Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ürəyim sıxılır, - deyənlər bu yazını oxusun
Ürəyim sıxılır, - deyənlər bu yazını oxusun
Göndərən: Tomris Müslümova
Şərhlər: 11
Baxılıb: 978
Səs ver:
Hər birimiz gün boyu və bir neçə gündən bir "ürəyim sıxılır” ifadəsini işlədirik. Bəs bu ürək, can sıxıntısı nə deməkdir?

Can
sıxıntısı qərarsızlıq, üzüntü, rahatsızlıq, hətta nəfəs ala bilməmə
kimi əlamətlərlə özünü göstərir. Ancaq bu hal təbii ki, durduğumuz yerdə
yaranmır. Aile.lent.az türkiyəli psixoloq Selik Karabulutun bununla
bağlı fikirlərini təqdim edir.

Psixoloq
deyir ki, xüsusən narahat xarakterli, hər şeyə diqqət edən, vəsvəsəçi,
mükəmməl olmağa çalışan insanlar bu problemlə daha asan qarşılaşır.

Bütün
bu əlamətlər yaşanan bir hadisəyə, getmək bilməyən düşüncəyə, həll
olunmaqda olan və ya heç cür həll edilməyən bir problemə, xəstəliyə,
münasibətlərdəki problemə bağlı ola bilər. Əslində bütün bu hallarda
hiss edilən can sıxıntısının təməlində çarəsizlik duyğusu ilə bərabər
narahatlıq, qayğı da durur.

Depressiyadan fərqi nədir?

Can
sıxıntısı və depressiya arasındakı əsas fərq depressiyanın uzun davam
etməsidir. Depressiya kliniki bir tablodur. Can sıxıntısı isə sadəcə bir
neçə gün çəkir. Depressiyada özünə qapanma, geri çəkilmə, kefsizlik,
qara fikirlər, kədər kimi əlamətlər hakimdir. Can sıxıntısında isə geri
çəkilmə yoxdur, sadəcə tərəddüdlər var. İnsan nəsə istəyər, ancaq nə
istədiyini bilməz. Depressiyada isə istək yoxdur, insan heç bir şey
istəməz və əldə edəcəyi heç bir şeyin ona yaxşı təsir edəcəyini
düşünməz.

Can sıxıntısı insanda boşluq hissi yaradır. Belə halda insan nəyinsə itdiyini düşünər, ancaq bunun nə olduğunu tam anlamaz.

Mükəmməl olmaq istəyənlər daha çox can sıxıntısı yaşayır

Hər
kəsin can sıxıntısı yaşaya biləcəyini deyən psixoloqun sözlərinə görə,
bu hal imtahan əvvəli, bir şeyin nəticəsini gözləyərkən, iclaslardan
əvvəl, xəstəxanaya gedildiyində, gərginliyin artması kimi hallarda
ortaya çıxır.

Nə etməli?

İnsan
can sıxıntısını əvvəlcə özünə ifadə etməlidir. Daha sonra "hansı hadisə
ilə bağlı iç sıxıntısı yaşaya bilər, ən son kiminlə danışıb, nə üçün
narahatdır?” kimi suallara cavab tapmalıdır. Özəlliklə bir işin həllini
gözləyərkən o vaxtı başqa işlə başını qatmaq sıxıntını azalda bilər.
Mümkündürsə, bu sıxıntınızı bir yaxınınızla paylaşın, bölüşün, ona
anladın.

Nə vaxt həkimə getməli?

Bir
neçə həftə davam edərsə, işə diqqət toplaya bilmirsinizsə, sosial
problemlərin başlaması hallarında, ağlama, narahatlıq, qorxu kimi
halların artması dərəcələrində həkimə getməlisiniz.


Şərhlər: 11
Baxılıb: 978
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
NazNazi
mende indi bu haldayam
30 iyul 2016 17:49
# 11
Kölge
Bu deq ureyim sixilir......
27 iyul 2016 19:56
# 10
Her şeye gore şukur
baby baku
eehhh darixmaq durur hamisinin sonunda hesret her seyi puc edir
27 iyul 2016 16:35
# 9
ALLAHIM HAQQIMDA XEYİRLİSİ NƏ İSƏ O OLSUN
AMA MÜMKÜNSƏ XEYİRLİM O OLSUN
OOOOOOOO OLSUN
Mrs.Kemale
mende de olur. dogrudur istediklerimiz olmayanda bele olur 02
27 iyul 2016 16:29
# 8
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
Ariel♡
Men de tez-tez can sixintisi bunun sebebeleri etrafindaki bezi hadiselerden qaynaqlanirrr.
27 iyul 2016 15:40
# 7
Huwt
S.Heydarova
Hərgün ürəyim sıxılır ...
27 iyul 2016 13:16
# 6
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
vipbetul
sukur bele problemlerim olmur
27 iyul 2016 12:29
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
HAPPY_EYES
menimde ureyim sixilanda bezirem her weyden, amma ki sehv edirem bezmek lazim deyil sevimloi mewguliyyet tapmaliyam
27 iyul 2016 12:25
# 4
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
___Jasmin___
Bu hallar cox nadir olsada olur mende de ama ozumu toparlayib derinden nefes aliram kecib gedir
27 iyul 2016 11:49
# 3
Buyudum artik anne 14 bahar kaldi geride...
lale.veliyeva19
bu dəyqə bu vəziyyətdyəm sanki ürəyimi kimsə əlinnən sıxır
27 iyul 2016 11:34
# 2
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

BARBI
Mende de bezen bu problem yasanir. Calisdiqca qisa zamanda ustesinen gelirem.
27 iyul 2016 11:31
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz