Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Boyun ağrılarını azaltmağın 7 yolu
Boyun ağrılarını azaltmağın 7 yolu
Göndərən: Lola_Maya_
Şərhlər: 6
Baxılıb: 272
Səs ver:
İnkişaf edən texnologiya sayəsində az qala hamımız ağıllı telefon, planşet və ya ən azından kompüter istifadəçisi olmuşuq. Texnologiyanın həyatı asanlaşdırıcı rolu ilə yanaşı, bir sıra sağlamlıq problemlərini də özü ilə gətirdiyi sirr deyil. Çox sayda yazışma, mesajlaşma nəticəsində baş önə və aşağı doğru əyilir, nəticədə boyun, çiyin, kürək və baş ağrıları ortaya çıxır. Əslində bu vəziyyət "overuse sindromu", yəni başın davamlı önə əyilən mövqedə uzun müddət qalması ilə bağlıdır. Qadınlar.biz boyun ağrısının səbəbləri və qorunma üsulları haqda məsləhətlər təqdim edir.
Boynumuz normalda təxminən 5 kq ağırlığında başımızı daşıyır. Başı önə əymək və ya uzun müddət cib telefonu ilə oynamaq boyun bölgəsinə yüklənən ağırlığın 10-15 kq-a qədər artmasına səbəb olur. Boyun bölgəsinin anormal mövqedə tutulması əzələlər üzərində stressi artıraraq, yorğunluq, əzələ spazmı və hətta stress tipli baş ağrısına səbəb olur. Finlandiyada kompüter istifadə edən 1500 işçi üzərində aparılan araşdırma sübut edib ki, qadınlarda daha çox olmaqla gənc və yeniyetmələrin 53%-i boyun bölgəsində ağrı və keyimə, 32 %-i isə omba və bel bölgəsində ağrı olduğunu bildiriblər. Bu problemlərin uzun müddət davam etməsi boyun bölgəsindəki əzələ, sümük və disklərdə bir çox problemə gətirib çıxarır.
Boyun ağrıları zamanı ağrı, tutulma və boyun hərəkətlərinin azalması ən mühüm şikayətlərdəndir. Əvvəlcə boyun kökündə, başın arxasında ağrı hiss edilir. Bununla yanaşı baş ağrısı da yaşana bilər. Ağrıkəsici ilə yola verilən ağrılar zamanla artır və boyun hərəkət etdirilə bilmir. Boyun damarlarında dartılma hissi, çiyində hiss edilən sərtlik, gərginlik səhərlər yorğun qalxmanıza səbəb olur.
Əgər gün ərzində hərəkətsiz və ya uzun müddət oturaraq işləyirsinizsə, düz oturmağı öyrənin. Bu, boyun ağrılarının qarşısını almaq üçün ən mühüm amildir. Çünki yanlış oturmaq bədənin arxaya, boynun önə doğru getməsinə səbəb olur. Bu zaman boyun və peysər bölgəsinə daha çox yük düşür. Əzələlər saatlarla bu cür yüklənəndə bir müddət sonra başınızı daşıya bilməyəcək halda olursuz. Belə halda boyun ağrıları da qaçılmazdır.
Uzun müddət boyun ağrıları çəkən, sıx boyun tutulması yaşayanlar gələcəkdə boyun yırtığından əziyyət çəkirlər. Onurğada uzun müddət geri dönüşü olmayan fəsadlar olur. Odur ki, bu problemə məsuliyyətlə yanaşın və həkimə müraciət edin.
Ağrılardan bir az olsun xilas olmaq və qorunmaq üçün bir neçə yol təklif edilir:
1. Düzgün oturuş qaydalarına riayət edin
2. İstifadə etdiyiniz cihazın mümkün qədər göz xəttinizə yaxın, başınızı önə doğru ən az əyəcək mövqedə olmasına diqqət yetirin
3. İş əsnasında ara verin və tez-tez mövqe dəyişdirin
4. Əzələləriniz üzərindəki gərginliyi azaltmaq üçün məşq edin
5. Mobil telefonunuzdan qulaqlıq və ya bluetooth köməyilə istifadə edin.
6. Bilək dəstəkli maus və klaviaturadan istifadə edin.
7. Bədəninizin sərt hissələrinə istilik tətbiq edin.


Şərhlər: 6
Baxılıb: 272
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ayten666
Demek olarki hergun beledi
4 iyun 2016 15:03
# 6
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
vipbetul
lazimli melumatdir
4 iyun 2016 14:47
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Mendede olur çox incidir.
4 iyun 2016 12:56
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
BARBI
Mende de boyun agrilari cox olur. Masaj ve idman ederek aradan qaldiriram
4 iyun 2016 12:17
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Antikvar
Mənimdə çox zaman əziyyət çəkdiyim problemlərdən biridi, bu səbəbdən elədə telefonu əlimə almaq istəmirəm, teli əlimə alsam başım önə əyilir ən uzağı bir beş dəqiqə belə olsa artıq ağrıların fərqinə varıram mütləq həmin an telimi kənara qoymalıyam yoxsa uzun günü baş ağrılarım olacaq,birdə deyilənlərə görə boyun hissəsində xandoruz xəstəliyi olan kəslərə daha tez təsir edir, mən boyun hissəsimi evdə belə açıq saxlaya bilmərəm hiss edirəm sərinləşir və ağrılarım olur əvvəllər belə problemim yoxuydu son bir ildi əziyyət çəkirəm, demək qocalırıq getdikcə)) Faydalı məlumat üçün təşəkkürlər.
4 iyun 2016 12:05
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Barbaris
faydali melumatdir arada olur mende aqrilar
4 iyun 2016 11:36
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz