Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgi `testi`
Sevgi `testi`
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4483
Səs ver:
 
Sevgi Testi (Çox maraqlı)
 
 Hesab edilir ki, insanı dəyişmək qeyri-mümkündür. Ya onu olduğu kimi sevmək, ya da başqasını axtarmaq lazımdır. Amma kişilər və qadınlar arasında elələri var ki, sevməyi bacarmırlar. Siz və ya sevgiliniz belə insanlardan deyilsiniz ki? Bunu suallar vasitəsilə müəyyən etməyə kömək edəcək.
 
 1. Yaxşı aşiq nəyə qadirdir?
A. Sevgisi uğrunda hər gün özünü qurban edər
B. Sevgisi uğrunda həyatını verər
C. Onun üçün dünyanı dəyişər
 
2. Sizcə, sevgiliniz sizi nə zaman qiymətləndirir:
A. Bahalı hədiyyələr edəndə 
B. Təhlükəli situasiyalarda düşünmədən köməyinizə çatanda
C. Heç zaman çatışmayan cəhətlərinizi vurğulamayanda 
 
3. Bir neçə müddət birlikdə yaşayandan sonra sevgilinizdə bəzi xoşagəlməz xüsusiyyətlər görürsünüz. buna görə siz:
A. Çalışırsınız ki, onlar yoxa çıxsın
B. Münasibətləri kəsirsiniz
C. Onun olduğu kimi görünməyə haqqı var deyərək daha çox yaxşı cəhətlərinə fikir verirsiniz 
 
4. Yanınızda partnyorunuz başqası ilə heyrətlənir
A. Ona yalnız sizinki olması üçün yalvararsınız
B. Rəqibinizi öldürəcəyinizlə hədələyərsiniz
C. Düşünərsiniz ki, o, yalnız sizə heyran olmamalıdır 
 
5. "Mən səni sevirəm" sözləri nə zaman deyilir?
A. Siz bunu xahiş edəndə
B. Siz danışanda həmişə
C. Təbii alınır 
 
6. Uzunmüddətli münasibətlərin təminatı nədir?
A. Maddi bağlılıq
B. Sönməyən sevgi
C. Dostluq, qarşılıqlı anlaşma və dərin bağlılıq
 
7. Uşaqlar sizin üçün nə anlama gəlir?
A. Bu, partnyoru saxlamaq üçün əla vasitədir
B. Bu sizin məhəbbət idilliyanızı korlaya bilər
C. Bu, bir-biriniz haqqında mütəmadi xatırlatmadır
 
8. Partnyorunuzu qane etmək asandır? Bunun üçün
A. Seksual giqant olmalısan
B. Hər dəfə çılğın ehtiras nümayiş etdirməlisiniz
 C. Onu nəyin ehtiraslandırdığını tapmalısan
 
 9. Kosmetik vasitələr və parfümeriyadan tez-tez istifadə edirsiniz? 
A. Arabir
B. Sevgilinizlə görüşə hazırlaşanda
C. Həmişə, bu sadə qulluqdur
 
10. Partnyorunuzda təəssürat yaratmağa çalışırsınız?
A. Xeyr, belə də hər şey yaxşıdır
B. Ancaq bunu edirsiniz
C. Siz fərqli bir şeylə heyrətləndirməyi sevirsiniz
 
11. Hansı deyimlə razılaşırsınız:
A. Məhəbbətə ilk təşəbbüsü həmişə kişi etməlidir
B. Əgər təşəbbüsü qadınlar etsə, kişilər özlərini sıxılmış hiss edirlər
 C. Kişilər çox zaman təşəbbüsü qadınların öhdəsinə buraxmağı sevirlə
 
12. Sonuncu söhbətinizin məzmununu xatırlaya bilərsiniz?
A. Bu, önəmli deyil
B. Bəli, onun hər bir sözü sizin üçün vacibdir
 C. Bəli, onun da yadında olduğundan əminsiniz
 
 
Nəticələri hesablayaq
 
Əgər "A" cavabı çoxluq təşkil edərsə:
 Deyəsən, sizə nə isə çatmır. Ya münasibətləriniz "ölüb", ya da yanınızda istədiyiniz adam deyil
 
Əgər "B" cavabı çoxluq təşkil edərsə:
 Siz əla məşuqsunuz, amma sevginin məğzini elə də dərindən anlamırsınız. Ola bilsin yenicə aşiq olmusunuz və sizi konrket insan yox, məhəbbət ideyasının özü həyəcanlandırır.
 
Əgər "C" cavabı çoxluq təşkil edərsə:
Sizin sevginiz realdır və partnyorunuzla münasibətləriniz düzgün qurulub. Əgər hazırda tənhasınızsa, bu yalnız təsadüfdür. Bir az da gözləməlisiniz. 


Şərhlər:
Baxılıb: 4483
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz