Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oruc olub acmaq istəmirsinizsə...
Oruc olub acmaq istəmirsinizsə...
Göndərən: Lola_Maya_
Şərhlər: 12
Baxılıb: 487
Səs ver:
Bəzi qidaları yeyəndə daha tez acırıq. Orucluqda aclıqdan əziyyət çəkməmək üçün belə qidalardan uzaq durmalıyıq.

Aclığa səbəb olan qidaları sıralayıb:

1. Çörək

Bilirik, ağ çörəkdən vaz keçmək çətindir. Heç olmasa bütöv dənli buğda və ya çovdar çörəyi yeyin.
Unutmayın ki, 1 dilim ağ çörək 64 kalori olduğu halda, 1 dilim qara çörək 55 kaloridir. Üstəlik qara çörək insanı tox saxlayır.

2. Kartof
Kartofun qlisemik indeksi olduqca yüksəkdir. Kartofu xırda-xırda doğradıqda və ya püre halına saldıqda onun qlisemik indeksi daha da yüksəlir. Yəni püre və ya qızartma kartof yesəniz, daha tez acacaqsınız. Kartofu sobada və ya suda bişirmək məsləhətdir.

3. Plov
Ağ düyü yüksək miqdarda nişasta ehtiva edir. Ona görə də qan şəkərini dərhal yüksəldir, bir müddət sonra da kəskin şəkildə aşağı salır.
İnsan plov yedikdən 1 saat sonra özünü heç nə yeməmiş kimi ac hiss edir. Plov yeməyi xoşlayırsınızsa, ağ düyü əvəzinə qəhvəyi düyüdən istifadə edin.

4. Makaron
Əlan növ undan hazırlanan makaronlar da eynilə ağ düyü kimi təsir göstərir. Ona görə də bütöv dənli buğda unundan hazırlanan, kəpəkli makaronlara üstünlük verin.

5. Əncir, üzüm, qovun, xurma
Xurma Ramazan ayında ən çox yeyilən qidalardan biridir. Ancaq tez acmamaq üçün xurmanı təkcə iftarda yemək məsləhətdir. İmsak vaxtı isə xurma yemək bütün gün aclıqdan əziyyət çəkməyinizə səbəb ola bilər. Əncir, üzüm, qovun kimi qlisemik indeksi yüksək olan digər meyvələrdən də uzaq durmaq lazımdır.


Şərhlər: 12
Baxılıb: 487
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kölge
Teşekkur........
20 iyun 2016 22:52
# 12
Her şeye gore şukur
Marta
Biz 21 saat oruc qaliriq bir az cetinliyi var ama Allah dozum verir insana. Xurmanin tez acitdigini dusunmurem..
20 iyun 2016 17:45
# 11
Немного терпения, и у тебя все получится..
vipbetul
cox sukur Allah insana dozum verir ne susuyuruq ne aciriq
20 iyun 2016 16:52
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Faydalı məlumatdır qeyd edilənlər içərisində onsuz ağ çörək və plovdan istifadə etmirəm kartofuda püre halında qızartma yox qaldı digər ərzaqlara heçdə elə düşünmürəm aclıq hiss etdirmir mənə) təşəkkür.
20 iyun 2016 16:35
# 9
Melek5
Oruc tutarken corekden birde xurmadan istifade edirem sen deme onlarda tez acidirmis tesekkurler
20 iyun 2016 14:22
# 8
Məndən cox uzaqlarda olsanda hec kimin ola bilməyəcəyi qədər ürəyimdə və hər Zaman ağlımdasan
Barbaris
makaron cox tez acidir
20 iyun 2016 14:14
# 7
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Onun_Mələyi
oruc tutanda acliqi hiss etmirem.bezileri haqda melumatim var idi.birde xurma mence tox saxliyir.hemiwe yiyirem ,acmamiwam.twk
20 iyun 2016 13:50
# 6
Bir duam var,səndən amin gözləyirdua09123
Cindrella
Umumiyyetle acligi elede hiss etmirem oruc tutanda.Bu haqda azcox melumatim vardi tesekkurler
20 iyun 2016 13:44
# 5
Miss_Oxatan
Bele cixdi ki teribinde niwasta ve qlisemik olan qidalar tez acdirir.ama bu xurma inandirici gelmedi.mence xurma tox saxlayir.men ac olanda agzima atiramsa iki ucunu,bir nece saat acmiram.
20 iyun 2016 12:37
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
20 iyun 2016 11:42
# 3
BARBI
en cox acdiran qida makarondur.ne zaman yesem 1 saatdan aciram
20 iyun 2016 10:57
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Haminin orqanizmi eyni ola bilmez kimini bu kimi qidalar yez acdira biler kimini ise eksine butun gunu tox tuta biler bu her birimizin maddeler mubadilesinden asili olan bir weydi
20 iyun 2016 10:56
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz