Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Min bir dərdin dərmanı olan doşab haqqında bilmədikləriniz
Min bir dərdin dərmanı olan doşab haqqında bilmədikləriniz
Göndərən: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 297
Səs ver:
Doşab müxtəlif çeşidli meyvələrdən qaynadılaraq hazırlanmış şəkərli, qatı mayedir. Doşab, həm də bəkməz adı ilə tanınır.

Doşab təkcə iştaha artırmaq üçün deyil, həm də müalicəvi əhəmiyyətə malikdir. Sadəcə olaraq, hansı məhsuldan hazırlanmış doşabın keyfiyyəti haqqında məlumat almaqla onlardan dərman kimi necə istifadə etmək olar.

Min bir dərdin dərmanı olan doşab haqqında bilmədikləriniz


Doşab əslində çox qədimdən bəri məlum olan, amma faydası daha sonralar üzə çıxan müalicəvi effektə malik qidadır.

Çox yaxşı antioksidant olan doşab, eyni zamanda qanazlığını aradan qaldıran qidaların başında gəlir. Şəfa mənbəyi olan doşabın daha təsirli olması üçün bu şəkildə sərf etməyiniz məsləhətdir. Səhər ac qarnına bir stəkan ilıq suyun içinə 2 xörək qaşığı doşab töküb üzərinə limon sıxaraq içsəniz, bu qanazlığı və dəmir çatışmazlığına çarə olacaq.

Doşabın hansı növləri var?
Xurma doşabı

Üzüm doşabı

Tut doşabı

Armud doşabı

Bəs bu doşabların hansı faydaları var?
Xurma doşabı
Xurma doşabı uzun müddət ac qaldığınız vaxtlarda, yorğunluq və halsızlığa qarşı çox təsirlidir. İdman edənlər üçün əsl enerji mənbəyidir. Ürək və damar xəstəlikləri riskini azaldıcı təsiri var. Beynin və insan orqanizmin inkişafına yardımçı olur. Quru öskürəyi kəsir. Boğaz ağrısını aradan qaldırır. Bronxit və soyuq soyuqdəyməyə qarşı olduqca təsirlidir. Ən önəmlisi xərçəng xəstəliyinə qarşı qoruyucu təsiri var.
Xurma doşabı bədənə rütubət və istilik verir, qan yaradır, insanı kökəldir. Təzə süd və badam ilə qarışdırıb yedikdə daha faydalıdır, ürək döyüntüsünü və zəifliyi aradan qaldırır. Zəfəran qatılmış xurma doşabı əhval-ruhiyyəni yaxşılaşdırır, əncir və güldəfnə ilə qarışığı xronik öskürək və sinə ağrısı üçün faydalıdır, arpa suyu ilə qarışdırıb içdikdə böyrək daşının parçalanmasına kömək edir, sidikqovucu təsir göstərir. Onun gülxətmi ilə düzəldilən təpitməsi şişləri yatırır və çibanı deşir. Çox işlətmək qana ziyandır.

Armud doşabı
Adi armud şirəsi ishal xəstəliyinə qarşı işlədilir. Bəzi rayonlarda bal armudundan (xüsusən onun yerli adla məşhur olan "bal armudu" sortundan) armud doşabı hazırlanır. Bunun üçün armudun meyvələrini iki hissəyə ayırıb, sıxıb şirəsini çıxardırlar. Alınmış şirə qatı şərbət halına düşənə qədər qaynadılır. Nəticədə əldə edilən armud bəkməzindən iştaha artırıcı və həzm prosesini yaxşılaşdıran dərman kimi işlədilir. Həmçinin qüvvətverici və sidikqovucu dərman kimi istifadə olunur. Armud doşabı qurdları salmaq üçün əla və təbii vasitədir.

Üzüm doşabının faydaları
Üzüm doşabı xalq arasında ən çox tanınan doşab növlərindən biridir. Üzüm doşabı bədəni yumşaldır, istilik və quruluq verir, sinə və qaraciyər xəstəlikləri üçün münasib sayılır. Bədəndəki qanın miqdarını artırır. Təbii ki, bədən üçün əsl enerji anbarıdır. İştahanı açır. Hamiləlikdə və körpə inkişafında çox təsirli və faydalıdır. Mütəxəssislər tərəfindən bu dövrlərdə istifadə edilməsi təklif edilir. Mədə, bağırsaq və böyrəkləri qüvvətləndirir. Damar tıxanmasına yaxşı təsir edir və qan dövranını yaxşılaşdırır.

Müxtəlif doşab növlərində olduğu kimi üzüm doşabında fosfor və kalsiumun miqdarı çoxdur. Fosfor və kalsium bağırsaqda pozulmuş balansı düzəltməklə, kalsium absorbsiyonu yetərli hala gətirir. Üzüm doşabı uşaqların kalsium ehtiyacını təmin etmək üçün kifayət miqdarda kalsium və fosfor ehtiva edir. Doşab kalsium və fosfor mənbəyi kimi istifadə edilir.

Tut doşabının faydaları
Tut doşabı da eynilə üzüm doşabı kimi, xalq arasında çox tanınır və digər doşablar kimi sağlamlıq mənbəyidir. Tut doşabının faydalarını bu cür göstərmək olar:
Qanazlığının qarşısını almaq üçün tut doşabından istifadə etmək həqiqətən çox faydalıdır. Mədə xəstəliklərində xüsusən, xora xəstəliyinə qarşı tut doşabı çox yaxşı təsir edir. Astma və bronxit xəstəliklərində faydalıdır. Soyuğa və soyuqdəyməyə qarşı tut doşabı orqanizmin müqavimətini və iş qabiliyyətini artıran xüsusiyyətə malikdir. İdmançılar üçün enerji anbarıdır. Uşaqların böyüməsində və inkişafına yardımçı olur. Uşaqların zehni inkişafı üçün də tut doşabı təklif edilir. Tut doşabı ilə qarqara edilərsə, ağız və boğaz xəstəliklərinə qarşı təsirli olur. Uşaqlarda tez-tez rast gəlinən ağız kandidozu xəstəliyinə qarşı geniş istifadə edilir. Qanazlığı və dəmir çatışmazlığını qarşısını alır. Xora kimi mədə narahatlıqlarını qarşısını alır

Tut doşabı daha nələrə yaxşı təsir edir?
Tut doşabı ən güclü enerji mənbəyidir. Bu doşab həm uşaqlar, həm hamilələr üçün çox faydalıdır. Doşabın ən əhəmiyyətli xüsusiyyəti isə mineral baxımından çox zəngin olmasıdır. Dəmir, sink və maqnezium kimi bir çox minerallardan ibarətdir.

İdmanla məşğul olanlar xüsusilə idman öncəsi enerjiyə ehtiyac duyar. Əslində təbii üsulla enerjili olmağın yollarından biri də doşabdır. Doşabı suyun içinə əlavə edərək içdikdə idman ərəfəsində enerjili olmağınızı təmin edir. Eyni zamanda, idman zamanı itirdiyiniz mineralları də yerinə qoymuş olarsınız.

sağlamolun.az


Şərhlər: 6
Baxılıb: 297
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
son bahar
Bizde rayondada hazirlayirlar... Hazirlanmasida hem zehmet hem vaxt teleb edir...coxx xeyirlidir men evvel rayonda olanda her seher 1stekana bir x/q calib icirdim...Yaxsi yadima saldiz qoy deyim yene gondersinler xeyli vaxti isdifade etmirem
3 oktyabr 2016 07:52
# 6
...
qaranliq1
men ancaq tut dosabini bilirdim bunlarida oyrenmek yaxsi oldu
her seher tutu dosabindan yeyirem ve cox sevirem
3 oktyabr 2016 00:54
# 5
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
Efsuw2016
Beh beh beh coox sevirem
3 oktyabr 2016 00:46
# 4
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
vipbetul
faydali melumatdir esas qaraciyerinde problemleri olanlar isdifade etmelidirleer

faydali melumatdir esas qaraciyerinde problemleri olanlar isdifade etmelidirleer

faydali melumatdir esas qaraciyerinde problemleri olanlar isdifade etmelidirleer
3 oktyabr 2016 00:44
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Dosabi cox xoslayiram.Oskureyin dermanidir.Cox faydalidir
3 oktyabr 2016 00:41
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
MODABAZ
Dosab ındıkıı dermanlardan daha xeyırlıdıı hem adam xestelenende hemde bele mualıce kımı ıstıfade ede bıler men seher ve gunorta yemekden sonra yeyıreem
3 oktyabr 2016 00:07
# 1
Heyata daim gulmek lazimdii
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz