirdimki zeifdi mende ama indi bele hal yasamiram
12 iyun 2015 08:24
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Bunun dordunun cavab yox oldu,qalan hamisi he oldu
12 iyun 2015 07:35
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz