Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Eqoistsinizmi?
Eqoistsinizmi?
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 941
Səs ver:
Biz tez-tez bəzi insanlar haqqında danışanda onu hansısa xüsusiyyətinə görə "eqoist"  adlandırırıq və təbii ki, bu mənfi şəkildə səslənir. Bir az düşünək, eqoizm nə dərəcədə pisdir? Bir şeyi unutmamaq lazımdır ki, onu ağlabatan bir fikir kimi qəbul etmək olar. Əgər siz də öz üzərinizdə "eqoizmin" bilavasitə ağlabatan olub-olmadığını yoxlamaq istəyirsinizsə, aşağıdakı psixoloji testdən istifadə etməyi məsləhət görürük.

Sual 1. Uşaqlığınızı xatırlayın, sizə şirni hədiyyə edəndə onları nə edirdiniz?
A) Siz məmnuniyyətlə onları dostlarınızla (rəfiqələrinizlə) paylaşırdınız;
B) Siz "şirin əyləncəni" uzatmağa çalışırdınız və həmin şirnilərdən bir miqdar saxlayıb hər gün az-az yeyirdiniz;
C) Heç tərəddüd etmədən hamısını bir anın içində yeyib bitirirdiniz.

Sual 2. Özünüzdən danışarkən ən çox hansı sözdən istifadə edirsiniz?
A) Biz;
B) O (Bu);
C) Mən.

Sual 3. Sizin televizora münasibətiniz necədir?
A) Televizora baxmağa kifayət qədər vaxtınız olmur, amma əgər vaxtınız olarsa, mavi ekrana nəzər salarsınız;
B) Əgər asudə vaxtlardan söhbət gedirsə, o zaman TV istirahətə kömək edir;
C) Televizorsuz həyatınızı təsəvvür etmirsiniz və qarşısında oturduğunuz zaman gözünüz ekrandan başqa heç nəyi görmür.

Sual 4. Hansı növ nəqliyyata üstünlük verirsiniz?
A) Əlbəttə ki, metroya;
B) Tamamilə heç bir fərq görmürəm;
C) Əlbəttə ki, bu təyyarədir,  "business class"-ın qəşəng təyyarəsi ilə səyahət etməkdən daha yaxşı nə ola bilər?

Sual 5. Hansı istirahət növü sizin üçün üstünlük təşkil edir?
A) Siz böyük məmnuniyyətlə arxeoloji qazıntılarda iştirak etmək istərdiniz;
B) Sizin üçün öz bağ evinizdə istirahət mükəmməldir;
C) Siz hər zaman gözəl məkanlara getməyə və sahildə istirahət etməyə hazırsınız.

Sual 6. Əgər pulsuz mağazaya düşmək şansınız olsaydı:
A) Ətraflı bazarlıq edərdiniz və mütləq sevimli bacınızın (qardaşınızın) uşaqları üçün hədiyyə seçərdiniz;
B) Yalnız sizə lazım olan şeyləri almağa can atardınız;
C) Özünüz üçün maraqlı olan jurnallardan almağı unutmazdınız.

Sual 7. Dostlarınızla olan bir şənliyin (əyləncənin) sonunda adətən nə edirsiniz?
A) Mütləq ev yiyəsinə ev işlərində kömək edirsiniz;
B) Gözəl əyləncə üçün minnətdarlıq edib bütün dostlarla birlikdə öz evinizə yollanırsınız;
C) Qalan qonaqlarla birlikdə şənlik olan evdə qalıb onlarla öz problemlərinizi bölüşürsünüz və öz təcili işlərinizdən bəhs edirsiniz.
 
Hansı variant üstünlük təşkil etdisə o variantı şərhlərdə qeyd edin. Bir neçə şərhdən sonra cavabları elə şərh vasitəsilə qeyd edəcəm


Şərhlər:
Baxılıb: 941
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz