Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sosial səviyyənizi ölçün TEST
Sosial səviyyənizi ölçün TEST
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2217
Səs ver:
1. İnsanlarla ünsiyyətdən zövq alırsınızmı?
a- Bəli, çox hallarda
b- Bəli, az hallarda
c- Xeyr, qətiyyən

2. Sakitliyi sevirsinizmi?
a- Bəli
b- Az hallarda
c- Xeyr

3. Prosesə diqqət edirsiniz yoxsa ancaq nəticəyə?
a- Əsasən prosesə
b- Bəzən prosesə
c- Nəticəyə

4. Fədakarlıq etməyi bacarırsınızmı?
a- Bəli
b- Hərdən
c- Xeyr

5. Böyük maddi məsuliyyət götürməyi sevirsinizmi?
a- Xeyr
b- Bəzən
c- Bəli

6. İnsanların səhvini tezliklə bağışlaya bilirsinizmi?
a- Bəli
b- Çalışıram
c- Xeyr

7. Elmi və  müzakirə xarakterli toplantıları sevirsinizmi?
a- Bəli
b- Bəzən
c- Xeyr

8. Kitab oxumağa meyllisinizmi?
a- Bəli
b- Az hallarda
c- Xeyr

9. Özünüzü başqalarıyla tez-tez müqayisə edirsinizmi?
a- Xeyr
b- Bəzən
c- Bəli

10. İzah etmək prosesindən həzz alırsınızmı?
a- Bəli
b- Hərdən
c- Xeyr

Testin nəticəsinə görə sinifləndirmə:
1- Əgər sizdə "A” bəndlərinin sayı çoxdursa, deməli siz xoşməramlı, psixoloji vəziyyəti yerində olan, səbirli, əxlaqlı insansınız. Gələcəkdə siz gözəl həyat yoldaşı və düzgün valideyn ola bilərsiniz. Peşə olaraq əsasən pedaqoji fəaliyyət, psixologiya və sosiologiya həmçinin qeyri-kommersiya fəaliyyətli müəssisələrdə təşkilatçı və koordinator olaraq yüksək nailiyyət əldə edə bilərsiniz. Təbii ki, bu xüsusiyyətləri müsbətə doğru inkişaf etdirməlisiniz.

2- Əgər sizdə "B” bəndlərinin sayı çoxdursa, "A” və "C” kateqoriyasına yaxınlığı yoxlayın. Əgər "A” bəndlərinin sayına yaxındırsa ( məsələn, "B” cavablarınız  6 ədəd, "A” cavablarınız 3  ədəd, "C” cavablarınız 1 ədəddirsə) siz də "A” kateqoriyasının yuxarıda saydığımız xüsusiyyətlərinə( pedaqoji fəaliyyət, səbirli olmaq və s.)  yaxınsınız. Sadəcə olaraq öz üzərinizdə çox işləməlisiniz ki, bu xüsusiyyətləri vərdiş halına çevirəsiniz. Yəni sizdə baza mövcuddur, amma tənbəllik onu üstələmişdir.

3- Əgər sizdə "C” bəndlərinin sayı çoxdursa, siz səbirsiz, maddi ölçülərə çox əhəmiyyət verən, çevrənizdəki insanların mütəmadi qəlbini qıran, başqalarının uğurlarına çox vaxt sevinməyən, həyatdan tez-tez  şikayətçi olan, soyuq, küsəyən, özünü sevən və təkəbbürlü insansınız. Maddi uğurlarınızın çox olması labüddür. Mənəvi məsələlərə az əhəmiyyət verirsiniz.
Sizə tövsiyəmiz özünüzlə baş-başa qalıb zaman ayırmaq, yaradılış və yaşayış barədə düşünmək, mənəvi psixoloji mövzularda mütaliə etmək, videolar izləmək və əlaqədar fəaliyyətlərdir.


Şərhlər:
Baxılıb: 2217
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz