Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Düzgün qidalanırsınızmı? [test]
Düzgün qidalanırsınızmı? [test]
Göndərən: SEVGI DENIZIM
Şərhlər:
Baxılıb: 704
Səs ver:
1. Gündə neçə dəfə yemək yeyirsiniz?
a) Bir dəfə yemək yeyirəm.
b) İki dəfə yemək yeyirəm.
c) Üç dəfə yemək yeyirəm.

2. Səhər yemək yeyirsinizmi?
a) Heç vaxt yemək yemirəm.
b) Bəzən yesəm də, bəzən yemirəm.
c) Həmişə yeyirəm.

3. Hamburger, çips, kola və s. kimi qidalardan istifasə edirsinizmi?
a) Həftənin bütün günləri istifadə edirəm.
b) Həftənin bəzi günləri istifadə edirəm.
c) Həftənin heç bir günü istifadə etmirəm.

4. Tərəvəz yeməklərini sevirsinizmi?
a) Heç birini sevmirəm.
b) Bəzilərini sevsəm də, bəzilərini sevmirəm.
c) Hamısını sevirəm.

5. Tort, marmelad, şokolad və s. kimi qidalarda "normaya" diqqət edirsinizmi?
a) Demək olar ki, riayət etmirəm.
b) Bəzən riayət etsəm də, bəzən riayət etmirəm.
c) Həmişə riayət edirəm.

6. Süd, pendir, yumurta və s. kimi qidalara üstünlük verirsinizmi?
a) Heç birinə üstünlük vermirəm.
b) Bəzilərinə üstünlük versəm də, bəzilərinə üstünlük vermirəm.
c) Hamısına üstünlük verirəm.

7. Əsas yeməklər arasında "ayaqüstü yeməklər" yeyirsinizmi?
a) Həmişə yeyirəm.
b) Bəzən yesəm də, bəzən yemirəm.
c) Heç vaxt yemirəm.

8. Evdən kənarda harada olsa, yemək yeyirsinizmi?
a) Həmişə yeyirəm.
b) Bəzən yesəm də, bəzən yemirəm.
c) Heç vaxt yemirəm.

9. Ananızın bişirdiyi yeməklərə münasibətiniz necədir?
a) Əgər sevdiyim yemək deyilsə, yemirəm.
b) Əgər sevdiyim yemək deyilsə bəzən yesəm də, bəzən yemirəm.
c) Əgər sevdiyim yemək deyilsə, yeyirəm (əlbəttə ki, bir qədər az yemək şərti ilə).

10. Hər gün meyvə yeyirsinizmi?
a) Demək olar ki, yemirəm.
b) Bəzən yesəm də, bəzən yemirəm.
c) Həmişə yeyirəm.

Və nəticə...
"a" bəndi çoxluq təşkil edənlər:
Verdiyiniz cavablardan qidalanma vərdişinizin kifayət qədər ps olduğunu demək olar. Unutmayın ki, bu cür qidalanma vərdişi ilə siz sağlamlığınıza ciddi ziyan vura bilərsiniz. Digər tərəfdən, bir çox xəstəliklər (həmçinin də artıq çəki) düzgün qidalanmamanın nəticəsidir. Buna görə də həkimlərin məsləhətinə qulaq assanız çox yaxşı olar.
"b" bəndi çox təşkil edənlər:
Qidalanma vərdişiniz çox pis olmasa da , çox yaxşı da deyil. Ancaq əsas məsələ odur ki, riayət etməkdə çətinlik çəksəniz də, düzgün qidalanmamanın nə demək olduğunu bilirsiniz. Buna görə də əgər bir qədər diqqətli olsanız, bu işin öhdəsindən asanlıqla gələ bilərsiniz. Uğurlar.
"c" bəndi çoxuq təşkil edənlər:
Verdiyiniz cavablardan qidalanma vərdişinizin kifayət qədər yaxşı olduğunu görmək olar. Bu isə o deməkdir ki, nəyin faydalı nəyin ziyanlı olduğunu bilir və deməli, sağlamlığınıza da diqqət yetirirsiniz. Bundan sonra da sağlam və gözəl günlər diləyi ilə...


Şərhlər:
Baxılıb: 704
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz