Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çayxorlara BƏD XƏBƏR: çox çay içmək...
Çayxorlara BƏD XƏBƏR: çox çay içmək...
Göndərən: ulduz
Şərhlər: 5
Baxılıb: 434
Səs ver:
Xüsusilə türk xalqları arasında ən çox içilən içki çaydır. Günün istənilən saatında içilən çay yorğunluğu aradan qaldırır, bədəni rahatladır. Təbii ki, bu da onun tərkibindəki maddələrin sayəsində olur. Lakin pəhriz saxlayanlar çaya birmənalı yanaşa bilmirlər. Çaylar arasında əsasən qara çaya üstünlük verilir.

İlk növbədə qeyd edək ki, qara çay qablaşdırılmış quru çayın isti suda dəmlənməsi ilə hazırlanır və dəmlənmə əsnasında kofein, orqanik turşular, polifenol törəmələri və mineralların bir qismi suya keçir. Çayın dadı da polifenol törəmələri və kofeindən qaynaqlanır. Dəmlənmə müddəti uzandıqca, bu elementlərin suya keçən miqdarları da artır. İki-üç dəqiqə 180 ml qaynar su ilə dəmlənmiş çayda 30 mg miqdarında kofein olur. Dəmləmə müddəti uzandıqca bu miqdar təxminən 60 mg-a qədər artır.

Qara çayın tərkibindəki maddələr beyində elektrik fəaliyyətini sürətləndirərək xəbərdaredici təsir göstərir. Bu isə insanda diqqətin artmasına kömək olur. Lakin mütəxəssislər çayın gün ərzində 1-6 fincandan çox içilməməsini məsləhət görür. Üstəlik, çay açıq və şəkərsiz içilməlidir.

İnsan orqanizmindəki hüceyrə və toxumalarda gün ərzində milyonlarla kimyəvi əməliyyat reallaşır. Bu kimyəvi əməliyyatlar nəticəsində sərbəst radikallar olaraq adlandırılan maddələr ortaya çıxır. Bu sərbəst radikallar hüceyrə DNT, zülallar və lipitlərə zərər verərək, bir müddətdən sonra ürək xəstəlikləri, xərçəng, sinir sistemi xəstəliklərinə səbəb olur. Bu zərərli maddələri bədəndən atan, hüceyrələrə zərər verə bilməyəcək hala gətirən sistem isə antoksidandır. Çayın içərisində olan polifenollar isə güclü antioksidandır. Mütəxəssislərin son illərdə çay mövzusunda apardığı araşdırmalarda çayın sağlamlıq baxımından təsirləri tədqiq edilib və tərkibindəki polifenollar (ən qüvvətli olanı EGCg), flavanoidlər və kateşinlərin gündə 1-6 fincan çay içdikdə 1 həftə sonra plazma antioksidan tutumunu artırdığı müəyyən olunub. Eyni zamanda çayda olan yüksək səviyyədəki flavanoidlərin hüceyrə və toxumalardakı oksidativ zərərin qarşısını aldığı da müşahidə edilib

Çay içmək arıqlamağı çətinləşdirir
Çayı şəkərli içməyə vərdiş etdikdə ürək xəstəlikləri inkişaf edir, kökəlməyə meyllilik artır. Yemək zamanı tünd çay içmək qidalardan alına biləcək dəmir qəbulunun azalmasına səbəb ola bilər. Qara çay açıq və limon dilimi qoyularaq içildikdə dəmir əskikliyi anemiyası olan xəstələrə də heç bir mənfi təsir göstərmir. Çay açıq içildikdə heç bir qidanın içindəki mineralların bədən üçün faydalılığına mənfi təsir etmir.

Gündə 4- 5 fincanı keçməyin
Qara çayın tərkibində olan kafein beyində informasiya emalı və yaranan problemə qarşı sürətli və müsbət cavab yaradılması qabiliyyətini təmin edir. Gündə 6 fincana qədər çay içmək oyaq qalmağınıza və diqqətinizin maksimum cəmlənməsini təmin edir.


Şərhlər: 5
Baxılıb: 434
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bu barede melumatim vardi
12 iyun 2016 14:09
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
12 iyun 2016 12:48
# 4
Miss_Oxatan
Men qara cay icmesem ozde teze dem ele bilirem neyimse catmir.burdan Az.a iki gecelik yoldu,yolda bawim agriyanda duwub bir yerde iki stekan teze demlenmiw tund cay icmek bes edir,oluram anadangelme)))elece de evde olanda.cay heyif deyil?day gedib gelib icen deyilem.gun erzinde 4-5 stekan icerem herden 3-4olur,ama birde gorursen esasda seherler demleyirem cayi o qeder icirem cay belke ele 5-6 ard arda.cayi kelle qendle icirem esas.konfetdi,wirniyyatdi onu uje susuzlugu yatizdirmaq ucun yox agzim dada gelsin deye ya da hemen wirniyyat quru-quru getmir deye icerem.
12 iyun 2016 00:09
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
cox cay icenem.cayin zeeleri de coxdu.nomada icmak kifayetdir
11 iyun 2016 23:43
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
cay cox icmirem
11 iyun 2016 23:36
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz