Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əzələ ağrılarından qurtulmağın 7 TƏBİİ YOLU
Əzələ ağrılarından qurtulmağın 7 TƏBİİ YOLU
Göndərən: Lola_Maya_
Şərhlər: 4
Baxılıb: 195
Səs ver:
Stress, kədər, yorğunluq, zədələr və ya yanlış idman hərəkətləri özünüz də bilmədən əzələ sisteminizə zərər verə bilər. Əzələ sistemində yaranan ağrı, sərtlik, şişkinlik kimi şikayətlərinizi təbii yollarla azalda bilərsiniz. Bədəninizi kimyəvi maddələrə ehtiyac duymadan rahatlatmağın və daha sağlam əzələ sisteminə sahib olmağın yolu bir neçə üsuldan keçir.

Əzələ sistemini bərpa etməyin 7 təbii yolu ilə sizi tanış edir.

Çobanyastığı
Çobanyastığı təbii sakitləşdiricilərdən biridir. Yuxuya getməyi asanlaşdırır, stressi azaltmaq kimi müsbət təsirləri var. Eyni zamanda əzələ ağrılarını da azaldır. Ancaq qan laxtalanmasına qarşı dərman qəbul edənlərə tövsiyə edilmir.

Gilənar suyu
Əzələləri rahatlatmağın ən ləzzətli yollarından biri də gilənar suyudur. İdmanın qaçış növü ilə məşğul olursunuzsa, əzələ ağrılarının qarşısını almaq üçün gilənar suyunu gündəlik qida menyunuzdan əskik etməyin. Gilənarın hüceyrə yeniləyici özəlliyi zədə almış əzələ toxumalarınızın tez bir zamanda sağalmasına kömək edir. Xolesterol və qan şəkərini aşağı salır.

Çöl böyürtkənli şirə
Əzələləri dincəltməyin başqa bir şirin və təbii yolu çöl böyürtkəni yemək və ya şirəsini içməkdir. Qadınların menstruasiya dövründə yaşanan ağrıları azaltmaq üçün də faydalıdır. Çayını da içə bilərsiniz.

D vitamini
Həmişə əzələ ağrılarından şikayət edənlərdənsinizsə, bədəninizdə ciddi şəkildə D vitamin əskikliyinin olma ehtimalı çoxdur. Kapsul şəklində və ya yeməklərdən əldə edəcəyiniz D vitaminini günəşlənərək də qazana bilərsiniz. D vitamini sümük əriməsinə yol açan "paratiroid" hormonun ifrazını dəstəkləyir. Gün ərzində bir neçə dəqiqə günəşə çıxmanız məsləhətdir. Skelet sisteminə faydasını görəcəksiniz.

Qırmızı bibər
Çoxumuz mədəyə ziyan etdiyini düşünərək, acı bibər yeməkdən ehtiyat edirik. Acı bibər mədə spazmı və dartılmalarında effektli rol oynayır. Həddini aşmadan yeyəcəyiniz acı bibər, həzm sisteminin də fəaliyyətini dəstəkləyir. Acı bibərin ağrıkəsici xüsusiyyətinə görə şiddətli oynaq və əzələ ağrısı çəkənlərə kapsaisin inyeksiyası vurulur.

Maqnezium
Sinirləri və əzələləri rahatladan maqnezium sümük zəifliyi, sürətli yaşanan baş ağrıları, qan şəkəri balanssızlığı, yüksək qan təzyiqi, əzələ zəifliyi üçün məsləhət görülən minerallar sırasında yer alır. Gündəlik maqnezium ehtiyacını qidalardan qarşılaya bilərsiniz. Daha çox banan, badam, paxlalılar, qara düyü yeyin.

Dincəlmək şərtdir
Vitamin və minerallarla əzələlərinizi rahatlada bilərsiniz, amma bununla yanaşı dincəlmək şərtdir.


Şərhlər: 4
Baxılıb: 195
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
birden bire nese cox mohkem hereket etdikde ezeleler darama cekilir aqiliq dusur aqriyir
13 sentyabr 2016 20:27
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
mende de olur massaj eletdirirem mende
13 sentyabr 2016 15:20
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
YalniZ-ArZu
mende de olur bele agrilar,en cox boynumun arxasi kureyime dogru,o da soyuq olanda,gece ustum aciq qalanda;))Massaj eletdirirem,bir de isti duw komek edir mene.
13 sentyabr 2016 12:27
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
13 sentyabr 2016 10:18
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz