Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bağırsaqların düşməni olan 4 QİDA
Bağırsaqların düşməni olan 4 QİDA
Göndərən: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 231
Səs ver:
Bağırsaqlar bədənimizin mühüm üzvlərindən biri sayılır ki, sağlamlığımızla birbaşa əlaqəsi vardır.

Bu üzvün sağlam olması üçün yemək tərzimizə diqqət etməliyik.

Bağırsaq xərçənginin əsl səbəbi - sağlam olmayan qidalanma, köklük və hərəkətsizlikdir.
Bir çoxlarımız bunu yaxşı bilirik ki, sağlam olmaq üçün hərəkət etmək lazımdır. Həmçinin bunu da unutmayaq ki, hərəkət etmək qədər də yeməklərimizə diqqət etməliyik. İnsan gərək sağlamlığına ziyan vuran qidalardan uzaq olsun. Ona görə də bəzi tövsiyələrimizə diqqət edin.

1. Kolbasa və sosiskadan uzaq olun. Bu qida bədəninizə ziyanlı nitratlar və nitritləri daxil edər. Bundan başqa, kolbasa istehsalında rəngləyicilərdən, mikrob əleyhinə dərmanlardan, dadvericilərdən istifadə olunur ki, sağlamlıq üçün təhlükəlidir. Tədqiqatlar göstərmişdir ki, kolbasanın tərkibində olan nitratlar xərçəng yaradan amilə çevrilir. Ona görə də həkimlər kolbasadan bu qədər uzaq olmağı tövsiyə edirlər.

2. Qırmızı ət. Bəzi tədqiqatlar göstərir ki, qırmızı əti çox qəbul etmək bağırsaq poliplərini meydana gətirər ki, bu da xərçəngə çevrilər. Hətta toyuğu və balığı da həddən artıq istifadə etmək həmin problemlərə gətirib çıxarda bilər. 6 il ərzində 32000 nəfər üzərində aparılan tədqiqatlar göstərmişdir ki, o kəslər ki, qırmızı əti, toyuq və balığı çox istifadə edirlər, başqaları ilə müqayisədə üç dəfə daha çox bağırsaq xərçənginə düçar olurlar. Halbuki bu ətləri lobya, noxud və mərci ilə əvəz etsələr, bu risk 50% azala bilər. Bunu unutmayaq ki, insan həftədə iki dəfə qırmızı ət yeməlidir. Əti seçən zaman onun təzə və orqanik olmasına diqqət edin. Həm də bunu nəzərə alın ki, qırmızı əti yüksək dərəcədə uzun müddət qızartmaq da xərçəng üçün şərait yaradar. Çünki ətin tərkibində olan amin turşuları yüksək dərəcədə heterosiklik aminlərinə çevrilər. Bu maddə də xərçəng riskini artırar.

3. Qızardılmış kartof. Çips və ya qızardılmış kartofun tərkibində akrilamid maddəsi vardır. Bu maddə bir neçə növ xərçəngə çevrilə bilir ki, onlardan biri də bağırsaq xərçəngidir. Bu maddə yüksək hərarət zamanı meydana gələr. Bu məsələ o qədər ciddidir ki, Beynəlxalq Səhiyyə Təşkilatı belə, öz nigaranlığını bildirmişdir.

4. Şəkər. Şəkər - xərçəng hüceyrələrinin qidasıdır. Hər bir hüceyrə böyüməsi üçün qlükozadan istifadə edər. Ancaq xərçəng hüceyrələri sağlam hüceyrədən ikiqat çox istifadə edər. Ona görə də şəkər qəbulu ilə xərçəng hüceyrələrinin inkişafı arasında sıx rabitə vardır. Şəkəri həddən artıq çox qəbul edənlər gərək onu məhdudlaşdırsınlar.


Şərhlər: 4
Baxılıb: 231
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
En zererlisi kolbasa be sosiskadir.Bunlar ciydir.Cox zererlidir.Bakteriya menbeyidir
17 oktyabr 2016 20:16
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Yazilanlarin hamisini xowlayiram zianini bilsemde ama caliwdiqca az miqdarda qebul edirem
17 oktyabr 2016 15:00
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Fira Deniz
. Kolbasa və sosiskadan onsuzda istifade etmirem amma digerlerinden edirem
17 oktyabr 2016 12:02
# 2
.Bir də görürsən ki, "həyatda eləmərəm" dediyin şeyin, baş rolundasan
vipbetul
qizardilmis kartofu xosluyuram
17 oktyabr 2016 09:53
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz