Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şopoqoliksən? TEST
Şopoqoliksən? TEST
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1966
Səs ver:

Qadinlar.Biz “Aysel” jurnalında dərc olunan gözəl bir testi nəzərinizə çatdırır.

Testin cavablarını bir kənara yazmaq üçün bir kağız və bir qələmə ehtiyacınız ola bilər. Siz verəcəyiniz cavabları A – B -C olaraq bir yerə yazın, Bu cavabları sonunda cəmləyəcəksiniz.

Psixoloqlar iddia edirlər ki, “şopinqomaniya” da alkoqolizm və qumar oyunları kimidir, ona görə də sevimli mağazaları gəzməkdən aldığınız sevincin bir xəstəliyə çevrilməsinə yol vermək olmaz.

Şopoqolik deyilsən ki? Bu suala cavab verməyə aşağıdakı test kömək edəcək.
1. Qadın dərgilərində geyim reklamlarına diqqətlə baxırsınız?
A incəliyinə qədər

B gözucu
C baxmadan keçirəm

2. Qarderobunuzu yeniləmək üçün tez-tez borc pul götürürsünüz?
A mütəmadi olaraq

B bəzən
C heç zaman

3. Mağazaya ərzaq dalınca gedəndə soyuducunuzun içinə nəzər salırsınız?
A niyə? Ərzaq heç zaman artıq olmur

B bəzən, ilk növbədə nəyi almaq lazım olduğunu unudanda
C mütləq, soyuducu ağzına qədər dolu olanda xoşum gəlmir

4. Mağazanın qarşısından keçəndə vitrinlərə baxırsınız?
A əlbəttə, paltarların çoxu manikenin üzərində daha gözəl görünür

B ancaq mağazaya girmək istəyəndə
C xeyr, buna ehtiyac yoxdur

5. Neçə müddətdir mobil telefondan istifadə edirsiniz?
A bir ildən azdır

B bir-iki il arası
C iki ildən çoxdur

6. Aldığınız paltarlar barədə rəfiqənizlə danışırsınız?
A bəli, bu bizim ümumi məşğuliyyətimizdir

B bəzən, o, yeni paltarımı görəndə
C xeyr, müzakirə üçün daha maraqlı mövzularımız var

7. Uniforma və dress-koda münasibətiniz?
A onlar geyim seçimində məhdudiyyət yaradır

B yalnız qadın kollektivi içində normal
C son dərəcə müsbət

8. Sevdiyiniz serial reklam fasiləsilə kəsiləndə nə edirsiniz?
A diqqətlə baxıram, bəlkə önəmli nə isə gördüm

B çay içirəm
C başqa kanala çevirirəm

Nəticələri hesablayaq:
Hər “A” cavabına 3, “B” cavabına 2, “C” cavabına isə 1 xal verin.

20-24 xal: Siz artıq fikirləşmədən əlinizi pulqabınıza aparan şopaqoliksiniz. Bunun qarşısını almaq üçün nağd pulunuzu yanınızda deyil, evdə saxlayın, ya da etibar etdiyiniz bir dostunuza verin.

15-19 xal: Həyəcan təbili! Sizdə şopinqomaniyanın ilkin dərəcəsidir, onu dayandırmaq öz əlinizdədir. Büdcənizə ziyan vurmayacaq məbləğdə pulu həftə ərzində rahat xərcləyin. Və bu həddən kənara çıxmayın.

8-14 xal: Sizin üçün alış-veriş xoş yox, vacib məsələdir. Lap yaxşı, amma burada başqa məsələ var: özünüzə qarşı simic olmayın. Dəblə ayaqlaşan rəfiqənizə baxın, arabir onunla bərabər mağazalara gedin.

 

Redakte etdi: PRETTY GIRL



Şərhlər:
Baxılıb: 1966
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz