Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
12 saatdan çox saxlamayın, bulaqdan içməyin..
12 saatdan çox saxlamayın, bulaqdan içməyin..
Göndərən: arzum-aysum
Şərhlər: 13
Baxılıb: 316
Səs ver:
Həkimlər tez-tez deyir ki, su insan üçün yeməkdən vacibdir. Bu həqiqətən belədir. İnsan orqanizminin 85%-ni su təşkil edir.

Su qanın, beyinin əsas tərkib hissəsidir. Orqanizmdə gedən bütün proseslər məhz suyun iştirakı ilə baş verir. Suyun orqanizmə lazım olandan az miqdarda daxil olması bir sıra ağır pozulmalara səbəb olur:

- qan qatılaşır, damarlarda trombların əmələ gəlmə riski artır. Tromblar damarları daraldır, qan dövranını pozur. Tromb qopa bilər və qan axını ilə hərəkət edərək ürək və ya beyinin damarını bağlaya bilər. Bu isə infarkt və ya insultun inkişafına səbəb olur.

- beynimiz əsasən sudan ibarətdir. Susuzlaşma ilk növbədə beyinə mənfi təsir edir, beyinin fəaliyyətinin pozulmasına səbəb olur.

- susuzlaşma dərinin qocalmasının ilk səbəbidir.

- böyrəklərin fəaliyyəti pozulur, böyrəklərdə daşlar əmələ gəlir.

- sidik kisəsində toksiki maddələrin və mikrobların yığılmasına səbəb olur ki, bu da iltihablara gətirib çıxardır.

- bağırsaqların fəaliyyəti pozulur, qəbizlik inkişaf edir.

- su orqanizmi daxildən sanki "yuyur", ağır metallar, toksinlər, şlaklar və s. ziyanlı maddələrdən azad edir. Bu baş vermədikdə ziyanlı maddələr orqanizmdə yığılır və bu da o cümlədən xərçəngin riskini artırır.

Beləliklə, sağlam olmaq istəyirsinizsə, mütləq su iç. Həkimlər buna əks-göstərişlər olmadığı halda isti havada 2,5-3 l su (çay, qəhvə. kompot və s. yox!) içməyi tövsiyə edir.

Su qəbulu ilə bağlı olan bəzi həkim tövsiyələrini sizə təqdim edirik:

- Həkimlərin fikrinə görə, ən yaxşı seçim dükanlarda plastik (və ya şüşə) butulkalarda satılan içməli sudur. (Mineral sulardan söhbət getmir.)

- Kran suyu mütləq qaynadılmalıdır.

- Bulaq suyunu da mütləq qaynatmaq lazımdır. El arasında bulaq suyu çox faydalı, hətta müalicəvi sayılır. Lakin, belə suda mikroblar və ziyanlı maddələr ola bilər.

- Qaynanmış suyu 12 saatdan çox saxlamaq olmaz.

- Plastik butulkada olan suyu qazın yanında və günün altında saxlamaq olmaz. Butulka qızdıqda suya ziyanlı maddələri buraxır.

- Mineral suların qəbuluna diqqət yetirmək lazımdır. Butulkanın üzərində olan yazıları oxuyun. 1 l suda 5 qr-dan artıq mineral maddə varsa, belə suyu yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul etmək olar. Əks halda bu böyrəklərdə daşların əmələ gəlməsinə və digər pozulmalara gətirib çıxarda bilər.


Şərhlər: 13
Baxılıb: 316
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
S.Heydarova
Faydalı məsləhətlərdir
23 avqust 2016 14:07
# 13
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Onun_Mələyi
Qazlı nə çox içən deyiləm nədəki sevən)) heç qaynanmış da içmirəm.bircə gündə iki dəfə yeni dəmlənmiş çay və 2 litrə yaxın su ....Təşəkkürlər faydalı melumat üçün
23 avqust 2016 00:02
# 12
Bir duam var,səndən amin gözləyirdua09123
Kölge
Cayxoram men.suyu az icirem
22 avqust 2016 23:00
# 11
Her şeye gore şukur
MODABAZ
Sitat: Cindrella
Suyu cox icenem.Umumiyyetle cay qehve icemmirem.Ancaq su.Lazimli melumat oldu.Sagolun:)
22 avqust 2016 22:34
# 10
Heyata daim gulmek lazimdii
qaranliq1
Sitat: BARBI
Su o qederde qebul eden deyilem. Su orqanizmi temizleyir. Cox faydalidir

mende cox su qeul etmirem daha cox cayicirem
22 avqust 2016 21:48
# 9
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
vipbetul
maraqli faydali melumatlar oldu
22 avqust 2016 21:40
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Cindrella
Suyu cox icenem.Umumiyyetle cay qehve icemmirem.Ancaq su.Lazimli melumat oldu.Sagolun:)
22 avqust 2016 21:13
# 7
narmiwka_15
cox qebul eliyirem su gune 2 litr su icirem cox faydasi ve xeyri var ama qaynamiw ssu qeti ice bilmirem ve qaynamiw suyun xeiri yoxdu
22 avqust 2016 20:40
# 6
Be Happy))
BARBI
Su o qederde qebul eden deyilem. Su orqanizmi temizleyir. Cox faydalidir
22 avqust 2016 20:28
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
TuralSebnem
menim ucunde yemekden once sudu tesufki sudan bawqa qazli ickilere cox sevsemde hesretem qastritim var o geder qazli sulardan icdim ve qastrite tutuldum qizlar caliwin qazli ickilerde uzag durun cox vaxti medem agrimiyanda red bull ve bizon icirem olari heyatimnan sile bilmerem yoldawim qabag qoymurdu medeme gore amma indi heftede iki defe alir icirem.coca cola fanta ve s...kimi ickkiler icmiyin mede xesteliyi cox pis weydii(

irag sizlerdeenn
22 avqust 2016 20:16
# 4
ş
Gülüş.
Sitat: son bahar
Hedsiz cox su icirem qazli sulari daha cox sevirem.Ziyanli olsada vaz kece bilmirem bilmirem bu melumatdada bir cox seyleri oxumus ve orgenmis oldum twklar

Mende
22 avqust 2016 20:11
# 3
Totu
Su dəlisiyəm tşk məlumat ucun
22 avqust 2016 20:09
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
son bahar
Hedsiz cox su icirem qazli sulari daha cox sevirem.Ziyanli olsada vaz kece bilmirem bilmirem bu melumatdada bir cox seyleri oxumus ve orgenmis oldum twklar
22 avqust 2016 19:58
# 1
...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz