Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sənin haqqında nə düşünürlər? – TEST
Sənin haqqında nə düşünürlər? – TEST
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6009
Səs ver:

İnsanlar sizin haqqınızda fikirləşdiyinizdən də fərqli  və pis  fikirlərə sahib ola bilər. Sizi necə tanıyırlar? Siz hansı xarakterdə insansınız? Özünüzü ələ ala bilirsinizmi? və daha nələr..
Mənfi xüsusiyyətlərinizlə bəlkə də ən çox sevdiyiniz insanı itirə bilərsiniz odur ki, bu test insanların sizin haqqınızda nə fikirləşdiyini bildirəcək və bəzi dəyişiklər etməkdə köməkçi olacaq.
Buyurun testlə özümüzü yoxlayaq!
1. Çox səs-küylü restoranda oturmusunuz. Sifariş vermək üçün gözləyirsiniz. Ancaq ofisiant sizə fikir vermir və 15 dəqiqədən artıqdır ki, gözlədir. Siz:
a) Səbrsiz insan olduğum üçün ofisantla yüksək tonla danışaram.  
b) Yanınızdan keçəndə nəzakətlə gülümsəyər və sifariş etmək istədiyinizi bildirərsiz.
c) Gözləməyə davam edərsiniz. Axır-əvvəl sizi görüb sifarişinizi alacaq.

2. Sizə qarşı səhv hərəkət edilib hətta haqsızlıqla qarşı-qarşıya qalmısınız.
a) Həmin insanın cəzasının almasının istəyərəm.
b) Bunun haqsızlıq olduğunu bilib, göz yumursunuz.
c) Özünüz düzgün və haqlı olduğunuzu bildirmək üçün bütün qüvvənizi işə salırsınız.

3. Əhvalınız sıfırdı...
a) Əhvalımın niyə pis olduğu barədə  dostlarımla bölüşərəm. Çünki onlar əhvalımı yaxşı qaldıra bilir.
b) Problemlərinizi yalnız ailənizlə paylaşarsınız.
c) Heç kəsdən kömək gözləmədən və yardım istəmədən əhvalınızı qalmağa çalışarsınız.  

4. Ən yaxın rəfiqəniz gözəllik salonunda saçlarını düzəltdirib. Ancaq saçı olduqca səliqəsiz və çox pis görünür. Ona nə deyərsiniz?

a) Salona getmişdin? “Saçların çox gözəl olub məncə, sənə çox yaraşır” deyib əhvalını korlamamağa çalışarsınız.  Onsuz da kəslmiş saçları yerə qaytarmaq olmayacaq...
b) Nəzakətli  şəkildə bəyənmədiyinizi deyərsiniz.
c) Əvvəlki saç düzümünün daha gözəl idi - deyib açıq şəkildə bəyənmədiyinizi bildirərsiniz.  

5. Harasa gecikirsiniz və qonşunuz, həm də yaxın dostunuz sizi söhbətə tutduğunda:
a) Ona səbrlə qulaq asar, sözünü kəsmərsiniz. Axır-əvvəl sözü qurtaracaq.
b) Mülayim bir şəkildə gecikdiyinizi deyib ordan  sürətlə uzaqlaşarsınız.
c) Sözünü tez bitirməsi üçün konkret cavab verib, ona sizi məşğul etdiyini hiss etdirərsiniz.

6. Qaynananız sizə ad gününüzdə çox zövqsüz bir şərf hədiyyə edib siz:
a) Təşəkkür edər lakin bəyənmədiyiniz üçün şərfi gözünüzün görmədiyi yerə atarsınız.
b) Bəyənmədim deyib, dəyişdirmək olub- olmadığını soruşarsınız.  
c) Qaynananızın hələ də sizin zövqünüzdən xəbərdar olmadığını görüb ona sifət edirsiniz.

7. Mətbəxdə həvəslə tort bişirmişiniz lakin istədiyiniz kimi alınmayıb.
a) Tortun necə çıxdığı barədə heç kəsə sual verməzsiniz.
b) Gülümsəyərək inadla tortun çox gözəl alındığını vurğulayarsınız.
c) Süfrəyə gətirməzdən əvvəl istədiyiniz kimi alınmadığını deyirsiniz.

8. Restorandasınız və digər tərəfdə oturan cütlüyün insanlara baxıb öz aralarında səssiz-səssiz danışdıqlarını görürsünüz. Siz?
a) Əsəbləşər və yüksək səslə: “Başqalarının dedi-qodusunu niyə edirsiniz? Özünüzə fikir verin!”  Deyərsizniz.
b) Heç bir söz deməz, öz işinizlə məşğul olarsınız
c) Təzə sevgili olduqlarını, bir-birlərini yeni tanıyan həyəcanlı aşiqlər olduğunu düşünərsiniz. Və bunu çox normal qarşılayarsınız.

9. Səhər idman qaçışı edərkən, sizdən daha cavan iş yoldaşınızla qarşılaşırsınız. O, gülümsəyərək sizi sürətlə keçir.
a) Bütün gücünüzü toplayıb onu keçməyə cəhd edərsiniz.  
b) Siz də ona gülümsəyər və səhər qaçışında bacarıqlı olduğunu deyərsiniz.
c) Sürətinizi olduğu kimi davam etdirərsiniz.

10. Mağazada şirin dilli satıcı sizə çox yüksək qiymətdə olan paltarı satmağa çalışır. Siz?
a) 3 günlük ömürdür deyib və satıni sevindirmək üçün paltarı alarsınız.
b) Pulunuza qıymayıb mağazanı tərk edərsiniz.
c) Satıcıya düşünəcəyini deyib evə gedərsiniz.

11. Düşüncəsizlik edib kiminsə xətrinə dəymisiniz?
a) Əlbəttə, çox olur.
b) Xeyr, heç vaxt, çünki mən çox diqqətcil insanam.
c) Nadir hallarda olur.  Amma bunu heç vaxt istəyərək etmirəm.

12. İnsanları tərifləməyi xoşlayırsız?
a) Tərif etməyi də, edilməyi də çox xoşlayıram.
b) Əgər həqiqətən elə düşünürümsə deyərəm. Heç vaxt yalandan kimisə tərifləmərəm.
c) Hə hərdən tərifləyirəm. Axı onların da tərifə ehtiyacı var və kimisə sevindirməkdə heç bir ziyan yoxdur.
Cavab xallarınız
    A B C
1.   5  2  1
2.   6  2  1
3.   6  3  1
4.   1  2  4
5.   1  6  3
6.   2  5  0
7.   1  5  2
8.   7  0  3
9.   7  3  1
10.  3  6  0
11.  6  2  1
12.  5  3  1

9-25 xal:
Çevrənizə aid bir insansınız. İnsanlarla rahat dil tapa bilmək, yanlarında özünü rahat hiss edə bilmək sizin üçün önəmlidir.
Nəzərə alın: Bütün vaxtınızı insanlara ayırmayın özünüz üçün də vaxt ayırın. Sevdiyin bir kitabı oxuyun ya da axşam sakitlikdə tək gəzintiyə çıxın. Bütün bunlar sizə rahatlıq gətirəcək və problemlərdən bir az da olsun uzaqlaşmağınızda kömək edəcək.
26-46 xal:
Yaraşıqlı olduğunuz üçün bütün qapıların sizə açıq olduğunu düşünürsüz. Çevrənizdəki insanlarla ünsiyət də problemlər var. Özünüzə olduqca güvənirsiz. Haımının sizdən razı olduğunu və sevindiklərini düşünürsüz
Nəzərə alın: Özünzdən o qədər razısınız ki, başqalarının fikrini əhəmiyyətli hesab etmirsiniz. Lakin bir az diqqətli olun. İnsanlarla mehriban davranmağa çalsın bu, sizin özünüz üçün vacibdir. Əlbəttə, insanların sizin haqqınızda yekexana deməyini istəmirsinizsə...
47-68 xal:
Hər şey sizin xeyrinizədir. İnsanlar sizin haqqınızda o qədər də mənfi fikirdə deyil. Lakin bəzən yad insanların fikrini vecinizə almırsınız.  Ancaq doğmalarınızı fikirləşirsiniz. Bu hərəkətlə hansısa şansınızı əldən verə bilərsiniz. Odur ki, diqqətli olun.
Nəzərə alın: Həyat hər zaman sizin xeyrinizə olmaya bilər..Unutmayın ki, sizə və sizin ehtiyac olduğunuz məqamlar da var. Bu günün sabahını da düşünün.

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 6009
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz