Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəkillərdə qəşəng düşmək üçün necə makiyaj etmək lazımdır?
Şəkillərdə qəşəng düşmək üçün necə makiyaj etmək lazımdır?
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 1313
Səs ver:
Toy günündə makiyajınız ideal olsa da, siz istədiyiniz kimi gözəl görünsəniz belə, bu, şəkillərdə və video görüntülərində heç də belə görünməyə bilər. Yaşanan gözəl anların yalnız şəkillərdə əksini tapmasını nəzərə alsaq, bu mövzu hər bir gəlin namizədi üçün maraqlı olmalıdır, çünki heç bir gəlin şəkillərində yağdan parıldayan dəri, normadan artıq rənglənmiş göz qapaqları və ya dodaqlar, üzə çıxan dəri problemlərini görmək istəməz.

Makiyajı özünüz etməli olsanız və ya etdirməli olsanız belə verəcəyimiz məsləhətləri mütləq nəzərə alın. Makiyajdan əvvəl üzünüzü makiyaj təmizləyicisi ilə təmizləyin. Daha sonra nəmləndirici krem çəkin. Üz cizgilərinin, yanaqların daha aydın və gözəl görünməsi üçün tonlaşdırma çox vacibdir. Tonlaşdırmada istifadə etdiyiniz rənglər qətiyyən tünd olmalı deyil, onlar şəkildə ləkə və ya düzgün olmayan kölgələr yaradaraq obrazınızı tamamilə korlaya bilər.

Göz qapaqlarının makiyajında ilk olaraq makiyajın qalıcı olması, yayılmaması üçün göz qapaqlarını bütünlüklə kirşanla və ya korrektorla örtmək lazımdır. Daha sonra baxışlara istilik qatmaq üçün göz qapaqlarının ortası şaftalı rənginə yaxın kirşanla rənglənməli və ehmalca elə yayılmalıdır ki, rənglərin tam sərhəddi bilinməsin. Bundan sonra göz rənginə uyğun olaraq qəhvəyi və ya digər tonlar istifadə oluna bilər, göz altları isə təbii kölgələrlə azacıq rənglənir. Sonra kipriklərin diblərinə layner çəkilir.

Kiprikləri qısa və ya seyrək olan xanımlar üçün ən ideal variant taxılan kipriklərdir. Bu kipriklərdən ən təbii görünəni tək və çox da uzun olmayanlarıdır. Burada uzunluq deyil, sıxlıq daha vacibdir, çünki isti, gözəl və maraqlı baxışları kipriklərin sıxlığı yaradır. Bundan başqa, kiprik taxmayan xanımlar əgər özləri bunu edəcəklərsə ən ideal variant elə tək kipriklərdir. Kipriklərin dibləri görünməsin deyə yenidən qələm və ya laynerlə rənglənir və sonra tuş çəkilir. Qaşları öz rənginə uyğun qələm və ya göz kölgəsi ilə bir az rəngləmək məsləhətdir, bu zaman onların sərhədi bilinəcəyi üçün cizgiləriniz üzə çıxacaq və gözəl görünüş yaradacaq.

Almacıq sümüklərini qabartmaq üçün onların üzərinə açıq-şaftalı rəngli və ya dəri rənginə uyğun olan ənlik çəkilir. Onun tünd və ya çox tünd olması qətiyyən məsləhət deyil. Ənlik yuxarı doğru elə yayılmalıdır ki, tamamilə hamar görüntü yaransın, rəngi hər tərəfə bərabər yayılmalıdır.


Şərhlər: 7
Baxılıb: 1313
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
2 iyul 2016 22:24
# 7
Barbaris
sade makyajlar xowluuyuram
2 iyul 2016 19:45
# 6
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
S.Heydarova
Makiyajsız da gəşənqəm 09
2 iyul 2016 19:06
# 5
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Fialka
Makyaj nə qədər sadə və təbii görünsə o qədər yaxşıdır istər fotoda istərsədə canlı. Sadəcə düzgün makyaj etmə texnikasını bilmək lazımdır çünki işıqlandırma üzdə yaxşı olmaya bilər ki bu da fotoda heç xoş görünməz))..
2 iyul 2016 18:38
# 4
BARBI
Sade makiyaja ustunluk verirem. Abartili gorunmek istemirem
2 iyul 2016 16:43
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
nege variqsa eede dusuruk ele en yaxshisida ele odur
2 iyul 2016 15:40
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
bunu bilirem.menim de sıx sıx etdiyim makyaj növüdür.hemiwe sadeliye önem verirem.çox abartlı makyaj bezi qızlarmızı hem yawlı hem olduqunnan daha çirkin görünmesine sebeb olur.toyda ve ya niwandada gelin namizedleri sade makyaja üstünlüy verende hem daha qenc hemde wekilde yaxwı düşür.tewekkürler
2 iyul 2016 15:29
# 1
Bir duam var,səndən amin gözləyirdua09123
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz