Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bunları bilmək yaxşıdır, yemək yox!
Bunları bilmək yaxşıdır, yemək yox!
Göndərən: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 286
Səs ver:
Sizə təqdim edəcəyimiz materialda yazılanlar sadəcə bir tövsiyədir. Buna əməl etməyiniz mütləq bir qərar deyil. Lakin fiziki aktivliyinizin və sağlam həyatınızın seçdiyiniz qidalarla birbaşa əlaqəli olduğunu unutmayın.



Yağ. Aldığınız məhsulların yağlılığı 72,5%-dirsə, onu almaqdan imtina edin. Bu trans yağdır ki, ən aşağı bitki yağının hidrogendə parçalanmasından alınıb.

Normalda yağlılıq 82,5%-dən az olmur. Əgər belə yağı tapmırsınızsa, onda yaxşı bitki yeyin. Bilin ki, yaxşı kərə yağının iki qaşığı bir paket trans yağdan daha keyfiyyətlidir. Üstəlik, trans yağlar depressiya yaranma riskini artırır, bədənin stresslə mübarizə gücünü azaldır. Trans yağlar əsasən, marqarin, ketçup, bitki və kərə yağlarının qarışığı, çipsi, yarımfabrikatlar, şirniyyatların tərkibində olur.

Plastik qablarda saxlanılan az duzlu siyənək: Az duzlu siyənək normalda yalnız yağda saxlanmalıdır. Əgər siyənək yağsızdırsa, demək ona urotropin əlavə edilib. Urotropin dünyada qadağan edilib və çox təhlükəli hesab edilir.

Az duzlu kürü. Bu da uzun müddət saxlanıla bilməz. O yalnız dondurulmuş halda saxlanıla bilər. Əgər kürü az dondurulmuş haldadırsa, demək ona ya urotropin, ya da limon turşusu əlavə edilib. Nəsə başqa bir şey də əlavə edilmiş ola bilər. Bu əlavələr nəticəsində formaldehid alınır ki, bu da zərərli hesab edilir.

Krab çubuqları. Onlar üzərində qeyd olunduğu kimi soyayla qarışdırılmış krabdan ibarət olmur. Krab çubuqlarında heç krabların əti olmur.

Kakao, yerfındığı (heç həşəratlar belə yerfındığı yemir), konservləşdirilmiş yaşıl noxud və qarğıdalı, şirin qarğıdalı çubuqlarını da yemək tövsiyə edilmir.

Xüsusi boya maddələri və rəngləndiricilərin qatıldığı sıyıqlar. Onların tərkibində müxtəlif meyvələr olsa da, təbii hesab edilmir.

Cem və marmelad: Onlar ən güclü antioksidləşdiricilər hesab olunur. Siz albalını təbii formada bu qədər uzun müddət saxlaya bilməzsiniz. Bunlar kimya sənayesinin “möcüzələri”dir.

Tez hazırlanan məhsullar: Bura tez bişən əriştə, suda həll edilən suplar, kartof püresi, bulyon kubları, “Yupi” tipli məhsullar daxildir. Bunlar orqanizmə zərər vuran kimyəvi birləşmələrdən ibarətdir.

Hisə verilmiş kolbasalar və digər bu tip məhsullar: Tərkibləri əsasən geni dəyişilmiş soyadan ibarət olur. Adətən ət adı altında donuz piyi və müxtəlif dadlandırıcılardan hazırlanır. Hətta onlar heç hisə də verilmir. Hazırlanmaları üçün his dadı verən formaldehidlərdən istifadə edilir.

Uzun müddət saxlanılan süd məhsulları: Bu məhsulların üzərində adətən istifadə müddəti 2 ay göstərilir. Lakin onları istehsal ediləndən 2 həftə sonra istifadə etmək məsləhət deyil.

Qarpız: Onun gübrələndiyi maddələr insanları zəhərləmək üçün birinci yerdədir.

İstiot: Tamamilə geni dəyişdirilib. Əlbəttə, mövsümündə yeyiləndə yox.

Qablaşdırmalarda kekslər və ruletlər: Diqqət etmisinizsə, onlar bayatlaşmırlar, xarab olmurlar, qurumurlar. Aylar keçir, amma onlar yenicə hazırlanmış kimi qalırlar.

Konfetlər. Şokoladın 90%-nin tərkibi heç şokalad deyil. Onlar boya və əlavələrdən ibarətdir. Geni dəyişdirilmiş, kimyəvi maddələrdən hazırlanması, tərkibində çoxlu şəkərin olması səbəbindən kaloriləri yüksəkdir.

Ətirli çaylar: Əvvəlcə onu bilin ki, onlar təbii deyil. Üstəlik, bu çaylar əsasən, limon və ya portağal turşusu ilə dadlandırılır. Bu çayları içmək tədricən vərdişə çevrilə bilər. Lakin bütün turşuları orqanizmdən çıxartsanız yaxşıdır.

Şirin qazlı içkilər: Şəkər və kimyəvi qazların qarışığından ibarət olan bu sular bədəndə qısa zamanda paylanır. Bu sularla bağlı diqqət çəkən məqamlardan biri də onu içəndən 5 dəqiqə sonra təkrar içmək ehtiyacının yaranmasıdır.

Paketlərdəki şirələr: Kağız paketlərdə təbii şirə adı ilə təqdim olunan sulardan danışmağa yəqin ki, ehtiyac yoxdur. Çünki ümumiyyətlə, paketlərdə təbii şirə yoxdur. Onları uşaqlara içirtməyə isə heç cəhd etməyin. Onlar təmiz kimyadır.

Qışda çiyələk yeməyin heç bir faydası yoxdur. Çünki onun tərkibində heç bir vitamin olmur.


Şərhlər: 4
Baxılıb: 286
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Maraqli melumatdi elbetki amma elini neye uzadirsanki bunu yeyesen altinnan ya kimya cixir yada deyisdirilmis genler.milletin qesdine durubblar elebil.ona gorede xestelikler her saniye artmaqdadir
5 oktyabr 2016 21:17
# 4
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
BARBI
Teesufki hamimiz bu qidalari yeyirik.Zererli bele olsa insani ozune cezb edir
5 oktyabr 2016 19:55
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
insanlar hec bir sey yemeyin bele daha cox yashiyageysuz buu deyirler
5 oktyabr 2016 19:31
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
MODABAZ
Maraqlı melumat ıdı

Maraqlı melumat ıdı
5 oktyabr 2016 18:39
# 1
Heyata daim gulmek lazimdii
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz