Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üz formasına görə xarakterinizi analiz edin
Üz formasına görə xarakterinizi analiz edin
Göndərən: Gulu-Qezi
Şərhlər: 19
Baxılıb: 2208
Səs ver:


Üz oxuma sənəti qədim dövrlərə qədər gedib çıxan fəlsəfi bacarıqdır. Hər kəsin üzü fərqlidir və bu müxtəliflik xarakterə də təsir edir.

Yumru:
Yaxşı valideyn olurlar. Mühafizəkar və sakitdirlər. Dostları çoxdur. Ünsiyyət qurmağı sevirlər. Kökəlməyə meyillidirlər. Yemək yeməyi sevirlər və romantikdirlər.

Kvadrat:
Sağlam və enerjilidirlər. Yeməyi sevirlər, amma kökəlmirlər. Dəri problemləri ola bilər. Güclü zehinləri var. Pozitiv və enerjili həyatı sevirlər. Araşdırmağı, kəşf etməyi sevirlər. Maraqlıdırlar və səyahət etməyi xoşlayırlar.

Üçbucaq:
Özlərini düzgün izah edə bilmirlər. Çox çalışqan və intizamlıdırlar. Dəyişkən xarakterləri var. Qərarsızdırlar, amma çox xarizmatikdirlər. Xarici görüntülərinə görə rahat-rahat bütün qapıları aça bilirlər.

Saç formaları
Qarşınızdakı insanın saçları zəif, düz və parlaqdırsa, mülayim xarakterli insandır. Düşüncəli, nəzakətli insanlardır. Tez küsə bilirlər.

Qalın buruq saçlar güclü şəxsiyyətdən xəbər verir. İstədiyi hər şeyi əldə edə bilən, əzmli insanlardır. Çox tez əsəbiləşə bilirlər.

Göz formalar;
Göz insanın ən zəif bölgəsidir. Bütün duyğuları, hissləri, utancaqlığı, sevgini, nifrəti gözlərdən oxuya bilərsiniz. Bəzi gözlər soyuq baxır, bəziləri gülür. Kimə baxsanız da ilk növbədə gözlərinə və oradakı mənaya nəzər yetirin. Həmçinin özünüz də o insanın gözünün içinə baxın. Əks halda onda özünüzə qarşı güvənsizlik, inamsızlıq yaradacaqsınız.

Kiçik və batıq gözlər:
Sirrli, sirr saxlamağı bacaran, bir qədər də əlçatmaz insanlardır.

Böyük göz bəbəkləri:
Ağı az olan iri gözlərin sahiblərinin öz dünyaları olur. Özləri haqqında danışmırlar və heç təxmin edə bilməyəcəyiniz sirləri ola bilər. Müvəffəqiyyətlidirlər. Yüksək idealları var.

Kiçik göz bəbəkləri:
Əsəbidirlər. Asanlıqla özlərinə qapana bilərlər. Cəsarətə ehtiyacları olur.

Böyük gözlər:
Böyük gözlər geniş fikirli insanlara aiddir. Kiminsə əsarətində qala bilməzlər. Azadlıqları hər şeydən önəmlidir.

Göz çuxuru dərin olan gözlər:
Ciddi və idealistdirlər. Fəlsəfi mövzulara maraqları olur. İnəcəsənətə meyillidirlər.

Daim gözlərini oynadanlar:
Sirlidirlər. Hımişə ətrafa baxırlar. Etibarsızdırlar.

Burun formaları

Dik burunlar:
Maraqlı, eyni zamanda ağıllıdırlar.

Böyük burun:
Yüksək enerjili insanlardır.

Kiçik burun:
Utancaqdırlar.

İncə burun:
Dəyişkəndirlər, əhəmiyyətsiz detallara çox fikir verirlər.

Geniş qanadlı burun:
Özlərini yaxşı ifadə edirlər, tez hirslənirlər.

Qısa burun:
Xoşbəxt və olduqları kimidirlər.

Uzun burun:
Qürurlu və əsəbidirlər.

Qısa və dik burun:
Dostcanlıdırlar. Vasvasıdırlar.


Şərhlər: 19
Baxılıb: 2208
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aykazayka
Ucbucaq duzdur hamsi
25 avqust 2015 15:33
# 19
Heyatimda sehv buraxan insanlari bagislayacaq qeder boyuyem,Amma tekrar guvenecek qeder axmaq deyilem............:)
Antikvar
Üçbucaq:
Özlərini düzgün izah edə bilmirlər. Çox çalışqan və intizamlıdırlar. Dəyişkən xarakterləri var. Qərarsızdırlar, amma çox xarizmatikdirlər. Xarici görüntülərinə görə rahat-rahat bütün qapıları aça bilirlər.

Dogrudu)
16 aprel 2015 17:24
# 18
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Catwoman666
uzum yumru daha ddogrusu ovaldir. amma romantik deyileeem!!!!! saclarim qalin ve buru dalgalidi. cox duzdu esebiyem. burnumu sece bilmedim))))menim gozlerim burda yoxdu)))yeni gozum vareee xeberde yoxdu122 menim gozlerimin qiraqlari yuxariya dogrudu. yeni deyesen turkler badem goz deyirler)))ereblerin gozleri vareee bax o fason)))))neyse.....bir sozle gozel gozlerim var yaaani;)
16 aprel 2015 17:13
# 17
"All men must die, but we are not men"

Daenerys Targaryen
ismayilova ulker
Yaxşıdı uyğun gəldi. Super xeberdi təşəkkürlər canım.
5 fevral 2015 03:48
# 16
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
my_rules12
Hamisi duzdur,emeye hormet twk;)
4 fevral 2015 02:00
# 15
Like mike bos seydi,esas can sagligidi..,duz deyiremse like:)
ece uslu
coxu uygun geldi
3 fevral 2015 23:25
# 14
Nazan
coxu eledi 08
3 fevral 2015 22:10
# 13
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
arzum-aysum
Uyğundu
3 fevral 2015 17:29
# 12
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
ayan97
Demey olarki duzdu
3 fevral 2015 16:00
# 11
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
sona
Tamamile menim xasiyyetim yazilib her birinde twk
3 fevral 2015 14:34
# 10
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Qlamurr
Maraqlı xəbərdi,hardasa uyğunluq var...tşk canım...
3 fevral 2015 14:28
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
xeyalperest
Bezilerini duz cixdi tewekkur
3 fevral 2015 13:33
# 8
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Melissa
oy bilmirem mende necedi
3 fevral 2015 09:52
# 7
aziz a
Nebilim aid ede bilmedim nese
3 fevral 2015 09:37
# 6
Qelbim doludu !!!!
BARBI
Hamisini secdim menim xarakterime uygundur
3 fevral 2015 09:35
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Maraqlı məlumatlardı hardasa uyğunluq vardı
3 fevral 2015 09:18
# 4
emis
duz cixdi yazilanlar maraqliydi
3 fevral 2015 09:16
# 3
canr
Oxudum maraqli geldi.Men ne yaxsi qiz imisem.
3 fevral 2015 08:27
# 2
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
rəmsə
Maraqlıydı.tşk
3 fevral 2015 07:59
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz