Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəri və zamşa ayaqqabılarına qulluq
Dəri və zamşa ayaqqabılarına qulluq
Göndərən: Ayten Melek
Şərhlər: 10
Baxılıb: 189
Səs ver:
Zamşa ayaqqabıları təmizləmək üçün
Dırnaqları qaydaya salan bıçqı sayəsində zamşa ayaqqabıları səliqə ilə təmizləmək olar.

Dəri ayaqqabını təmizləmək üçün
Dəri ayaqqabıya düşən ləkəni sirkəyə batırılmış fırça ilə silmək olar. Ayaqqabıdakı çirk quruyandan sonra onu şotka ilə təmizləyib quru və təmiz əsgi ilə silin, sonra krem çəkib yenidən şotka ilə təmizləyin.
Laklı ayaqqabının təzə görünməsi üçün

Laklı ayaqqabının üstünə düşən ləkəni vazelinə batırılmış çubuq pambığın köməyi ilə silin. Parıldaması üçün isə şüşələrin təmizlənməsində istifadə etdiyiniz vasitəni tətbiq edin. Yeri gəlmişkən onu da qeyd edək ki, şəxsi maşınınız yoxdursa, pis havada laklı ayaqqabı geyinmək tövsiyə olunmur. Bununla siz ayaqqabının daha tez korlanmasına şərait yaratmış olursunuz.
Cızılmış dəri ayaqqabını necə bərpa etməli

Əriyən qar ayaqqabını korlayır. Qarda gəzəndən sonra ayaqqabınıza yağlı krem çəkib təmizləyin. Əgər yanınızda xüsusi vəsaitlər yoxdursa, onda nəmləndirici kremlərdən istifadə etmək olar. Losyona batırılmış balaca salfet və ya parçanı ayaqqabını sürtməklə onun əvvəlki görüntüsünü qaytarmaq olar.
Kedlərin qoxusunu neytrallaşdırmaq üçün

Məşqdən və ya uzun gəzintidən sonra kedlərə istər-istəməz qoxu hopur. Bunun qarşısı almaq üçün içinə azca soda töküb yaxşıca silkələyin.

Ayaqqabı vurmasının qarşısını almaq üçün
Əgər dikdaban ayaqqabınız ayağınızı vurur və sıxırsa, bir neçə gün əvvəlcədən içinə buz paketləri yerləşdirin. Lakin bu üsulu laklı ayaqqabılara tətbiq etmək olmaz.

Kedlərin ideal ağlığını qorumaq üçün
Yuyucu vasitə ilə sodanı kasaya töküb qarışdırın. Sonra kedləri diş fırçası ilə təmizləyin.

Çox çirklənmiş zamşa ayaqqabılarını süngər vasitəsilə ilıq sabunlu su ilə təmizləyin. Sonra şotkanı sirkə qatılmış suya batırıb təmizləmək lazımdır. Sonda təmiz quru əsgi ilə silib buxarın üstünə tutun. Əgər zamşa ayaqqabıya yağ ləkəsi düşübsə, onu benzinlə təmizləyin. Zamşa ayaqqabılarda əmələ gələn ləkələri təmizləməyin digər əlverişli yolu pozandır.
İslanmış ayaqqabını qurutmaq üçün
Əgər ayaqqabı islanıbsa, onu nəm əsgi ilə silmək və qəzet kağızı ilə doldurmaq lazımdır. Qəzet nəmi özünə çəkir və ayaqqabı tədricən quruyaraq, öz formasını saxlayır. Ayaqqabını otaq temperaturunda qurutmaq lazımdır. Heç vaxt nəm ayaqqabını odun yanında, mərkəzi istilik batareyasında, yaxud başqa istilik mənbələrinin yanında qoymayın. Bu hallarda dəri həddindən tez quruyur, büzüşür və çatlayır.
Ayaqqabını quru, sərin yerdə saxlayın. Əgər ayaqqabı rütubətli yerdə qalarsa, kif basacaq. Onu təmizləmək üçün benzin çəkin. Ümumiyyətlə, ayaqqabı hər gün təmizlənməlidir. Hər rəngli ayaqqabının öz rəngində kremi və ayrı şotkası olmalıdır. Ayaqqabını vaxtaşırı havaya verməyi və qurutmağı da unutmayın.


Şərhlər: 10
Baxılıb: 189
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
rəmsə
Hər nə qədər başlığa zamşa və dəri ayaqqabılara qulluqdan bəhs olunsa da,xəbərin içində bir çox faydalı məlumatlar var idi.Ketlərin soda və yuyucu tozla təmizləndiyini bildiyim yaxşı oldu,bir də belə yoxlayaram,diş məcunu ilə şotkalayırdım,elə də təmiz olmurdu.
28 noyabr 2016 20:04
# 10
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Fialka
Nə qədər təmizlənməsi çətin olsada zamşa ayaqqabılardan istifadə edirəm amma dırnaq üçün olan vasitəylə təmizlənildiyini bilmirdim)) təşəkkürlər.
28 noyabr 2016 19:51
# 9
MODABAZ
Lazımlı xeber ıdıı nece geldı temızleyırıkkk elee ))
28 noyabr 2016 17:29
# 8
Heyata daim gulmek lazimdii
Efsuw2016
Ayaqqabim ayaqimi doyur ama buz qoymaq agla batan gelmedi mene nese 128
28 noyabr 2016 15:21
# 7
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
Onun_Mələyi
Zamuj ayaqqabilari sevmirem. hem cetin temizlenir ..24xebere gore teşekkürler......
28 noyabr 2016 14:35
# 6
Bir duam var,səndən amin gözləyirdua09123
qonaqa
lazımlı idi cekmem zamojdu

lazımlı idi cekmem zamojdu
28 noyabr 2016 14:30
# 5
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
evli.mutlu.cocuklu
Hə zamuj çətin təmizlənir
28 noyabr 2016 14:09
# 4
Barbaris
xowum gelmir zamuj ayaqqabidan
28 noyabr 2016 14:07
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
en cetini zamusduki temizlemek olmur shotkayla temizlemek lazimdir
28 noyabr 2016 11:47
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Ayaqqabi baxim ister.Daim ayaqqabilarima qulluq edirem.Baxilmasi en cetin zamuj ayaqqabilardi
28 noyabr 2016 10:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz