Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İsti havada bu içkiləri içməyin!
İsti havada bu içkiləri içməyin!
Göndərən: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 213
Səs ver:
İsti havada orqanizmin normal fəaliyyətini təmin etmək və sağlamlığı qorumaq üçün insan kifayət qədər maye qəbul etməlidir.

İsti havada orqanizmdə susuzlaşma prosesi baş verir ki, qan qatılaşır, damarlarda trombların əmələ gəlməsi riski olduqca çox olur. Bu tromblar çox təhlükəlidir. Tromb damarlarda qan axını ilə hərəkət edə bilər. Beyinin və ya ürəyin hər hansı damarına düşdükdə tromb damarı bağlaya bilər. Bu isə infarkt və ya insultun inkişafı deməkdir. Son zamanlarda infarkt və insultun sayı ildən ilə artır. Bu ağır pozulmalar çox cavan insanlarda, hətta uşaqlarda inkişaf edir.

İsti havada bu pozulmaların əsas profilaktik tədbirlərindən biri kifayət miqdarda mayenin qəbul edilməsidir. Həkimlər "maye" dedikdə təmiz su nəzərdə tuturlar. Təəssüf ki, müasir insanların əksəriyyəti su içməyi çoxdan yadırqayıb. Su şirin qazlı içkilər, müxtəlif "enerji" və s. kimi ziyanlı içkilərlə əvəz olunub. İlk növbədə qeyd etmək lazımdır ki, bu içkilər bizi susuzluğun inkişafından qorumur əksinə, orqanizmi daha da susuzlaşdırır. Beləliklə, insan maye içir, lakin susuzluq azalmır, əksinə artır.

Digər tərəfdən bu içkilərin müntəzəm qəbulu sümüklərin vəziyyətinə çox mənfi təsir edir, sümüklərdən kalsiumun yuyulmasına səbəb olur. Bu xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəlidir. Uşaqların skeleti formalaşır, sümüklər möhkəmlənir. Şirin qazlı içkilərin həddindən artıq miqdarda qəbulu bu prosesi pozur, uşağın sümüklərini daha kövrək edir.

Yaşlı insanlarda sümük toxumasının azalması prosesi gedir. Bu orqanzmin ümumi qocalması ilə əlaqəli olan fizioloji prosesdir. Şirin qazlı içkilərin qəbulu bu prosesi daha da sürətləndirir.

Beləliklə, sağlamlığı qorumaq istəyən insan adi təmiz suya üstünlük verməlidir.

Hörmətli valideynlər! Uşaqları kiçik yaşlardan "cola" və "pepsi" deyil, təmiz su içməyə öyrəşdirin. Adətən valideynlər uşağın qidalanmasına fikir verir, lakin mayenin qəbuluna ciddi yanaşmırlar. Bu çox böyük səhvdir. Sağlamlığın təməli məhz uşaq vaxtlarında qoyulur və uşaqda düzgün vərdişləri formalaşdırmaqla biz, valideynlər, onu sağlam və möhkəm böyüdə bilərik.


Şərhlər: 9
Baxılıb: 213
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
isdide ne qeder su icilse o qeder susuzluq olur gerek cay ichesenki susuzluq gede
8 avqust 2016 23:53
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Təşəkkür xebere görə
8 avqust 2016 08:13
# 8
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Mrs.Kemale
tskrler xebercun
8 avqust 2016 04:36
# 7
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
___Jasmin___
Qazli su icmirem icede bilmirem ureyim bulanir icende
8 avqust 2016 00:02
# 6
I remained behind now the mother of 14 spring -Big

Fira Deniz
Cola ve pepsi bu ickileri xowlamiram.Adi suya ustunluk verirem
8 avqust 2016 00:00
# 5
.Bir də görürsən ki, "həyatda eləmərəm" dediyin şeyin, baş rolundasan
qanadli melek
Qazli sulari sevmirem deye icmirem temiz su icirem
7 avqust 2016 23:54
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
MODABAZ
Qazlı sulara nıfret edırem ancaq suu
7 avqust 2016 22:51
# 3
Heyata daim gulmek lazimdii
YalniZ-ArZu
Adi su icirik,birde cay...
7 avqust 2016 22:05
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
BARBI
Qazli ickileri o qederde xoslamiram. Daha cox ayran ve su icmeye ustunluk verirem
7 avqust 2016 21:38
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz