Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözləri qorumağın 5 vacib qaydası
Gözləri qorumağın 5 vacib qaydası
Göndərən: Lola_Maya_
Şərhlər: 13
Baxılıb: 295
Səs ver:
1. Kompüter istifadə edərkən fasilə verin:
Kompüter gözlərinizə zərər verməz, amma göz yorğunluğu və quruluğuna səbəb ola bilər. 20/20/20 qaydasına əməl edin. Yəni 20 dəqiqədən bir, 20 saniyə müddət ilə 20 feet (təxminən 6 metr) uzağa baxmağa çalışın. Bundan əlavə, monitorunuzu üst kənarı göz səviyyəsində olacaq şəkildə təxminən 50-60 sm uzağınıza yerləşdirin.

2. Gün eynəyi yalnız aksesuar deyildir:
Günəş dəriniz kimi gözlərinizə də zərər verə bilər. Katarakt xəstəliyinin meydana gəlməsini sürətləndirdiyi kimi, günəş şüaları sarı nöqtə xəstəliyinə da səbəb ola bilər. Bundan əlavə, allergik şikayətlərinizin artmasının əsas səbələrindən biri məhz günəş şüalarıdır. Çöldə olduğunuz günlərdə hava buludlu belə olsa gün eynəyi istifadə edin.

3. Gözlərinizin sağlamlığı üçün düzgün qidalanın:
Sitrus bitkiləri, tünd yaşıl yarpaqlı tərəvəzlər, lobya, noxud, yağsız qırmızı ət və dənli bitkilər kimi həzim prosesinə köməkçi olan qidalar ürək üçün faydalı olduğu qədər göz sağlamlığınız üçün də yararlıdır. Eyni zamanda kök, balıq, üzüm, soğan və sarımsaq gözlərinizin sağlamlığı üçün köməkçi qidalardır. Sarı nöqtə xəstəliyinin qarşısını almaq üçün ispanaq, pomidor və qarağat kimi qidalar ilə yanaşı, C, E və A vitaminləri, maqnezium, selenium, sink kimi mineralları ehtiva edən qidalar da istehlak edə bilərsiniz.

4. Gözlərinizdəki problemlərə laqeyd yanaşmayın:
Gözlərinizdə qaşıntı və ya qırmızılıq varsa soyuq kompres, antiallergik göz damlalarından istifadə edin. Gözünüzə qum qaçmış kimi hiss edirsinizsə, gözlərinizi təmiz su və ya gözyaşı damlası ilə durulayın. Gözlərinizdə ağrı, şişmə, işığa həssaslıq kimi dəyişikliklər hiss etdikdə mütləq göz həkiminə müraciət edin.

5. Linzalarınızın təmizliyinə diqqət yetirin:
Linzaları istifadə etməzdən əvvəl əllərinizi sabunla yuyun. Göz həkiminiz tərəfindən təsdiq edilmiş damla və məhlullar istifadə edin. Linzaları yatmazdan əvvəl hər axşam çıxarın və istifadə xüsusiyyətlərinə görə hər 15 gün və ya bir aydan bir (maksimum halda 3 aylıq linzalardan istifadə edin) yenisi ilə dəyişdirin. Linzaların təmizləmək üçün istifadə etdiyiniz solüsyonları (məhlulları) hər gün yenisiylə dəyişdirməyə laqeyd yanaşmayın. Dənizə, ya da hovuza linzaları çıxarmadan girməyin. Linzaları gün ərzində 8 saatdan artıq istifadə etməyin. Kompüterdən istifadə edərkən gözləriniz sürətlə quruduğu üçün linza əvəzinə eynəkdən istifadə edin..


Şərhlər: 13
Baxılıb: 295
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
S.Heydarova
Lazımlı xəbərdir.
24 avqust 2016 21:09
# 13
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
son bahar
xususi qulluq etmirem ....sadece temizliy isi aparanda tehlukeli mayelerin gozume sicramasindan qorunuram
24 avqust 2016 17:11
# 12
...
♥ KaMa ♥
tşkrlər xəbərçün
24 avqust 2016 15:34
# 11
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Fialka
Faydalı məlumatdır , çalışdığım qədər diqqət etsəmdə zərərsiz ötüşmür bəzən )) təşəkkür.
24 avqust 2016 14:31
# 10
YalniZ-ArZu
bacardiqca gozlerime qulluq edirem,tewekkurler.
24 avqust 2016 14:20
# 9
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
narmiwka_15
menim gozum cox saglamdir wukur
24 avqust 2016 12:52
# 8
Be Happy))
vipbetul
gozlerimizi qorumaliyiq her zaman
24 avqust 2016 12:20
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
Bu baradə bilirdim....təşəkkürlər xəbər üçün...
24 avqust 2016 12:02
# 6
Bir duam var,səndən amin gözləyirdua09123
Sebine N-lee
en hessas orqan GOZDUR ona gorede daim qorumaliyiq sukur ele problemim yoxdu
24 avqust 2016 11:53
# 5
DOGRUNU DESENDE PİS OLURSAN YALAN DESENDE...AMA DOGRUNU DEYİB PİS OLMAQ YAXSİDİ CUNKİ QARSİNDAKİ İNSANİN YADİNDA DURUST İNSAN KİMİ QALARSAN!!!
BARBI
Gozlerime xususi qaygi gosterirem. Her zaman kompress edirem. Kompyuter qarsisinda cox oturmuram
24 avqust 2016 11:39
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
Lazım idi tesekkurlər
24 avqust 2016 11:35
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
lale.veliyeva19
Yazılan qidalardan istifadə edirəm məktəb vactı gözlərim çox qızarır yorulur oda normal haldı başqa problemim yoxdu şükür
24 avqust 2016 11:32
# 2
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

qaranliq1
tam mene lazimli xeber idi
24 avqust 2016 11:32
# 1
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz