Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gənc qalmaq istəyirsinizsə, bu qidaları yeyin
Gənc qalmaq istəyirsinizsə, bu qidaları yeyin
Göndərən: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 287
Səs ver:
Zamanı durdurmaq mümkün deyil, amma doğru qidalanaraq daha sağlam və gənc görünə bilərsiniz.

Siqaret istifadəsi və günəş şüalarına çox məruz qalmaq erkən yaşlanmaya səbəb olduğu qədər, qidaların da qocalmanın qarşısını almaq xüsusiyyətləri var. Nə yediyiniz sizin necə görünmənizə təsir edər.

Daha gənc görünməyi təmin edən o möcüzəvi qidaları təqdim edirik.
Çöl qarağatı:
Çöl qarağatı hafizəni gücləndirən flavonoidlərlə zəngindir. Səhər yeməyində 4 qaşıq yulaf əzməsi və 1 stəkan südün içinə 1 ovuc çöl qarağatı qatıb yemək yaşlanmanın qarşısını alacaq.

Somon balığı:
Somon balığının tərkibində bol miqdarda omega-3 yağ asidi və sərbəst radikallara qarşı təsirli bir piqment olan astaksantin var. Sərbəst radikallar DNA və hüceyrə membranına zərər verərək erkən qocalmaya səbəb olur. Bu xüsusiyyəti ilə somon balığı dərini yaşlanmağa qarşı qoruyur. Həftədə 1-2 dəfə yemək məsləhətdir.

Çərəzlər:
Qoz, badam və fındığın omega-3 yağ asitləri və A vitamini ilə zəngin olduğu məlumdur. Yağlı toxumlar zəngin membran yaradaraq, dərinin nəmli və yumşaq olmasını təmin edər. Eyni zamanda, qırışların qarşısını alar. Sağlam və gənc bir dəri üçün bu qidalardan gündə 1 ovuc yeyin.

Pomidor:
Likopen piqmenti ehtiva edən pomidor bu xüsusiyyətləriylə dərini günəş şüalarının zərərli təsirlərindən qoruyan güclü bir antioksidan funksiyası daşıyır. Bu da dərini qorumaq baxımından günəş kremi təsiri göstərir. Mövsümündə bol-bol yeyin.

Sitrus meyvələri
Kollogen, dəri sağlamlığı və parlaqlığında önəmli rola malikdir. Əgər gənc görünən dəriyə sahib olmaq istəyirsinizsə, bədəninizdəki kollogenin dağılmasına mane olmalısınız. C vitamini ilə zəngin olan sitrus meyvələri kollogen istehsalını dəstəkləyir. Eyni zamanda hüceyrə ölümünün qarşısını alan və günəşin zərərli ultrabənövşəyi şüalarından qoruyan flavonoidlərlə də zəngindir. Hər gün 1-2 pors yeməyə çalışın.

Yaşıl yarpaqlı tərəvəzlər:
Kələm, ispanaq, çuğundur yarpağı, kahı və başqa yaşıl yarpaqlı tərəvəzlər tərkibindəki lutein sayəsində dərini günəşin zərərli təsirlərindən qoruyur və qırışların yaranmasına mane olur. Hər gün bol-bol yeyin.

Tam taxıllı məmulatlar:
Vitamin, mineral, antioksidan, lif və proteinlə zəngindir. Bu tərkib də dəriyə sağlam bir parlaqlıq qazandırır. Əsas və ara öyünlərdə gündəlik 3-4 pors yeyin.

Qara şokolad:
Qara şokolad kakao və dolayısıyla flavonoid ehtiva edir. Bu da diabet, yüksək təzyiq və ürək-damar xəstəliklərinin qarşısını almaqda faydalıdır. Qara şokolad yesəniz, sağlam ürəyə və gənc görünümlü dəriyə sahip olarsınız. Həftəyə 3-4 ədəd kvadrat şəklində qara şokolad yeyin.

Qara üzüm:
Qırmızı şərabın daha sağlam və parlaq bir dəriyə səbəb olduğunu eşitmisinizmi? Bu, doğrudur. Qırmızı şərabın bu xüsusiyyəti tərkibindəki qara üzümdən qaynaqlanmaqdadır. Həftədə 1 ovuc tumlu qara üzüm yemək, dərinizin günəş şüalarının zərərli ultrabənövşəyi şüalarından qorunmasını təmin edər.


Şərhlər: 6
Baxılıb: 287
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
MODABAZ
Ele her seyı yemek lazımdıkı saglam ve gozel gorunesen her bır qıdada bır vıtamın varr
12 avqust 2016 14:57
# 6
Heyata daim gulmek lazimdii
son bahar
sudden yulafdan bawqa burdaki butun qidalardan isdifade edirem
12 avqust 2016 13:54
# 5
...
Barbaris
Sitat: vipbetul
bir sozle butun qidalardan isdifade edilmelidir
12 avqust 2016 11:53
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Totu
Təşəkkür xebere görə
12 avqust 2016 11:52
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
bir sozle butun qidalardan isdifade edilmelidir
12 avqust 2016 11:46
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Yazilannardan baliq ve uzumu sevmirem. Diger qidalari yeyirem.
12 avqust 2016 11:45
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz