Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tez yorulmamaq üçün 7 tövsiyə
Tez yorulmamaq üçün 7 tövsiyə
Göndərən: Barbaris
Şərhlər: 3
Baxılıb: 148
Səs ver:
Əgər qısa bir yolu piyada getməklə yorulursunuzsa, günortanı mürgüləmədən günü sona vura bilməyəcəksiniz. Çünki ola bilsin ki, gün ərzində yorğunluqdan əziyyət çəkəsiniz.

Qadinlar.Biz deyerler.org-a istinadən bildirir ki, yorğunluğun bir çox amilləri vardır: stress, dərmanlar, işin ağırlığı, xəstəlik və ya yuxusuzluq. Əgər belə fikirləşirsinizsə ki, bu yorğunluq uzunmüddətli olacaqdır, həkimə müraciət edin. Ancaq əksər hallarda bu yorğunluq qeyri-sağlam qidalanmaya görə olur. Lakin bu qidalanmaqla ilə bağlı problemi aradan qaldırmaq olar.

1. Protein: balıq, ət, lobya və süd məhsulları.
Əgər siz naharda tərəvəzdən ibarət olan sadə yemək yeyirsinizsə, günortadan sonra yuxunuz gələcəkdir. Ehtimal olunur ki, protein çatışmamazlığı vardır. Tədqiqatlar göstərir ki, o insanlar ki, naharda lazımlı qədər protein qəbul etmirlər, protein qəbul edənlərlə müqayisədə daha çox yorğun, stresli və fiziki cəhətdən çox zəif olurlar. Protein amin turşuları istehsal edir, bu da bədən üçün ən lazımlı maddələrdən biridir. Bədinin inkişaf etməsində, qan damarlarının əzələlərinin formalaşmasından saçlara qədər mühüm rola malikdir. Bundan başqa bu turşuların bizim ruhiyyəımıza və rəftarımıza da birbaşa təsiri vardır.

2. Dəmir: qırmızı ət, ciyər, lobya növləri.
Dəmir çatışmamazlığı nəticəsində qan azlığı əmələ gəlir. Bu da yorğunluğun amillərindən biridir. Ümumi zəiflik, yorğunluq, rəngin qaçması və sınmış dırnaqlar qan azlığının aydın əlamətləridir. Əgər qan azlığı hiss edirsinizsə, həkimə müraciət edin. Ancaq bəzən insan yaralanaraq, qan itirir, bunu isə yaxşı qidalanma ilə aradan qaldırmaq olar. Diqqət etsək görərik ki, dəmir heyvan mənşəli məhsullarda daha çox olur. Əgər bədən dəmir çatışmamazlıqlarını lobya və noxudla təmin edə bilirsə, onu mütləq tərkibində C vitamini olan qidalarla qəbul etməlidir. Çünki C vitamini dəmirin tez həzm olunmasına səbəb olar.

3. Karbohidratlar: buğda məhsulları, meyvə və tərəvəz.
Karbohidratlar da bədənə lazım olan ən mühüm maddələrdən biridir. Məsələn, çörək. Tədqiqatlar göstərir ki, o kəslər ki, səhər yeməyində çox sayda karbohidrat qəbul edirlər, gün ərzində daha şən və sevincli olurlar. Bundan başqa bilmək lazımdır ki, kəpəyin tərkibində B vitamini vardır. O zaman ki, bədəndə bu vitamin azlığı hiss edilir, enerjinin azalması imkanı daha çoxdur.

4. C vitamini: bəzi meyvələr, brokkoli, yaşıl bibər.
Müasir tədqiqatlar göstərir ki, C vitamininin çatışmamazlığı yorğunluq yaradır. Bu, vitamin immuniteti də artırır. Bu vitamin yaraların tez sağalmasına və dəmirin tez cəzb olunmasna gətirib çıxarar.

5. Maqnezium: kudunun toxumu, ispanaq.
İspanağın tərkibində çox sayda maqnezium maddəsi mövcuddur. Bu maddə qida maddəsini enerjiyə çevirir. Bu maddə bədəndə az olan insanlar, yorğunluq hiss edirlər.

6. Beta-karotin: kök, şirin kartof.
O zaman ki, yeməyiniz rəngarəng olur, xüsusi enerji hiss edirsiniz.

Kök, şirin kartof, ispanağın tərkibində çox sayda beta-karotin maddəsi vardır. Bu maddə azlığı olan zaman bədən təhlükəsizliyini zəiflədir, yorğun olur. Bu maddə bədəni viruslara, bakteriyalara qarşı müdafiə edir. Bu maddə eritrositlər üçün zəruridir.

7. Potassium: avakado, balqabaq.
Əgər bədəndə potassium maddəsi azalarsa, əzələ zəifliyi yaranar və insan yorğun olar. Potassium qida maddələrinin damarlara ötürülməsinə yardım edir. Ürək döyüntüləri, əzələ hərəkətlərini tənzimləyir. Bu maddə nəticəsində sümüklər sağlam olar.


Şərhlər: 3
Baxılıb: 148
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ʚɞღ..Sultanım..ღʚɞ
Dehset tez yoruluram.
24 oktyabr 2016 23:49
# 3
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
BARBI
TEZ yorulan insan deyilem.Her zaman sagliqli qidalaniram
24 oktyabr 2016 09:59
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
lazimli faydali melumatdir
24 oktyabr 2016 09:55
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz