Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qorxaqsan? Test et
Qorxaqsan? Test et
Göndərən: ŞehZam
Şərhlər:
Baxılıb: 2050
Səs ver:

Qorxu hər birimizə müəyyən qədər tanış olan hissdir. Testimizin köməyi ilə nə qədər qətiyyətli və özünəinamlı olduğunuzu müəyyən edə biləcəksiniz.

1.Yolunuza qara pişik və ya əlində boş vedrə olan qadın çıxanda:

a) əlamətlərə inanmadığınıza görə sakitcə yolunuza davam edərsiniz;
b) gizlincə çiyninizin üstündən tüpürərək dilxor halda yolunuza davam edərsiniz;
c) yolunuzu dəyişib başqa yolla gedərsiniz.

2. İctimai yerdə dayanmısınız. Yaxınlığınızda bir neçə kişi bərkdən söyüş söyür. Bu zaman siz:

a) üzünüzü onlara çevirib özlərini yığışdırmalarını istəyərsiniz;
b) «Lap ağını çıxarıblar», - deyə dodaqaltı deyinərsiniz;
c) söyüşləri eşitməmək üçün onlardan aralı dayanarsınız.

3.Küçədə tanış olmaq istədiyiniz cazibəli şəxslə rastlaşdıqda:

a) yaxınlaşaraq maraqlı bir zarafat edib özünüzü təqdim edərsiniz;
b) yaxınlaşıb saatı soruşar və mülayimcəsinə gülümsəyərsiniz;
c) siz götür-qoy edənədək həmin şəxs uzaqlaşar.

4.Küçə ilə gedərkən 4-5 xuliqanın qıza sataşdığını gördükdə:

a) nəticəni düşünmədən köməyə tələsərsiniz;
b) qışqıraraq köməyə kimisə çağırarsınız;
c) «Özü günahkardır» fikirləşib yolunuza davam edərsiniz.

5.Mağazada növbə gözləyərkən kimsə növbəsiz yaxınlaşıb nəsə aldıqda:

a) həmin şəxsdən növbəsini gözləməsini tələb edərsiniz;
b) tərs-tərs baxaraq başınızı bulayarsınız;
c) «Bir nəfərlə nə olacaq ki?» düşünərək reaksiya verməzsiniz.

6. Yeni stiliniz tam ürəyinizcədir. Dostlarınızdan biri bunun sizə uyğun olmadığını bildirdikdə:

a) stilinizi dəyişmək üçün yeni geyim almağa yollanarsınız;
b) başqa dostlarınıza zəng edib onların da rəyini öyrənməyə çalışarsınız;
c) «Əsas mənim ürəyimcə olsun» fikri ilə heç nəyi dəyişməzsiniz.

7.Tanışlarınızın olmadığı bir məclisdə iştirak edəndə:

a) içəri girən kimi zarafat və maraqlı söhbətlə ətrafdakılarla tanış olmağa çalışarsınız;
b) kiməsə yaxınlaşaraq onunla ünsiyyətə girməyə çalışarsınız;
c) kənarda dayanaraq sizə diqqət ediləcəyini gözləyərsiniz.

8. Sevdiyiniz şəxsi yaxınlarınıza təqdim edərkən onun haqqında pis fikirlər eşitsəniz:

a) «Mən onu daha yaxşı tanıyıram» fikrilə münasibətlərinizi davam etdirərsiniz;
b) münasibətləri davam etdirsəniz də, daha diqqətli olmağa çalışarsınız;
c) yaxınlarınızın məsləhətilə sevgilinizlə münasibəti kəsərsiniz.

a - 10, b - 5, c - 3

60 xaldan yuxarı: siz cəsarətli insansınız! Tərəddüd və qətiyyətsizliyi bir kənara ataraq ən təhlükəli vəziyyətlərin üstünə getməyi bacarırsınız. Lakin siz həddən artıq riskə getməyi xoşlayır, ən riskli situasiyalardan çəkinmirsiniz. Qərarlarınızda müdrik olmağa çalışın.

35-60 xal: siz orta mövqe tutmağı bacarırsınız. Risklərdən çəkinsəniz də, hadisə və gözlənilməz situasiyalar qarşısında acizlik göstərmirsiniz. Xasiyyətinizə və cəsarətinizə görə sizə hər zaman güvənmək olar.

24-35 xal: tezliklə xarakterinizi dəyişin. Siz həddən artıq qətiyyətsiz və hətta qorxaqsınız. Hər zaman kölgədə qalmağa çalışırsınız. Unutmayın ki, bu minvalla həyat yanınızdan ötüb keçəcək. Çalışın, başqalarının fikrinə yox, öz fikrinizə üstünlük verəsiniz və hər şey öz qaydasına düşəcək.



Şərhlər:
Baxılıb: 2050
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz