Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Necə bir xarakter sahibisiniz?-TEST
Necə bir xarakter sahibisiniz?-TEST
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5688
Səs ver:
Bu, psixoloqların istifadə etdiyi analizdir. Əhval-ruhiyyənizə aid şəkli seçin və nə mənası olduğunu oxuyun. Şəkildə 1-dən 9-a qədər olan şəkillər psixoloqlar tərəfindən kəşf edilib, dəfələrlə test edilib, formaları və rəngləri dəyişdirilərək bugünkü hala gəlib.

 


1. Özünə qapalı və həssas: Özünüzlə və ətrafınızla bağlı düşüncələrə ətrafınızdakı insanlardan daha çox bağlısınız. Boş söhbətlər etməkdənsə, tək qalmağa üstünlük verirsiniz. Amma yaxın dostlarınızla münasibətləriniz o qədər güclüdür ki, bu da sizə lazım olan gücü verir. Yenə də tək qalmaqdan heç vaxt bezmirsiniz.

2. Azadlığa canatan  və ənənələrə qarşı çıxan: Özünüzü inkişaf etdirməyi təmin edəcək azad və heç kimə bağlı olmayan həyat axtarırsnız. Xobbilərinizdə ya da işinizdə sizi müvəffəqiyyətə aparan bacarığa sahibsiniz. Müstəqilliyinizə olan düşkünlüyünüz bəzən sizin gözlənilənin əksini etməyinizə səbəb olur. Öz fikirlərinizə daha çox üstünlük verirsiniz, nəinki başqalarının.

3. Dinamik və aktiv: Maraqlı və müxtəlif işlərə başlamaq üçün riskə gedə bilirsiniz. Təkrarlanan həyat sizi təsirsiz hala salır. Ən çox sevdiyiniz şey bütün hadisələrdə baş rolda olmaqdır. Əslində hadisələri başladan adam da elə siz özünüzsünüz.

4. Öz ayaqlarının üstündə dura bilən: İnsanlar sizə hörmət edir, çünki hər kəs sizdən dəstək alır. Siz də insanlara güvən verirsiniz. Çox istiqanlı birisiniz. Şablon və şişirdilmiş hər şeydən uzaq gəzirsiniz. Modaya da bağlı deyilsiniz. Əksinə, sizin üçün geyim sadə və rahat olmalıdır.

5. Professional və özünü tanıyan: Həyatdan nəsə gözləməkdənsə yaradıcı olmağı seçirsiniz. Problemlərinizi qarışıq olmayan üsullarla həll edirsiniz. Gündəlik həyatınızda həqiqi olmağı seçirsiniz. İşinizdə hər kəs sizi məsuliyyətli biri kimi tanıyır. Sizin özünüzə olan güvəniniz sayəsində ətrafınızdakılar da sizdən güc alır. İstədiyinizi edənə qədər dinclik tapmırsınız.

6. Sülhsevər və tədbirli:
Sizinlə münasibət qurmaq çox asandır. Öz şəxsi həyatınıza və azadlığınıza düşkün olduğunuz üçün dostlarınızı çox da bezdirmisiniz. Bəzən düşünmək və ya öz-özünüzə əylənmək üçün hər şeydən uzaqlaşıb tək qalmaq istəyirsiniz. Buna görə də qaça biləcəyiniz gözəl məkanların harada olduğunu bilirsiniz. Amma siz təklik düşkünü bir insan da deyilsiniz. Sadəcə həyatın sizə verdiklərini təqdir edən, dünyayla barışıq bir insansınız.

7. Diqqətsiz və şən: Azad həyatı sevirsiniz. "Dünyaya bir dəfə gəlirik” qanunundan yola çıxaraq istədiyiniz kimi yaşayırsınız. Çox maraqlı və hər yeni şeyi yoxlamaq istəyən insansınız. Sürpriz hazırlamaq və sürprizlərlə qarşılaşmağı çox sevirsiniz.

8. Romantik və xəyalpərəst: Çox romantik insansınız. Hadisələrin reallığını görmək istəmirsiniz. Sizin üçün duyğularınız daha əhəmiyyətlidir. Həmçinin həyatda xəyalları müdafiə edirsiniz.

9. Analitik və etibarlı: Sizin həyatınızda mədəniyyətin böyük yeri var. Yenə də siz zərif duyğularınızı kənar təsirlərdən qoruyursunuz. Sizin üçün zərif və mədəni bir həyata sahib olmaq çox daha əhəmiyyətlidir.


Şərhlər:
Baxılıb: 5688
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz