Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evliliyiniz sevgini öldürdümü? (TEST)
Evliliyiniz sevgini öldürdümü? (TEST)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3097
Səs ver:

Evliliyiniz sevgini öldürdümü? (TEST)
Aşiq olduğunuz ilk vaxtları fikirləşin. Onu gördüyünüzdə ürəyinizin tez-tez döyünməsi, birlikdə olmaq üçün ayrılan vaxtlar, dünyanın mərkəzinin sevgiliniz ya da yoldaşınız olduğu dövrlər ... Və davam edən münasibətlərin çoxunda bu cədvəl bir neçə il içində yerini yavaş-yavaş maraqsızlığa, sonra isə tam bir əhəmiyyətli hesab etməmək halına gətirir. Bəzən onun bizə hələ aşiq olub-olmadığı ilə maraqlanarıq. NP İstanbul psixiatrlarından prof. Dr. Orhan Doğan sizin üçün bir test hazırladı.
Xahiş olunur, hər sualı səmimiliklə cavablayın. Bu suallar və cavabları özünüz, yoldaşınız, əlaqəniz, duyğularınız haqqında sizə də məlumat verəcək. Suallarda a) cavabına 2, b) cavabına 1, c) cavabına 0 bal verərək cəmi balınızı hesablayın və qiymətləndirməni oxuyun.
1. Axşamları evə qayıdanda yoldaşınızı görmək sizi həyəcanlandırırmı?
a) Bəli, b) Hərdənbir, c) Xeyr.
2. Əl-ələ tutaraq gəzməkdən xoşunuz gəlirmi?
a) Bəli, b) Hərdənbir, c) Xeyr.
3. Xüsusi bir gün olmasa belə, ona çiçək və ya kiçik bir hədiyyə alırsınızmı?
a) Bəli, b) Hərdənbir, c) Xeyr.
4. 1 ildə heç olmasa bir-birinizə vaxt ayırdığınız ən az bir gün olubmu?
a) Bəli, b) Hərdənbir, c) Xeyr.
5. Onun fikirləri sizin üçün müzakirəsiz doğrudurmu?
a) Bəli, b) Hərdənbir, c) Xeyr.
6. Onun gözlərinin içinə baxdığınızda ürəyiniz tez-tez döyünürmü?
a) Bəli, b) Hərdənbir, c) Xeyr.
7. Səssizlik içində yoldaşınızla yan-yana oturmaq xoşunuza gəlirmi?
a) Bəli, b) Hərdənbir, c) Xeyr.
8. Bir yığıncaq üçün yoldaşınızdan iki gün ayrılsanız, ondan ötrü darıxar və tezliklə evə qayıtmaq istərdinizmi?
a) Bəli, b) Hərdənbir, c) Xeyr.
9. Yoldaşınız üçün hər çətinliyə dözərsinizmi?
a) Bəli, b) Hərdənbir, c) Xeyr.
10. Yeniden dünyaya gəlsəm, "yenə yoldaşıma aşiq olardım" deyirsinizmi?
a) Bəli, b) Hərdənbir, c) Xeyr.
QİYMƏTLƏNDİRMƏ
16-20 BAL: "Həqiqətən aşiq"siniz və aşiq qalacaqsınız. Belə aşiq birinə qarşısındakı insan da aşiqdir. Qorxmayın, eşqinizi heç bir şey yox edə bilməz! (Yoldaşınız və ya dostunuz çox şanslı, siz də)
11-15 BAL: Siz daha real bir aşiqsiniz. Bəlkə eşqiniz ayaqlarınızı yerdən kəsməyə bilər, dağları Fərhad kimi bölməyə bilərsiniz, lakin aşiqsiniz. "Ən çox bəyənilən eşq sizinki kimi olandır" deyə bilərik.
6-10 BAL: Eşqdən nə başa düşdüyünüzü bir dəfə də fikirləşməniz yaxşı olar. İlk illərdə aşiq oldunuzsa belə, eşqiniz küllənmiş görünür. Yenə də qarşınızdakı adama dəyər verirsiniz. Eşqdən çox birlikdə yaşamanın gətirdiyi bir vərdiş, hörmətli bərabərlik ola bilər.
5 BAL VƏ AŞAĞI: Əbəs yerə çalışmayın sizdən aşiq olmaz, aşiq olmağa da çalışmayın (Doğrusu, məşğul olduğunuzu da sanmıram). Bəlkə bir az eqoistsiniz, özünüzə aşiqsiniz; o səbəblə uzun müddətli bir eşq yaşaya bilməzsiniz. Bu evliliyin və ya bərabərliyin bu qədər uzun davam etməsi sizin deyil, yoldaşınızın müvəffəqiyyətidir. Nə düşündüyünü, "nə çəkdiyini" bir də ona soruşmaq lazımdır.
Redakte etdi: PRETTY GIRL




Şərhlər:
Baxılıb: 3097
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz