Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fitness testi
Fitness testi
Göndərən: emis
Şərhlər: 6
Baxılıb: 534
Səs ver:
Yay dəsli bədənimizi nizama salmaq üçün ən uyğun vaxtdır. Amma idman zalına tələsməzdən əvvəl və pəhriz seçməzdən əvvəl orqanizmin zəif və güclü tərəflərini müəyyən etmək və öz imkanları haqqında nəticə çıxartmaq lazımdır.

1. Bu tapşırıq sənə öz elastikliyinin səviyyəsini müəyyən etməyə kömək edəcək. Düz qalx, ayaqlar birlikdə. Yavaş-yavaş , döşəməyə toxunmaq üçün irəli əyil. Döşəməyə qədər əllərin çatırmı?
A. ovuclarım döşəməyə dəyir
B. Yalnız barmaqlarım dəyir
C. Əllərim döşəməyə qədər çatmır.

2. Arxası üstə döşəməyə uzanın, ayaqları basin arxasından döşəməyə toxundurun .Döşəməyə ayaqlarınla toxuna bilərsənmi?
A. Ayaqlarım döşəməyə catır
B. Ayaqlarım döşəməyə çətinliklə çatır
C. Ümumiyyətlə ayaqlarım döşəməyə çatmır.

3. Bu tapşırıq əzələni əla möhkəmlədir. Bu tapşırığın nəticələrinə görə sən öz dözümlülüyünü müəyyən edə biləcəksən. Ayaqları düz vəziyyətdə saxla və yavaş-yavaş bədəni qaldır və sal. Neçə dəfə sən bu tapşırığı yerinə yetirə bilərsən?
A. 20 dəf dən çox
B. 10-dan 20 dəfəyə qədər
C. 10- dəfədən az
 
4. Kifayət qədər sadə olan "qaranquş" tapşırığı sənin əzələlərinin hansı fiziki formada olduğunu müəyyən etməyə kömək edir, həmçinin bədənin yuxarı hissəsinin əzələlərini bərkidir. Qarnı üstə döşəməyə uzan, ayaqlar birlikdə, əlləri basin arxasında birləşdir. Bu halda bədəni və başı yuxarı qaldır. Maksimal qalxmanın nöqtəsini qeyd et və say, neçə saniyə sən belə vəziyyətdə qala bilərsən, sonra yavaş-yavaş çök və rahatla.
A. Məsafə 30 santimetr və 10 və daha çox saniyə ərzində saxlayıram
B. 20-25 santimetr qalxıram və ən çox 10 saniyə belə vəziyyətdəyəm
C.maksimum 15 santimetr qalxa bilərəm və bu vəziyyətdə ən çox 5 saniyə ola bilərəm
 
5. Sağlam və müntəzəm qidalanma – gözəlliyin və qədd-qamətin təminatıdır. Sən qidalanırsan…
A. gündə 3 dəfə və daha çox, amma az-az
B. Gündə ən azı 2 dəfə
C. Gündə 1 dəfə, səhər yeməyini, naharı və şam yeməyini birləşdirərək.
 
6. Qidalanmadan insanın sağlamlığı asılıdır. Sən nə yeyirsən?
A. Sağlam məhsulları seçirəm: təzə tərəvəzlər və meyvələr, yağsız ət, – və "zərərli" qidalardan (qızardılmış, şirin, kəskin) sui-istifadə etmirəm, həmçinin məhsulların tərkibinə diqqət yetirirəm.
B. Düzgün qidalanmağa çalışıram, amma özümü hərdən sağlamlığım üçün tamamilə faydasız olan dadlı nəyləsə əzizləyə bilərəm.
C. Bütün ən dadlı – ən zərərli, qidalarla qidalanıram

7. Spa-prosedurlar – özünü çox gözəl fiziki formaya gətirib çıxarmaq üsuludur! Ayda neçə dəfə sən onları keçirirsən?
A. Ayda bir neçə dəfə salona gedirəm, və ev şəraitində əksər spa-prosedurları təkrarlaya bilərəm
B.Ayda bir-iki dəfə salona gedirəm və ya evdə edirəm
C.Bunun üçün bir çox bəhanə taparaq ümumiyyətlə etmirəm.

Cavablar:
A bəndi üstünlük təşkil edirsə:
Özünlə fəxr edə bilərsən ,sənin bədənin əla fiziki formadadır! Əgər sən daim fitneslə məşğul olursansa, düzgün qidalanırsansa və özünə qulluq edirsənsə, onda eyni ruhda davam et, axı bu sağlamlıq üçün çox faydalıdır!
B bəndi üstünlük təşkil edirsə:
Pis nəticə deyil ancaq, məlum olduğu kimi, hüdud mükəmməlliyi yoxdur! Daha çox öz sağlamlığına vaxt ayır - nə yediyinə fikir ver, daim idmanla məşğul ol və özünü Spa-da xoş prosedurlarla nazla. Gimnastikayla qüvvət məşqlərini növbələ, Pilates, yoqa. Daha aktiv ol və səndə hər şey alınacaq!
C bəndi üstünlük təşkil edirsə:
Sənin idman hazırlığı səviyyən ürəkaçan deyil, amma bunu düzəltməkdə heç vaxt gec deyil! İdmana öz münasibətini dəyiş, ondan həzzi almağı öyrən, və onda o sənin üçün yük olmayacaq.
Amma həddindən artıq gərginləşmə, öz gücünü nəzərə al. Elastikliyi və əzələləri inkişaf etdirən tapşırıqları seç. Unutma ki, yalnız səbir və müntəzəm məşqlər sənə mükəmməl fiziki formanı əldə etməyə kömək edəcək!


Şərhlər: 6
Baxılıb: 534
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqsizdi elemedim
6 iyun 2015 15:09
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666

A bəndi üstünlük təşkil edirsə:
Özünlə fəxr edə bilərsən ,sənin bədənin əla fiziki formadadır! Əgər sən daim fitneslə məşğul olursansa, düzgün qidalanırsansa və özünə qulluq edirsənsə, onda eyni ruhda davam et, axı bu sağlamlıq üçün çox faydalıdır!

mende butunnn suallarin cvbi A variantidi birce salone getmekden basqa cunki men salona falan getmurem. Beden Elastikliyime sozzzz ola bilmezz. bu hereketlerin hamisini cooxxx mukemmel sekilde bacariram, Hetta sbakat acin dese de acardim))) Kompu yanima qoyub burda deyilen herr bir hereketi de coxxxx asanliqla ede bildim. bundan sonra mene rezin Nermin deyin122
5 iyun 2015 14:55
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
C varianti çox oldu düzdür idman etmirem ara sira gezirem heyetde buda olur menim idmanim.
5 iyun 2015 13:26
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Tomris Müslümova
etditim bir velosipetdir,iple tullanmaq ve qacis...yasima gore mence uygundur
5 iyun 2015 10:27
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
B bəndi üstünlük təşkil edirsə:
Pis nəticə deyil ancaq, məlum olduğu kimi, hüdud mükəmməlliyi yoxdur! Daha çox öz sağlamlığına vaxt ayır - nə yediyinə fikir ver, daim idmanla məşğul ol və özünü Spa-da xoş prosedurlarla nazla. Gimnastikayla qüvvət məşqlərini növbələ, Pilates, yoqa. Daha aktiv ol və səndə hər şey alınacaq!

Hardasa uyğunluq var, təşəkkür.
5 iyun 2015 09:49
# 2
BARBI
Teesufki hec idman eden deyilem. Yalniz etdiyim idman iple tullanmaqdir.
5 iyun 2015 09:11
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz