Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyaya necə baxırsınız?
Dünyaya necə baxırsınız?
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 892
Səs ver:
Dünyaya necə baxırsınız? Gerçəklərlə aranız necədir? Dünyaya necə, hansı eynəklə baxırsınız? Çəhrayı eynəklə, yoxsa qara eynəklə? Bu testi cavablayın və dünyaya necə baxdığınızı  təyin edin!

1. 20-ci mərtəbədə boş liftə mindiniz, aşağı enirsiniz. 19-cu mərtəbədə biri mindi. Ondan çox pis halda sarımsaq iyi gəlir və bütün lifti pis iy bürüdü. O, 16-cı mərtəbədə endi. 14-cü mərtəbədə bir qrup adam mindi. Qoxudan üzlərini büzüşdürdü. Dönüb sizə baxanlar var .

A) Onlar minərkən siz onsuz da, burnunuzu tutmuşdunuz

B) Onlarla zarafat edərsiniz.

C) Mən deyiləm deyərsiniz (gülərək).

D) "Mədəniyyətsiz, lifti iyə bürüdü, getdi" deyərsiniz.

E) Fikir verməzsiniz.

2. Bir müayinəxanada gözləmə otağındasınız. Qarşı kresloda oturan bir kişinin fərqli rəngdə corab geydiyini fərqinə vardınız.

A) Rəng koru olmalıdır.

B) Yəqin tələsib.

C) Dalğın biridir.

D) Diqqətsiz biridir.

E) Mənim kimidir.

3. Erosun oxu sizi ürəyinizdən vurduqda ...

A) Mədə-bağırsaq sisteminiz alt-üst olar.

B) Çənənizə vurar (çox danışarsınız).

C) Susqunlaşırsınız.

D) Özünüzə güvəniniz artar.

E) İçki, siqaret ...

4. Sevgiliniz sizi evinə çağırdı. Tez getdiniz. Masada içilmiş iki qədəh gördünüz.

A) İçki qoxusu gəlib-gəlmədiyini yoxlayarsınız.

B) "Kim bilir neçə gündür qab-qacağı yumur" - deyə düşünərsiniz.

C) "Münasibət qurma mövzusunda düşünməyim lazımdır" - deyə düşünərsiniz.

D) Sakitcə yataq otağına nəzarət edərsiniz.

E) "Mən də içki istəyirəm" deyərsiniz.

5. Aranıza yeni qatılan iş yoldaşınız doğum gününüz üçün qara rəngdə şam hədiyyə etdi ...

A) Sizə maraq duyduğunu düşünərsiniz.

B) "Əcaib zövqü var" - deyə düşünərsiniz.

C) Adi biri olmadığını bildirdiyini düşünərsiniz.

D) "Ucuz hədiyyə amağı bacaran biridir" - deyə düşünərsiniz.

E) "Evdə şam yox idi, yaxşı oldu" düşünərsiniz.

6. Yeni sevgili olduğunuz adam üç günlük iş gəzintisinə çıxacağı üçün tutquşusunu qulluq etməyiniz üçün sizə verir ...

A) Başqa qadının (kişinin) adını desə?

B) Bu əslində nə qədər etibarlı biri olduğunuzun dəlilidir.

C) Dönüşü üçün sürpriz olsun deyə ona xoş şeylər əzbərlədəcəksiniz.

D) Əminsiniz ki, sizə sürpriz olsun deyə xoş sözlər əzbərlətmişdir.

E) Tutuquşu dişləyirmi?

7. Bir dostunuz sizi yeməyə dəvət etdi və sürpriz olaraq üçüncü bir adamın da olacağını dedi ...

A) Narahat olarsınız.

B) "İnşəAllah qarşı cinsdən biri olar" deyə düşünərsiniz.

C) Sevinərsiniz.

D) Daha diqqətlə hazırlanarsınız.

E) Sizin üçün fərqi yoxdur.

8. Hər cür orqan nəqli edilə bilər. Amma orqan kimdən alınıbsa, onun xüsusiyyətini də daşıyacaqsınız. Sizə bir qol lazımdır. Amma seçimlər bunlardır:

A) Dilənçinin qolu.

B) Dəlinin qolu.

C) Qarşı cinsdən birinin qolu.

D) Narkomanın qolu.

E) Oğrunun qolu.

9. Doğulduğunuz gündən bu yana həyatınız filmə çəkilsə, ...

A) Gərgin bir film olar.

B) Macəra filmi olar.

C) Romantik komediya olar.

D) Eşq filmi olar.

E) Fantastik film olar.

10. Bir sərgi açılışına getdiniz. Qapıdan girər-girməz hər kəsin diqqəti sizə yönəlir ...

A) Düyməm açılıb görəsən?

B) Elə bildilər ki, mən rəssamam.

C) Önəmli birini gözləyirlər.

D) Gecənin ulduzu yenə də mənəm.

E) Səhv gəldim.

Cavablarınızda A variantı üstünlük təşkil edirsə
Həyata çəhrayı eynəklə baxanlardansınız. Ya problemsiz bir mühitdə yaşayırsınız ya da safsınız! Sizin üçün əhəmiyyətli olan məhəbbət və hər kəs tərəfindən sevilməkdir. Bu səbəblə qarşınızdakı kimdir, ya da nə olursa olsun, ondan yaxşını və əyləncəni çıxartmaq istəyirsiniz. Amma bunun da bir əvəzi var: yanılmaq,hətta zərər görmək

Cavablarınızda B variantı üstünlük təşkil edirsə

Siz həyata güzgülü eynəklə baxırsınız. Mənası budur: Necə baxıb gördüyünüz əhəmiyyətli deyil. Əhəmiyyətli olan hər kəsin sizə baxması! Həyat enerjinizi başqalarından alırsınız. Başqalarının gözündə nece göründüyünüzə yaxşıca əhəmiyyət verirsiniz. Bu səbəblə özünüz ola bilmirsiniz

Cavablarınızda C variantı üstünlük təşkil edirsə
Həyata günəş eyneyi, daha doğrusu qara eynəklərlə baxanlardansınız. Her vəziyyətdə her şeyin ən pisinə hazırlayırsınız özünüzü. Niyə? Həyatda yaxşı şeyləre layiq olmadığınızı düşünərsiniz. Gerçək budur ki,bunu etdiren dərində yatan bir günahkarlıq duyğusudur
 
Cavablarınızda D üstünlük təşkil edirsə
Həyata at eynəkləriylə baxırsınız. Əslində baxırsınız demək səhvdir. Çünki görmək üçün səy göstermisiniz. Problemlərdən qaçmaq üçün heç bir şeyi görməməyi seçmiş kimisiniz. Gerçəklə əlaqəniz, yalnız öz dünyanızdadır. Uzağı görmək, detallarla məşğul olmaq sizə çox çətin gəlir. Halbuki kabuğunuzdan çıxıb bir baxsanız, o qədər də çətin deyil!
 
Cavablarınızda E üstünlük təşkil edirsə
Həyata at eynəkləriylə baxırsınız. Əslində baxırsınız demək səhvdir. Çünki görmək üçün səy göstermisiniz. Problemlərdən qaçmaq üçün heç bir şeyi görməməyi seçmiş kimisiniz. Gerçəklə əlaqəniz, yalnız öz dünyanızdadır. Uzağı görmək, detallarla məşğul olmaq sizə çox çətin gəlir. Halbuki kabuğunuzdan çıxıb bir baxsanız, o qədər də çətin deyil!


Şərhlər:
Baxılıb: 892
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz