Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şokoladı soyuducuya qoymayın
Şokoladı soyuducuya qoymayın
Göndərən: Barbaris
Şərhlər: 11
Baxılıb: 305
Səs ver:
Mətbəx üçün vacib əşya olan soyuducu qidaların uzun müddət təzə qalmasını təmin edir. Soyuducu qidaların ömrünü uzadır, xəstəlik riskini azaldır. Ancaq hər qidanı soyuducuya qoymaq da doğru deyil. Bəzi qidaları soyuducuya qoymaq bu qidaların dadının qaçmasına səbəb ola bilər.

Sizə soyuducuya qoymadan da saxlaya biləcəyiniz qidaları sıralayırıq:

Bal
Balın turşu bazalı quruluşa malik olması və sıx şəkər tərkibi xarab olmasına səbəb olan mikroorqanizmlərin törəməsinə mane olur. Bu səbəbdən də bal quru və qaranlıq bir yerdə otaq temperaturunda saxlanıla bilər. Balı soyuducuya qoymaq isə kristallaşmasına səbəb olur.

Qəhvə
Qəhvə süngər kimi soyuducuda olan bütün pis qoxunu üzərinə çəkər. Bu halda isə dadı və ətri itər. Üyüdülmüş qəhvə və qəhvə dənələri hava keçirməyən şüşə qabda, sərin, quru, işıq düşməyən yerlərdə saxlanmalıdır. Beləcə, təzəliyini və ətrini qoruyar. Qəhvənin üyüdülməmiş tam qəhvə dənəsini isə dərhal istifadə edəcəksinizsə, buzxanaya qoya bilərsiniz. Hava almayan qablarda 1 ay müddətində buzxanada saxlaya bilərsiniz.

Zeytun yağı
Soyuducuya qoyulan zeytun yağı kərə yağı kimi daha sərt bir quruluş alar. Bu zaman isə istifadəsi çətinləşər. Zeytun yağı sərin və qaranlıq yerdə saxlanmalı, soyuducuya qoyulmamalıdır.

Soğan
Soğan sərin, quru və yaxşı hava olan yerdə saxlanılmalıdır. Uzun müddət saxlanması üçün havayla təmas etməlidir. Buna görə plastik paketlərdən mütləq çıxarmalısınız. Qabığını soyduğunuz, kəsdiyiniz soğan qurumağa və nəmini itirməyə başlayır. Kəsilmiş, soyulmuş soğanları soyuducuda saxlamalısınız.

Kartof

Kartofu soyuducuda saxlamaq nişasta quruluşunun pozulmasına səbəb olar. Bu zaman isə ləzzəti itər. Aldığınız kartofları sellofandan çıxarıb karton və ya kağız paketdə havalı yerdə saxlaya bilərsiniz. Kartof sərin, quru və qaranlıq yerlərdə saxlanmalıdır. Kartofları yuyaraq saxlasanız, daha asan xarab olar.

Sarımsaq
Sarımsağı soyuducuda saxlamayın. Sarımsaq quru və qaranlıq yerlərdə saxlanmalıdır.

Pomidor

Kəsilməmiş pomidor soyuducunun soyuq atmosferində təzəliyini itirərək yumşalır. Uzun müddət qaldıqda isə pomidor da kəpəklənməyə başlayır. Bu səbəbdən də pomidorları az-az alın və alan kimi yeyin.

Qarpız-yemiş

Kəsilməmiş yemiş və qarpızı otaq istiliyində saxlayaraq, tərkibindəki likopen və beta-karoten maddələrini daha yaxşı mühafizə etmiş olarsınız. Ancaq dilimlənmiş yemiş və qarpızı mütləq bükərək, soyuducuda saxlamaq lazımdır.

Ərik, banan, kivi, şaftalı, qara gavalı, manqo və avokado

Bu meyvələr yetişənə qədər otaq temperaturunda saxlanmalıdır. Beləcə, qida dəyərlərini qorumuş olarlar. Yetişməmiş meyvələrin soyuducuya qoyulması yetişmə müddətini uzadacaq. Yetişmiş bananı soyuducuya qoymaq isə bananın daha tez qaralmasına səbəb olacaq.

Kahı
Kahı soyuducuda daha sürətli şəkildə solar. Eyni zamanda, digər qoxuları özünə çəkər. Ən yaxşı saxlama forması bir stəkan suyun içində otaq istiliyində saxlamaqdır. Əgər kahını uzun müddət saxlamaq istəyirsinizsə, quruda bilərsiniz.

Şokolad
Şokolad soyuducuda saxlansa, içərisindəki yağ donaraq şokoladın üzərini örtər, xarici görünüşü və dadı itər. Şokoladın ideal saxlanma temperaturu 20° C, yəni otaq istiliyidir. Sərin və rütubətsiz mühitlərdə saxlanmalıdır.


Şərhlər: 11
Baxılıb: 305
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bezi qidalari soyducuda saxladiqda dai deyisir

bezi qidalari soyducuda saxladiqda dai deyisir
1 avqust 2016 17:48
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tatyana
Zeytun yagini bilirdim,cunku ozum qoymusdum esil temiz zeytun yagini qoydum baxanda gordum shusenin icinde donub
1 avqust 2016 16:40
# 10
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Onun_Mələyi
Sitat: Totu
Şokoladi soyuducuda saxlamalıyıq.istide eriyenen sora neye gerek

Sitat: HAPPY_EYES
mence sehv mulumatdi bezileri
1 avqust 2016 15:56
# 9
Bir duam var,səndən amin gözləyirdua09123
BARBI
Cox mehsullari soyuducuda saxlamaq olmaz. Terkibi deyisir.
1 avqust 2016 15:46
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
Şokoladi soyuducuda saxlamalıyıq.istide eriyenen sora neye gerek
1 avqust 2016 14:51
# 7
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
evli.mutlu.cocuklu
Çoxunu bilmirdim məsələn balı tşk
1 avqust 2016 14:13
# 6
___Jasmin___
Oluremde sokolad ucun esasda bitter hemde mene xeyirlidi xeber ucun tessekur
1 avqust 2016 13:56
# 5
I remained behind now the mother of 14 spring -Big

narmiwka_15
bilmirdim bunlari gerek emel edim
1 avqust 2016 12:54
# 4
Be Happy))
HAPPY_EYES
mence sehv mulumatdi bezileri
1 avqust 2016 12:45
# 3
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Gülüş.
Lazimli melumatdi
1 avqust 2016 12:33
# 2
MODABAZ
Day neyı saxlayaq esasdarı saxlamayaq neyı saxlayaq
1 avqust 2016 12:32
# 1
Heyata daim gulmek lazimdii
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz