Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əlaqənizin nə qədər davam edəcəyini test edin
Əlaqənizin nə qədər davam edəcəyini test edin
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 909
Səs ver:
Yeni bir əlaqəyə başladınız, ondan xoşlanmış ola bilərsiniz, bəlkə də çox aşiqsiniz, amma tərəddüdləriniz də var. Əlaqənizin nə qədər davam edəcəyini öyrənmənizi asanlaşdıracaq bu testi dərhal həll etməyə başlaya bilərsiniz. Uzun əlaqə yaşamaq istəyənlər sualların cavabını taparaq bəlkə bir an əvvəl bəzi tədbirləri ala bilərlər.

1. Yaxın bir dostunuz sizə velosiped sürməyi təklif etdi…
A - Möcüzə bir təklifdir. Bu sayədə məşq edə bilər və bu mövzuda nə qədər qabiliyyətli olduğumu hər kəs görə bilər.
B - Təklifi qəbul edərəm. Nə də olsa ehtiyac duyduğumda yarıda buraxıb geri dönərəm.
C - Qətiliklə qəbul etmərəm. Özümə isbat etmək məcburiyyətində olduğum bir şey yoxdur. Evdə olmağı seçərəm.
D - Gələcək il bənzər bir fəaliyyətə özümü hazırlamağa başlayaram və əvvəlcə məşq proqramı hazırlayaram.

2. Sizcə aşağıdakılardan hansı ən çox erotikliyi əks etdirən film səhnəsidir?
A - "Xüsusi Qadın" : JuliaRoberts jakuziyə əyilib Richard Gərə ilə söhbət edərkən,
B - "Təməl İnstinkt" : Sharon Stone polisə ifadə verərkən qıçı qıç üzərinə qoyur və o sırada alt paltar geymədiyinin başa düşülməsi,
C - "Təhlükəli Münasibətlərə : Glen Close və John Malkovichin, Mic****e Pfifferi başdan çıxarmağa iddiaya girməsi,
D - "Titanic" : Leonardo De Caprio ilə Qata Wisletin göyərtədə eşqbazlıq etməsi,

3. Yoldaşlarınızla əyləncəli vaxtlar keçirərkən oynadığınız oyunda; iştirakçıların sözlərdən "Love Story" çıxarması lazımdır. Siz hansı sözləri seçərdiniz?
A - İş səyahəti, sarılmaq, anlamaq, candan,
B - Partnyor, unutmaq, şampan, çox isti, qızğın,
C - E-mail, bağışlamaq, düşərgədə yandırılan od, şəfqətli,
D - Təcrübə, dişlək, paraşüt, dil həbsliyi,

4. Yeni evli bir dostunuz həyat yoldaşını aldatdığını sizə ititraf etsə nə düşünərdiniz?
A - Qadınsınızsa, intiqam almanın kefli olduğunu,
B - Bir dəfə olmuş və təkrarlanmayacaqsa, dramatiklik etməyin gərəyi yoxdur,
C - Hər kəsin bunları yaşaya biləcəyini,
D - Bağışlanılmayacağını… Başqasıyla birlikdə olmaq istəyirdin niyə evləndin bəs,

5. Dostunuz ilə bir həftəlik Paris səyahəti planladınız tək dostunuz son anda ləğv etdi, nə edərsiniz?
A - Tək başıma gedər və tamamilə azadlığımı yaşayaram,
B - Mən də ləğv edərəm, izdihamlı bir qrupla tətilə çıxmaq ən yaxşı fikirdir deyərəm,
C - Balkonumda kitab oxumanın kefini çıxararam, daha yaxşı bir fikir ola bilməz bu anda,
D - Dostlarımı ziyarət edərəm,

6. İkinci görüş sonrası nə düşünərsiniz? Yaxşı ya da pis olduğu necə aydın olar?
A - Görüşmə gözəl keçmişdir bəlkə, amma bəzi şeylər tam müəyyən deyil,
B - Ertəsi səhər birlikdə oyandınızsa,
C - Vidalaşarkən avtomobildə öpüşsəniz,
D - Seks mükəmməl idi və sabahısı gün hər şeyin daha yaxşıya getdiyini düşünürsünüzsə,

7. Evinizdə vazgeçilməz dediyiniz əşya hansıdır?
A - Böyük yatağım və sətan örtük dəstim,
B - Kiçik əşyaları yerləşdirə biləcəyim böyük şkaflar,
C - Antikvar əşyalar ilə fotoşəkilləri və məktub kartlarını əsa biləcəyim divar,
D - Rahat bir divan, yastıqlar və gözəl pərdələr,

8. Yaxın dostunuzun aşiq olduğunu öyrəndiniz, bu eşqlə əlaqədar ilk nəyi maraqlanıb öyrənmək istəyərsiniz?
A - Yeni sevgilisinin yaxşı öpüşüb öpüşmədiyini,
B - Seks həyatlarının yaxşı olub olmadığını,
C - Nə işlə məşğul olduğunu,
D - Onunla nə vaxt və harada tanış olduğunu,

9. Gözəl bir yay axşamı və sabah icazəlisinizsə…
A - Partnyoruma açıq havada film izləməyi təklif edərəm,
B - Bir dostumla ya da tək başıma gəzişərəm,
C - Partnyoruma zəng edər və kimsəsiz bir yerdə dənizə girməyi təklif edərəm,
D - Qonşularımı bağçada axşam keyfinə dəvət edərəm,

10. Siz; aşağıdakı cümlələrdən hansını təsdiqləyərsiniz?
A - Kişilərin fantaziyaları qadınların silahıdır,
B - Özünə güvənən qadınlar; cinsiyyət ayrı-seçkiliyi etməz və kişiləri əl üstündə tutarlar,
C - Qadınlar heç bir zaman kişiləri dəli etməz, yalnız kişilərin öz özlərinə bunu necə bacardıqlarını izlərlər,
D - Ağıl ürəyin ən böyük düşmənidir,

Qiymətləndirmə:
A variantı çoxluq təşkil edirsə: Ovçu tipi
Hər gözəli tovlama xasiyyətiniz sayəsində ürəklərdə qırıqlığa səbəb olursunuz. Sizə görə erotizm seksdə imtina edilməzdir. Seksdə təcrübəli olmağınzla partnyorunuzu başdan çıxarmağı çox yaxşı bilirsiniz, hətta sevgini və seksuallığı bir-birindən ayırd etmədə də müvəffəqiyyətlisiniz. Ovçu tipiylə birlikdəlik yaşayanlar, əlaqələrinin çox davam etməyəcəyini bilməlidir. Üç gün ya da üç aya kimi bir müddətdə də bitə bilər.

B variantı çoxluq təşkil etdisə: Oyunçu tipi
Cinsəllikdə yeniliklərə maraq duyursunuz və aldatma anlayışına əhəmiyyət vermədiyinizdən oyunçu tipiylə uyğun ola bilərsiniz. Nəticədə oyunçu tipləri də siz də aldatma ilə narahat olmaz və əlaqəni bitirməyi düşünməzsiniz. Melanxolik tiplərlə əlaqənizdə çətinlik görsəniz də qarşı tərəf rolunu açıq şəkildə paylaşsa yaşanacaq əlaqə hərəkətli və zənginləşdirilmiş ola bilər. Birlikdə olduğunuz adam oyunçu tipidirsə, əyləncəli və həyəcanlı əlaqəni sonsuza qədər davam etdirə bilərsiniz.

C variantı üstünlük təşkil etdisə: Melanxolik tip
Cinsəlliyi eşq ilə birlikdə düşünürsünüz və ruh uyğunlaşmasına əhəmiyyət verirsiniz. Cinsəllikdə sürətli mövqelərə dözümünüz yoxdur. Sizə görə cinsəllik, ruhən və bədənlə inteqrasiya olunma mənasındadır. Yumşaq öpüşmələr və şəfqətli toxunuşlar ilə sərgilənən ovçu və oyunçu tiplərini təsir altında tutmanız qeyri-mümkün ola bilər.

D variantı üstünlük təşkil etdisə: Xəyalpərəst tip
Xəyalpərəstlərə görə cinsi əlaqə ehtiraslı sevişmək mənasındadır və erotizm;  güvən duyğusunun həm də həyat tərzinin bir parçası deməkdir. Bu səbəblə xəyalpərəstlərlə bir yerə çata bilməzsiniz. Əvvəlcə etibarını qazanmanız lazımdır. Cinsəlikdə yeni texnikaları əhəmiyyət vermir və duyğulu toxunuşları seçirsinizsə axtardığınız partnyoru tapmısınız.


Şərhlər:
Baxılıb: 909
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz